Allah'ın İsimləri: Qadi
Mündəricat
- Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
- Ədl
- Əfüvv
- Axır
- Əhkamül-hakimin
- Alim
- Əliyy
- Asim
- Əzim
- Əziz
- Bais
- Raqib
- Rauf
- Rəzzaq
- Səməd
- Sadiq
- Saiq
- Sani
- Salam
- Səmi
- Şafi
- Baqi
- Şəfi
- Şarih
- Şəhid
- Şəkur
- Təvvab
- Vahid
- Varis
- Vasi
- Vədud
- Vəhhab
- Bari
- Vəkil
- Vəli
- Zülcəlali-vəl-ikram
- Zahir
- Basir
- Basit
- Batin
- Bədi
- Bərr
- Cami
- Cabbar
- Dai
- Dafiq
- Dərr
- Ərhamür-rahimin
- Əvvəl
- Faliq
- Fasil
- Fatir
- Fəttah
- Qəffar
- Qəniyy
- Xəbir
- Hadi
- Hafid
- Hafiz
- Hakim
- Həkim
- Haqq
- Xaliq
- Həlim
- Həmid
- Hasib
- Hayy
- Qabid
- Qabil
- Qadi
- Qədim
- Qadir
- Kafi
- Qəhhar
- Qəyyum
- Qarib
- Qasim
- Qavi
- Kəbir
- Kərim
- Quddüs
- Lətif
- Makir
- Maliki-yəvmud-din
- Malikül-mülk
- Məcid
- Məlca
- Məlik
- Mətin
- Mövla
- Müəxxir / müqəddim
- Müəzzib
- Mühit
- Mübki / müdhik
- Müvəffi
- Mühsi
- Mühsin
- Mühyi
- Müqəllib
- Mükmil
- Müqtədir
- Müntəqim
- Müsəvvir
- Mübəşşir
- Mübəyyin
- Müdəbbir
- Mömin
- Mücib
- Mühəymin
- Mütəali
- Mütəkəbbir
- Müsəvva
- Müstəan
- Mütəhhir
- Müyəssir
- Müzəkki
- Müzəyyin
- Müzil
- Müğni
- Nasir
- Nur
- Rəbbil-aləmin
- Rafi
- Rəhman-rəhim

Hökmünü yerinə yetirən, işini bitirən Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq:
“Ol!”– deyər, o da olar.
Allah sonsuz qüvvət və qüdrət sahibidir. Ayələrdə də bildirildiyi kimi, bir şeyin olmasını istədiyi zaman ona yalnız: “Ol”, -deyir və dilədiyi şey dərhal reallaşır. Şübhəsiz, bu, Allah’ın əzəmətinin, kainatdakı hakimiyyətinin açıq-aşkar təcəllisidir. İnsanlar yer üzündə bəzi səbəb-nəticə əlaqələrindən asılı olaraq yaşayır. Məsələn, yer səthində sabit dayanmaq üçün cazibə qüvvəsinə, gəmilərini suda üzdürmək üçün suyun qaldırma qüvvəsinə və daha saysız-hesabsız səbəbdən, qanundan asılıdırlar. Halbuki, Allah bütün bunlardan münəzzəhdir. Çünki bütün səbəbləri və nəticələri yaradan Odur. Allah hər şeyi müəyyən qanunlar, səbəb-nəticə əlaqələri çərçivəsində yaradır və bu şəkildə insanları sınayır. Kimin, həqiqətən, qulluq edəcəyini, kimin də başqa ilahlar qəbul edərək inkar edəcəyini təyin edir. Heç şübhəsiz, Allah üçün səbəbsiz yaratmaq çox asandır. Necə ki, Quranda Allah’ın insanlara göstərdiyi möcüzələrdən bəhs edilir. Məsələn, hz. İsanın atasız doğumu bunlara bir nümunədir:
(Məryəm) dedi:
“Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda, necə övladım ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”.
Ayədən də göründüyü kimi, Allah: “Ol”, -dedikdən sonra baş verməyəcək heç bir hadisə yoxdur. Allah’ın sonsuz qüdrət sahibi, bütün kainatın maliki, bütün insanların hakimi olduğu ayələrdə belə xəbər verilir:
Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. (Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu.
Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O:
“Ol!”– dediyi gün (hər şey) olar. Onun sözü haqdır. Sur üfürüləcəyi gün hökm Ona məxsus olacaqdır. Qeybi və aşkarı bilən də Odur. O, müdrikdir, xəbərdardır.
Bir şeyi (yaratmaq) istədikdə ona təkcə:
“Ol!” deyər, o da olar.
Dirildən də, öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq:
“Ol”– deyir, o da olur.
Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir!
O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar. Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur.
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O saat mütləq gələcəkdir. Odur ki, sən gözəl tərzdə bağışla.