Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Rəbbil-aləmin

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Aləmlərin Rəbbi Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allah’a həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, qüdrətlidir, müdrikdir.

Casiyə surəsi, 36-37

Kainatda bir-birindən fərqli bir çox aləm var. İnsanın bunların hamısının adını, sayını və xüsusiyyətlərini bilməsi qeyri-mümkündür. Çünki kainatda yaradılan saysız aləm öz içində də fərqli aləmlərə ayrılır. Yalnız bir balıq növünün özünə bənzər minlərlə növü, bir meyvənin özünə bənzəyən yüzlərlə növü var. Heyvanların, bitkilərin, əşyaların milyardlarla, küləklərin və buludların onlarla növü var. Allah bir-birinə heç bənzəməyən, fərqli irqlərə, bədənlərə, dillərə və mədəniyyətlərə sahib olan milyardlarla insan yaratmışdır.

Bunlarla yanaşı, Allah gözlə görülməyən atomların dünyasını, bədənimizin hər millimetrini əmələ gətirən mükəmməl sistemlərə sahib hüceyrələri və yenə insan gözü ilə görülməyən yüzlərlə canlını yaratmışdır. Dənizin minlərlə metr dərinliyində yaşayan, heç kimin görmədiyi mərcan koloniyasının da Rəbbi Allah’dır. Allah mikroorqanizmlərin əmələ gətirdiyi mikro aləmdən, kosmosdakı göy cisimlərinin əmələ gətirdiyi makro aləmə kimi saya bilməyəcəyimiz qədər geniş aləmə biz yatarkən, oyaq ikən, ya da bir işlə məşğul olarkən davamlı nəzarət edir, hamısını idarə edir, hamısını bəsləyir və həyatlarını davam etdirmələrinə izn verir. Allah bütün aləmlərin Rəbbi olduğunu insanlara belə bildirir: Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruziverən Allah’dır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! O, yaşayandır, Ondan başqa məbud yoxdur. Dini yalnız Ona məxsus edərək dua edin. Aləmlərin Rəbbi olan Allah’a həmd olsun! (Mömin surəsi, 64-65) İnsan yalnız bir okeanın içindəki həyatı, burada yaşayan canlıların qidalanmalarını, yaşadıqları ortaq həyatı və soylarının davamı üçün qorunan həssas tarazlığı düşündüyü zaman Allah’ın yaratmasındakı sonsuz qüdrəti təqdir edəcək. Şübhəsiz, Allah yalnız kainatın içində olan saysız aləmin deyil, tam başqa zamanda və məkanda yaşayan cinlərin və mələklərin də Rəbbidir. Bu varlıqların da hamısını Allah yaratmış və hamısına boyun əydirmişdir. Allah’ın yaratdığı aləmlər insan ağlının və təxəyyülünün xaricindədir. Hamısı Onun qüsursuz yaratmasının, sənətinin və sonsuz gücünün əsərləridir.

Allah’ın bu ucalığı və böyüklüyü qarşısında insanın vəzifəsi hz. İbrahim kimi özünə: “Təslim ol”, - buyurulduğu zaman Rəbbimizə Quranda xəbər verildiyi kimi: “... Aləmlərin Rəbbinə təslim oldum” (Bəqərə surəsi, 131) - deyib yönəlməkdir. Bütün həyatını Quranda “De: “Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah’a məxsusdur!”

(Ənam surəsi, 162)” ayəsi ilə əmr edildiyi kimi, yalnız Allah’ın razılığını qazanmaq üçün yaşamaqdır. Ayələrdə belə buyurulur: Zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allah’a. (Ənam surəsi, 45)

Doğrudan da Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da ərşə ucalan Allah’dır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır.

(Əraf surəsi, 54)