Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Mütəkəbbir

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Hər şeydə və hər hadisədə böyüklüyünü göstərən

“O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah şirk qoşduqlarından çox ucadır”.

Həşr surəsi, 23

Allah böyüklüyünü və qüdrətini Quranda verdiyi nümunələrlə izah edir. Bu nümunələrdən biri hz. Musanın Allah’ı görmək istəməsidir. Hz. Musa Allah’ı görmək istəmiş, buna görə də Ona səslənərək: “Rəbbim, mənə göstər, Sənə baxım”, -demişdir. Bunun üzərinə Allah: “Sən məni görə bilməzsən. Lakin dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”, - deyə cavab verir. Allah dağa təcəlli edincə onu parça-parça edir və hz. Musa huşunu itirərək yerə yıxılır. Özünə gələn kimi: “Sən pak və müqəddəssən!“ (Əraf surəsi, 143) -deyir.

Hz. İbrahim isə ayələrdə xəbər verildiyinə görə: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!“ - demişdir. Bunun üzərinə Allah: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikətikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, müdrikdir!“ (Bəqərə surəsi, 260) - şəklində cavab verir. Beləliklə, Allah ona böyüklüyünün bir dəlilini daha göstərir.

Allah, hz. Luta da səhər vaxtı qövmündən iman etmiş kəslərlə birlikdə çıxmasını və qövmünü tərk edərkən arxasına belə baxmamasını söyləyir. Səhər vaxtında isə hz. Lutu və yaxınlarını qurtararaq inkarçı qövmü böyük bir əzabla həlak edir. Atəşə atılan hz. İbrahimə isə atəşi sərin etmişdir. Hz. İsanın əli ilə ölüləri diriltmiş, kor olanları sağaltmışdır. Dənizi yararaq fironu və ordusunu suda boğmuşdur. Beləliklə, Allah insanlara hər hadisədə böyüklüyünü və sonsuz gücünün təcəllilərindən bəzilərini açıq-aşkar göstərir.

Allah hər an, hər yerdə və hər hadisədə böyüklüyünü və qüdrətini açıq-aşkar göstərir. Dünya həyatına və istəklərinə aldanan insanların üzərinə səhər vaxtı qasırğa göndərir. Onların yaşadıqları şəhəri alt-üst edir və yaşanılması mümkün olmayan hala salır. Mallarını, mülklərini və sahib olduqları hər şeyi əllərindən alır. Bir şəhəri yalnız yağış yağdıraraq suların içində qoyur, bir neçə saniyə davam edən zəlzələ ilə bir şəhəri xəritədən silir. Onun əmri ilə hərəkət edən yer, göy, külək və yağış haqqında əzab hökmü yazılmış şəhəri məhv edir. O şəhərin xalqı da Allah’ın sarsılmaz gücünə məruz qaldıqları əzabla birlikdə şahid olurlar.

Şübhəsiz, Allah Mütəkəbbirdir. Onun gücü və qüdrəti qarşısında yer üzündə böyüklük edən heç kim yoxdur. O, qarşısında səcdə edilməli tək məbuddur.

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur.

Bəqərə surəsi, 255