Allah'ın İsimləri: Basit
Mündəricat
- Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
- Ədl
- Əfüvv
- Axır
- Əhkamül-hakimin
- Alim
- Əliyy
- Asim
- Əzim
- Əziz
- Bais
- Raqib
- Rauf
- Rəzzaq
- Səməd
- Sadiq
- Saiq
- Sani
- Salam
- Səmi
- Şafi
- Baqi
- Şəfi
- Şarih
- Şəhid
- Şəkur
- Təvvab
- Vahid
- Varis
- Vasi
- Vədud
- Vəhhab
- Bari
- Vəkil
- Vəli
- Zülcəlali-vəl-ikram
- Zahir
- Basir
- Basit
- Batin
- Bədi
- Bərr
- Cami
- Cabbar
- Dai
- Dafiq
- Dərr
- Ərhamür-rahimin
- Əvvəl
- Faliq
- Fasil
- Fatir
- Fəttah
- Qəffar
- Qəniyy
- Xəbir
- Hadi
- Hafid
- Hafiz
- Hakim
- Həkim
- Haqq
- Xaliq
- Həlim
- Həmid
- Hasib
- Hayy
- Qabid
- Qabil
- Qadi
- Qədim
- Qadir
- Kafi
- Qəhhar
- Qəyyum
- Qarib
- Qasim
- Qavi
- Kəbir
- Kərim
- Quddüs
- Lətif
- Makir
- Maliki-yəvmud-din
- Malikül-mülk
- Məcid
- Məlca
- Məlik
- Mətin
- Mövla
- Müəxxir / müqəddim
- Müəzzib
- Mühit
- Mübki / müdhik
- Müvəffi
- Mühsi
- Mühsin
- Mühyi
- Müqəllib
- Mükmil
- Müqtədir
- Müntəqim
- Müsəvvir
- Mübəşşir
- Mübəyyin
- Müdəbbir
- Mömin
- Mücib
- Mühəymin
- Mütəali
- Mütəkəbbir
- Müsəvva
- Müstəan
- Mütəhhir
- Müyəssir
- Müzəkki
- Müzəyyin
- Müzil
- Müğni
- Nasir
- Nur
- Rəbbil-aləmin
- Rafi
- Rəhman-rəhim

Açan, genişlədən, bollaşdıran Allah yolunda yaxşı borc verən kimdir ki, onun mükafatını qat-qat artırsın?! Allah daraldar, genişlədər. Siz Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə surəsi, 245) Allah Özünə iman edən, ürəkdən itaət edənlərə dünyada maddi və mənəvi bolluq, genişlik verir. Onların qarşılarındakı çətinlikləri açır. İman edənlər qarşılaşdıqları hər cür çətinlikdə, darlıq və xəstəlikdə yalnız Allah’a sığınırlar və Onu vəkil edirlər. Bunun qarşılığı olaraq Allah inkar edənlərin işlərini çətinləşdirərkən, möminlərin işlərini asanlaşdırır. Bu mövzuda Quranda verilmiş bir çox nümunə var. Məsələn, hz.
Musa və ona tabe olan İsrail oğulları fironun zülmünə görə yurdlarından çıxmaq məcburiyyətində qalmışdılar. Ancaq firon onları təqib etmiş və tutmaq üçün ordusu ilə birlikdə onları izləmişdir. Bu qaçış əsnasında fironun ordusu ilə dəniz arasında qalan İsrail oğulları həqiqətən tutulduqlarını zənn etmişdilər. Lakin Allah hz. Musanın duasını qəbul etmiş, möcüzə göstərərək dənizi yarmış və İsrail oğullarını fironun zülmündən qurtarmışdır. Üstəlik, bunun ardından fironu və ordusunu yox etmiş, onların çıxdıqları yerlərə İsrail oğullarını varis etmişdir. “Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim evindən çıxıb Allah’a və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!” (Nisa surəsi, 100) ayəsi də təcəlli etmişdir.
Şübhəsiz, Allah’ın vədi bütün inanan qulları üçün hər dövrdə etibarlı olub və olacaq. Bir ayədə belə xəbər verilir:
Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O, Öz bəndələrinin halından xəbərdardır, görəndir!
De: “Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, biləndir”.