Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Zülcəlali-vəl-ikram

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Həm böyüklük sahibi, həm kərəm və ikram sahibi olan Cəlal və ikram sahibi olan Rəbbinin adı nə ucadır.

Rəhman surəsi, 78

Dünyada insanın xoşuna gələcək saysız nemət var. Allah qullarının məmnun olacağı müxtəlif detallarla dünyanı bəzəmişdir. Ancaq Allah’ın sonsuz kərəm və lütfkarlığını göstərəcəyi əsl məkan cənnətdir. Quranda təsvir edilən cənnət Onun sonsuz ikramını nümayiş etdirir.

Cənnətin Quranda izah edilən ən nəzərə çarpan xüsusiyyətlərindən biri nəfslərin arzuladığı hər şeyin möminlərə verilməsidir. Cənnətin altından çaylar axır, yeməkləri və kölgəlikləri daimidir, nə isti, nə soyuqdur. Allah Özündən bir rəhmət olaraq saleh qullarını cənnət bağçalarındakı kölgəliklərdə və bulaq başlarında saxlayacaq. Növbənöv incəliklərə və gözəlliklərə sahib olan cənnətdə möminlərə arzuladıqları meyvələrdən və ətdən bol-bol veriləcək. Möminlər cənnətə daxil olub saysız-hesabsız ruziyə çatarlar.

Həm də cənnətdə inananları bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Bu köşklərin altından çaylar axır. Qızıl-gümüş, ləl-cavahiratla bəzənmiş taxtlar üstündə oturacaq və ətraflarına tamaşa edəcəklər.

Bu zaman edilən ikram da son dərəcə ehtişamlıdır. Məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar. Bu xidmətlər əsnasında möminlərin geyimləri də son dərəcə göz oxşayandır. Quranda belə buyurulur:

... Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır.

Həcc surəsi, 23

Şübhəsiz, Qurandakı cənnət təsviri yuxarıda izah edə bildiyimizdən çox üstündür. Aşağıdakı ayələr Allah’ın cənnətdəki sonsuz kərəmini və ikramını açıq şəkildə bildirir: ... Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. (Zuxruf surəsi, 71) (Cənnətdə) hara baxsan, nemət və əzəmətli səltənət görərsən.

(İnsan surəsi, 20)

O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Rəhman surəsi, 10-13

(Allah) iki məşriqin və iki məğribin Rəbbidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlardan mirvari və mərcan çıxır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli üzü əbədidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Göylərdə və yerdə olan hər kəs Ondan diləyir. O, hər gün bir işdədir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rəhman surəsi, 17-30)