Allah'ın İsimləri: Vəli
Mündəricat
- Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
- Ədl
- Əfüvv
- Axır
- Əhkamül-hakimin
- Alim
- Əliyy
- Asim
- Əzim
- Əziz
- Bais
- Raqib
- Rauf
- Rəzzaq
- Səməd
- Sadiq
- Saiq
- Sani
- Salam
- Səmi
- Şafi
- Baqi
- Şəfi
- Şarih
- Şəhid
- Şəkur
- Təvvab
- Vahid
- Varis
- Vasi
- Vədud
- Vəhhab
- Bari
- Vəkil
- Vəli
- Zülcəlali-vəl-ikram
- Zahir
- Basir
- Basit
- Batin
- Bədi
- Bərr
- Cami
- Cabbar
- Dai
- Dafiq
- Dərr
- Ərhamür-rahimin
- Əvvəl
- Faliq
- Fasil
- Fatir
- Fəttah
- Qəffar
- Qəniyy
- Xəbir
- Hadi
- Hafid
- Hafiz
- Hakim
- Həkim
- Haqq
- Xaliq
- Həlim
- Həmid
- Hasib
- Hayy
- Qabid
- Qabil
- Qadi
- Qədim
- Qadir
- Kafi
- Qəhhar
- Qəyyum
- Qarib
- Qasim
- Qavi
- Kəbir
- Kərim
- Quddüs
- Lətif
- Makir
- Maliki-yəvmud-din
- Malikül-mülk
- Məcid
- Məlca
- Məlik
- Mətin
- Mövla
- Müəxxir / müqəddim
- Müəzzib
- Mühit
- Mübki / müdhik
- Müvəffi
- Mühsi
- Mühsin
- Mühyi
- Müqəllib
- Mükmil
- Müqtədir
- Müntəqim
- Müsəvvir
- Mübəşşir
- Mübəyyin
- Müdəbbir
- Mömin
- Mücib
- Mühəymin
- Mütəali
- Mütəkəbbir
- Müsəvva
- Müstəan
- Mütəhhir
- Müyəssir
- Müzəkki
- Müzəyyin
- Müzil
- Müğni
- Nasir
- Nur
- Rəbbil-aləmin
- Rafi
- Rəhman-rəhim

İman gətirənlərin dostu Allah iman gətirənlərin himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar.
İnsanın həm dünyada, həm də axirətdə yeganə həqiqi dostu var. Bu dost onu heç vaxt buraxıb getmir, əsla tərk etmir, hər çətinlikdə yanındadır və ona kömək edir. Doğulduğu gündən öldüyü günə qədər daim onunla birlikdədir. Onu düşmənlərinə qarşı qoruyur. Onun üçün hər kəsdən daha etibarlıdır, daim qarşılıqsız bəxş edəndir. Şübhəsiz, bu dost Rəbbimiz olan Allah’dır. Allah möminlərin ən çox güvəndiyi, ən yaxın dostudur. Özünə inanan insanları hər cür əskiklikdən və səhvdən təmizləyir, onlara çox seçkin həyat və axirətdə də heç tükənməyəcək olan mülk vəd edir. İnsan ömrü boyu həqiqətən güvənəcəyi, hər vəziyyətdə çətinliyini aradan qaldıran, zəngin və müqtədir insan, ya da güc axtarışı içindədir. Lakin bunu axtararkən onsuz da özünü yaratmış, həyatını davam etdirməsini təmin edən böyük qüvvət sahibi, hər şeyi etməyə qadir olan Rəbbimizi unudur. Özünə pislikdən başqa heç bir xeyri olmayan, axirətdə də cənnətdə mülk sahibi olmasına mane olan şeytanı dost seçir, bu, onun üçün qaranlıq dünyanın başlanğıcıdır. Allah’a iman edən, imanında da səmimi olan insanlar isə artıq heç məğlubiyyəti olmayan şərəfli və xeyirli həyat yaşayırlar. Çünki Allah inananlara dininə və sözlərinə sadiq olduqları müddət ərzində zəfər nəsib edəcək. Əsl böyük qarşılığı isə axirətdə onlara verəcək.
Allah inananların dünyada və axirətdəki tək gerçək dostudur. Allah’ın vəli sifəti ayələrdə belə xəbər verilir:
Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər.
O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər.
Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allah’a təvəkkül etsinlər. (Ali-İmran surəsi, 122) (İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini yayan Odur. O, himayəçidir, tərifəlayiqdir. (Şura surəsi, 28)
Yoxsa onlar: “O, Allah’a qarşı yalan uydurdu”, – deyirlər? Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları biləndir. Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur. O, iman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər və Öz lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab hazırlanmışdır. ƏgərAllah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O, Öz qullarından xəbərdardır, görəndir. (İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini yayan Odur. O, himayəçidir, tərifəlayiqdir. (Şura surəsi, 24-28)