Allah'ın İsimləri: Quddüs
Mündəricat
- Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
- Ədl
- Əfüvv
- Axır
- Əhkamül-hakimin
- Alim
- Əliyy
- Asim
- Əzim
- Əziz
- Bais
- Raqib
- Rauf
- Rəzzaq
- Səməd
- Sadiq
- Saiq
- Sani
- Salam
- Səmi
- Şafi
- Baqi
- Şəfi
- Şarih
- Şəhid
- Şəkur
- Təvvab
- Vahid
- Varis
- Vasi
- Vədud
- Vəhhab
- Bari
- Vəkil
- Vəli
- Zülcəlali-vəl-ikram
- Zahir
- Basir
- Basit
- Batin
- Bədi
- Bərr
- Cami
- Cabbar
- Dai
- Dafiq
- Dərr
- Ərhamür-rahimin
- Əvvəl
- Faliq
- Fasil
- Fatir
- Fəttah
- Qəffar
- Qəniyy
- Xəbir
- Hadi
- Hafid
- Hafiz
- Hakim
- Həkim
- Haqq
- Xaliq
- Həlim
- Həmid
- Hasib
- Hayy
- Qabid
- Qabil
- Qadi
- Qədim
- Qadir
- Kafi
- Qəhhar
- Qəyyum
- Qarib
- Qasim
- Qavi
- Kəbir
- Kərim
- Quddüs
- Lətif
- Makir
- Maliki-yəvmud-din
- Malikül-mülk
- Məcid
- Məlca
- Məlik
- Mətin
- Mövla
- Müəxxir / müqəddim
- Müəzzib
- Mühit
- Mübki / müdhik
- Müvəffi
- Mühsi
- Mühsin
- Mühyi
- Müqəllib
- Mükmil
- Müqtədir
- Müntəqim
- Müsəvvir
- Mübəşşir
- Mübəyyin
- Müdəbbir
- Mömin
- Mücib
- Mühəymin
- Mütəali
- Mütəkəbbir
- Müsəvva
- Müstəan
- Mütəhhir
- Müyəssir
- Müzəkki
- Müzəyyin
- Müzil
- Müğni
- Nasir
- Nur
- Rəbbil-aləmin
- Rafi
- Rəhman-rəhim

Səhvdən, qəflətdən və hər cür əskiklikdən çox uzaq, çox təmiz Göylərdə və yerdə olanların hamısı Məlik, Quddüs, Əziz, Hakim olan Allah’ı təsbeh edər.
Allah yerdə, göydə, kosmosda, torpağın altında olan hər şeyin, qısası mikro və makro aləmlərdəki hər şeyin tək yaradıcısıdır. İnsanın gözünü çevirib ətrafına baxdığı zaman gördüyü və görmədiyi hər yerdə olan nizam, qanunlar, sabit quruluş tamamilə Allah’a aiddir. “Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz...“ (Fatir surəsi, 41) ayəsi ilə bildirildiyi kimi, var olan bütün sistemi təşkil edən və qoruyan Odur.
Allah’ın yaratdığı aciz insanlar səhv edir, unudur, qəflətə düşürlər. Eyni zamanda, həm bədəni, həm ruhi cəhətdən son dərəcə əskik və acizdirlər. Ömürləri boyu bədənlərinə baxmaq, yaşamaq üçün ona davamlı qulluq etmək məcburiyyətindədirlər. Bir az çox işləsələr, bir neçə gün yuxusuz və ya bir gün susuz qalsalar, çox aciz vəziyyətə düşürlər. Ancaq hər şeyin yaradıcısı və ən gözəl adların sahibi olan Allah bütün əskikliklərdən münəzzəhdir. Allah’ın sonsuz gücü, ucalığı, ağlı və sərhədsiz elmi Quranda insanlara bildirilmişdir. Bir ayədə Allah belə buyurur:
Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur.
Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allah’dan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! Allah’ı layiqincə qiymətləndirmədilər. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! Allah mələklərdən də elçilər seçər, insanlardan da. Həqiqətən, Allah eşidəndir, görəndir! (Allah) onların önlərindəkini də, arxalarındakını da bilir. Bütün işlər Allah’a qayıdar!
Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! Allah yolunda layiqincə cihad edin. O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini kimi.
Allah bundan əvvəl də, bunda da sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allah’a sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O, nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!