Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Müsəvva

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Şəkilləndirən, surət verən Ey insan! Səni öz səxavətli Rəbbinə qarşı qoyan nədir?

O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı.

İnfitar surəsi, 6-8

İnsan yumurta ilə spermanın birləşməsi ilə əmələ gələn tək bir hüceyrədən yaranır. Bu hüceyrə ayələrdə bildirildiyi kimi, əvvəl bir parça ət formasında olur. Daha sonra Allah insanı şəkildən şəklə salaraq ana qarnında inkişaf etdirir və insan olaraq yer üzünə gətirir. Yer üzünə gələn insanın surəti isə, şübhəsiz, son dərəcə mükəmməldir. Allah insanın yaradılışı ilə əlaqədar belə buyurur:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allah’dır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır!

Mömin surəsi, 64

Əlbəttə, insan Quranda bildirildiyi kimi, dünyadakı ən gözəl canlıdır. Allah insan bədəninin həm daxilində, həm də xarici görünüşündə saysız iman dəlilini göstərir. İnsan bədəninə yalnız xaricdən baxdığımız zaman belə Allah’ın mükəmməl sənəti dərhal görünür. Hər insanda mövcud olan bədən simmetriyasının-iki qolun, iki ayağın olması, gövdənin qollara, ayaqlara və başa olan nisbəti ilk baxışda diqqət çəkəcək dərəcədə nizamlıdır. Bu nisbətin hər birini Allah tam bir uyğunlaşma ilə yaratmışdır. Məsələn, hər insanın bədən uzunluğu baş uzunluğunun səkkiz mislidir, üzü burun uzunluğunun üç misli qədərdir, iki göz arasında bir göz qədər məsafə var, qol və ayaq nisbətləri və uzunluqları həm estetik cəhətdən mükəmməldir, həm də insanın ehtiyaclarını qarşılamaq üçün əlverişlidir. Yuxarıda verilən simmetriya ilə əlaqədar detalları görmək üçün ətrafınızdakı insanlara baxmağımız kifayətdir, bu xüsusiyyətləri hər birində ayrı-ayrı görə bilərsiniz. Hətta bütün bu xüsusiyyətlər bu ana qədər yaşayan təxminən 150 milyard insan üzərində də görülüb və (Allah’ın diləməsi xaricində) bundan sonra yaşayacaq olan insanlarda da görüləcək. Çünki bu, Allah’ın yaratmasıdır və Allah’ın yaratmasında qüsur görmək mümkün deyil. Allah’ın mükəmməl yaratması ilə əlaqədar ayələrdən bəziləri belədir:

Allah, Ondan başqa ilah yoxdur, yaşayandır, (bütün yaradılanların) Qəyyumudur. (Ali-İmran surəsi, 2) O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır. (Təğabun surəsi, 3)

Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, qüdrətlidir, müdrikdir.

Ali-İmran surəsi, 6

O, Xaliq, yoxdan yaradan, surət verən Allah’dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir.

Həşr surəsi, 24

Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa, həqiqətən, Biz sizi torpaqdan, sonra mənidən, sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq olaraq çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılar ki, vaxtilə bildiyini bilməz olar...

Həcc surəsi, 5