Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Qabid

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Sıxan, daraldan Kim Allah’a gözəl bir borc versə, O da onun üçün bunu qat-qat artırar. Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar. Siz Ona qaytarılacaqsınız (Bəqərə surəsi, 245) Göylərin, yerin və bu ikisi arasında olanların yaradıcısı olan Allah kainatdakı hər şeyin tək sahibidir. O, bütün varlıqları yaratmış və dünyanı da insanın yaşaya biləcəyi nemətlərlə təchiz etmişdir. Qullarının sahib olduğu hər cür zənginlik Allah’a aiddir, mülkün tək sahibi Odur. Allah dilədiyi insanları dünyada ikən zəngin, dilədiyini də kasıb edir. Amma mal-mülk sahibi olan da, heç bir şeyə sahib olmayan da unutmamalıdır ki, sahib olunan hər şeyi verən və bunların gerçək sahibi olan Allah’dır.

Allah dilədiyi adamın imkanlarını artıraraq şükür edib-etməyəcəyini, dilədiyinin də imkanlarını daraldaraq nankorluq edib-etməyəcəyini sınayır. Bu səbəbdən, insanların sahib olduğu və ya ola bilmədiyi şeylər özləri üçün qazanc deyil. Bunlar yalnız keçici dünya həyatını, yoxsa gerçək yurd olan axirəti istədiklərini sınamaq üçün Allah’ın yaratdığı imtahanlardır.

Əgər adam bu həqiqəti dərk etməyib əlindəki hər şeyi özünün zənn edib xəsislik edərsə və Allah’ın dilədiyi şəkildə xərcləməzsə, o zaman Allah əlindəki imkanları daralda bilər. Əksinə, əlindəki hər şeyin özünə Allah’ın razılığını qazanacaq şəkildə istifadə edilməsi üçün verildiyini bilənlərin də imkanlarını artırar, dünyada da axirətdə də onlara ən gözəli ilə cavab verər. Ayələrdə bu gerçək belə xəbər verilir: Nə qədər bacarırsınızsa, Allah’dan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin və öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır. ƏgərAllah’a gözəl bir borc versəniz, O, bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir. (Təğabun surəsi, 16-17) Əlbəttə ki, dünya həyatında Allah’ın insanlar üçün yaratdığı nemətlər təkcə maddi mövzularda deyil. Rəbbimiz mənəvi mənada da insanlara saysız-hesabsız nemət verir. Allah diləyərsə, insanı bu yöndəki nöqsanlarla da sınağa çəkər. Rəbbimizə olan təslimiyyət və təvəkküllərində qərarlı olmaları üçün Allah belə vəziyyət yarada bilər. İnkarçılara isə Allah inkarda inadkarlıq etdiklərinə görə, dünya həyatında belə bir qarşılıq verə bilər. Buna görə, insanın qəlbində mənəvi mənada sıxıntı hissi ola bilər. Bu, Allah’ın Qabid isminin təcəllisidir. Belə vəziyyətdə insan yenə də özünü hər cür sıxıntı və çətinlikdən qurtaran Allah’ı düşünməlidir. Allah sıxan və daraldan olduğu kimi, eyni zamanda da Basit, yəni açan və genişləndirəndir. Allah Özünə səmimi şəkildə yönələn, yardımı yalnız Ondan gözləyən ixlaslı qullarının qəlbinə hüzur, güvənlik və genişlik hissi verir. Onları yardımı, sevgisi və rəhməti ilə dəstəkləyib işlərini asanlaşdırar. Allah Quranda qəlblərin yalnız Rəbbimizə sığınmaqla hüzur tapacağını belə xatırladır. De: “Ondan və bütün sıxıntılardan sizi Allah xilas edir. Sonra siz şərik qoşursunuz”. (Ənam surəsi, 64)

Bunlar, iman gətirənlər və qəlbləri Allah’ı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allah’ı zikr etməklə rahatlıq tapır.

Rəd surəsi, 28