Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Mömin

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Təhlükəsizliyi təmin edən, əminlik yaradan O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah (müşriklərin) şirk qoşduqlarından çox ucadır.

Həşr surəsi, 23

Allah möminlərə dünyada da, axirətdə də razı olacaqları həyatı bəxş edir. Bu həyat hər cəhətdən çox mükəmməl olduğu kimi, mənəvi olaraq da möminlərin çox güclü olmalarını təmin edir. Allah saleh qullarına mənəvi cəhətdən rahatlıq, arxayınlıq və əmin-amanlıq verir. Möminlərə dünyada çətinlik çəkdikləri dövrlərdə kömək edir, ürəklərini gücləndirir, Özünə edilən təvəkküllə rahat həyat yaşadır.

Quranda Peyğəmbərimiz (s.ə.v) dövründə müharibədə məğlubiyyətin ardından Allah’ın möminlərə olan mənəvi dəstəyi belə izah edilir:

Həqiqətən, Allah əksər döyüşlərdə, habelə Hüneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma (bu) sizin karınıza gəlmədi. Yer üzü genişliyinə baxmayaraq, sizə dar gəldi, sonra geriyə çevrilib qaçdınız. Sonra Allah Öz Elçisinə və möminlərə əminlik nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası. Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər. Çünki Allah bağışlayandır, rəhmlidir.

Tövbə surəsi, 25-27

Şübhəsiz, möminlərin qarşısına həmişə inkar edən bir qrup çıxmışdır. Bu inkarçı qrup Allah’a səmimi qəlbdən yönələn möminləri doğru yoldan ayırmağa, öz dinlərinə tabe olmağa çağırmışlar. Bu çağırışdan üz çevirənləri isə şiddətli əzabla qorxutmuşlar. Ancaq belə dövrlərdə də Allah inkar edənlərin səylərini puç etmiş və möminlərə hər cəhətdən kömək etmişdir:

Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir.

Fəth surəsi, 26

Allah’ın bütün möminlərə, xüsusilə də elçilərinə olan mənəvi dəstəyi başqa ayələrdə də xəbər verilib. Peyğəmbərimiz (s.ə.v) dövründəki inkarçı qövm Peyğəmbərin hicrət etməsinə səbəb olduğu üçün Allah onu hər cür mühitdə dəstəkləyəcəyini vəd etmiş, inkarçıların hücumunun qarşısını almış, mənəvi olaraq da elçisinə rahatlıq və təhlükəsizlik hissi vermişdir. Allah’ın bu köməyi ayələrdə belə Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allah’ın sözü ucadır. Allah qüdrətlidir, müdrikdir. (Tövbə surəsi, 40)

Yuxarıda sayılanların hamısı Allah’ın insanlara dünyada verdiyi təhlükəsizlik və rahatlıq hissidir. Ancaq axirətdə olan rahatlıq və təhlükəsizlik dünyadakı ilə müqayisə edilməyəcək qədər böyük bir nemətdir. Çünki oradakı mənəvi rahatlıq sonsuza qədər davam edəcək və Allah diləmədikcə yox olmayacaq.

Allah möminlərin cənnətdə yaşayacaqları, maddi və mənəvi hər cəhətdən təmin olunmuş bu halı belə təsvir edir:

Sözsüz ki, müttəqilər cənnət bağlarında və çeşmələr başında olacaqlar. (Onlara deyiləcək): “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!” Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar. Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar.

Hicr surəsi, 45-48

Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər (istifadə edəcəyiniz) ev əşyaları və başqa şeylər düzəltdi. Allah yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, (Allah) Öz nemətini sizə tamamlayır ki, bəlkə müsəlman olasınız. Əgər üz çevirsələr, (bil ki,) sənin vəzifən ancaq aşkar təbliğat aparmaqdır. Onlar Allah’ın neməti haqqında bildikləri halda, sonradan onu inkar edirlər. Onların çoxu kafirdir. (Nəhl surəsi, 80-83)