Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Xəbir

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar olan Ey iman edənlər, Allah’dan qorxun. Hər kəs sabah üçün nəyi təqdim etdiyinə baxsın. Allah’dan qorxun. Heç şübhəsiz Allah, etdiklərinizdən xəbərdardır. (Həşr surəsi, 18) İnsan zaman və məkana tabe olan varlıqdır. Başqa bir nəfərdən xəbər almadıqca ancaq öz olduğu yerdə (məkanda) və zamanda baş verən hadisələrdən xəbərdar ola bilər. Olduğu zaman və məkanın xaricinə çıxaraq hadisələri qiymətləndirməsi əsla mümkün deyil. Bu da insanın ən böyük acizliklərindən biridir.

Halbuki, insanı yaradan Allah zaman və məkanın da yaradıcısıdır, bu səbəbdən də bunlardan asılı deyil. Zamandan və məkandan münəzzəh olan Allah təbii ki, kainatda baş verən hər hadisədən də xəbərdardır. Belə ki, içində yaşadığımız Südyolu qalaktikasından milyonlarla işıq ili uzaqlıqda olan qalaktikada neçə ulduz olduğundan, hansı səma cisminin hansı orbiti izlədiyindən, torpağın altından yerin üstünə çıxmağa çalışan cücərmiş toxumdan da xəbərdardır...

Bundan başqa, Allah bu ana qədər yaşamış, bu an yaşayan və bundan sonra da yaşayacaq bütün insanların həyatlarının hər saniyəsindən də xəbərdardır.

Kimin nə vaxt, harada doğulduğu və öldüyü, həyatı boyunca nələr etdiyi, hansı məqsədlər üçün çalışacağı, hətta nə vaxt güldüyü, nə vaxt ağladığı kimi bütün detalların elmi də Onun qatındadır.

Çünki O, hər şeyin yaradıcısıdır. Üstəlik, bu insanların hər an gördükləri işlərlə yanaşı, ürəklərindən keçirdikləri də Allah’dan gizli qalmır. Allah insanların içlərindən keçirdikləri, niyyət edib tətbiq etdikləri, gizlicə hazırladıqları hər şeydən xəbərdardır. Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər.

Xeyr, bu, onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allah’a məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır! (Ali-İmran surəsi, 180) Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, xəbərdardır! (Ənam surəsi, 103) Ölməz, həmişə diri olana bel bağla və Onu həmd-səna ilə təqdis et. (Allah’ın) Öz bəndələrinin günahlarından xəbərdar olması kifayət edər. (Furqan surəsi, 58)

Qiyamət saatının məlumatı, şübhəsiz, Allah’ın qatındadır.

Yağışı yağdırar; rəhmlərdə olanı bilər. Heç kim sabah nə qazanacağını bilməz. Heç kim də hansı yerdə öləcəyini bilməz. Heç şübhəsiz, Allah biləndir, xəbərdardır.

Loğman surəsi, 34

“Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, xəbərdardır. (Loğman surəsi, 16) O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkar da nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir! (Təğabun surəsi, 4)