Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Şəfi

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Şəfaətçi Yoxsa onlar Allah’dan qeyrilərinimi özlərinə şəfaətçi etdilər? De:

“Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa, bəs necə olsun?” De: “Şəfaət bütünlüklə Allah’a məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”.

Zumər surəsi, 43-44

Allah’a şərik qoşaraq iman edənlər Onun hüzura gətirildikləri zaman mütləq bir şəfaətçinin şəfaətinə sığınacaqlarını və o şəfaətçinin özlərinə kömək edəcəyini zənn edirlər. İnanclarına görə, bu şəfaətçi bəzən onların günahlarını öz boynuna götürəcək, bəzən də onları müdafiə edəcək. Buna görə, dünya həyatında daima bu şəfaətçini razı etməyə çalışır, daim onu zikr edirlər. Halbuki, bu onların zənnidir və əsla baş verməyəcək. Allah bir çox ayəsində hesab günündə -Allah’ın diləməsi xaricində- heç kimin heç kimə şəfaət edə bilməyəcəyini bildirmişdir. Bu ayələrdən biri belədir:

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allah’dan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O, nə cür fidyə versə də, ondan qəbul olunmayacaq.

Ənam surəsi, 70

O gün heç kim heç kimlə dost deyil, heç kim də bir başqasının günahını yüklənməz. Allah ancaq Özündən məmnun olduğu adamın şəfaət edə biləcəyini söyləyir. Bu adam da yalnız doğrunu söyləyəcək. İnkar edənlər üçün o gün nə köməkçi, nə də şəfaətçi var. Heç kim başqasının əvəzinə heç nə ödəyə bilməz. O gün heç bir dəstək, heç bir alış-veriş və heç bir şəfaət yoxdur. Heç bir insanın Allah’dan başqa vəlisi və şəfaətçisi də yoxdur...

Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da ərşə ucalan Allah’dır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz?

Səcdə surəsi, 4

O gün insanlar heç bir yana meyil etmədən carçının arxasınca yeriyəcəklər. Ər-Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən. O gün ər-Rəhmanın izn verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir. Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz! (O gün)

üzlər (əbədi) yaşayan, (yaradılanların) Qəyyumu (olan Allah) qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlıqdan, nə də naqislikdən qorxacaqlar.

Taha surəsi 108-112

Onun qarşısında, izn verdiyi kəslərdən başqa heç kimin şəfaəti fayda verməz. Nəhayət, (mələklərin) qəlbindən qorxu keçib getdikdə onlar:

“Rəbbiniz nə buyurdu?”– deyə soruşarlar, digərləri isə: “Haqqı (buyurdu)! O, ucadır, böyükdür!”– deyə cavab verərlər.

Səba surəsi, 23