Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Əzim

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Çox əzəmətli, böyük olan Göylərdə və yerdə nə varsa Onundur! O, ucadır, uludur!

(Şura surəsi, 4)

Şübhəsiz ki, Allah’ın böyüklüyü və əzəməti insanların qavrayış sərhədlərini aşır. Lakin insan yenə də öz ağlının sərhədləri çərçivəsində Allah’ın nə qədər güclü və qüdrətli olduğunu görüb anlaya bilər. Çünki bütün kainat Allah’ın böyüklüyünü göstərən saysız-hesabsız nümunə ilə doludur. İnsan sadəcə yaşadığı dünyanı bir az araşdırsa, hər şeyi yaradan Allah’ın əzəmətini hiss edəcək.

Ağırlığı tonlarla olan buludları daşıyan səma, minlərlə metr yüksəyə uzanan dağlar, milyonlarla növ canlının yaşadığı dənizlər, çaxan şimşək, onun ardından gələn göy gurultusu və Allah’a boyun əymiş milyardlarla canlı... Bunlar və burada saymadığımız saysız detal Allah’ın böyüklüyünün açıq dəlillərindəndir.

İndi dünyanın bir az xaricinə çıxıb düşünək. Bu nümunə kainatı yaradan, sonsuz əzəmət sahibi olan Rəbbimizi bir az daha dərin qavramağımıza kömək olacaq:

Kainat adı verdiyimiz sərhədsiz məkanın içində yaşayırıq. Bu gün elm adamlarının araşdırmalarına görə, kainatda milyardlarla qalaktika mövcuddur. Bəs bu qalaktikaların içində nələr var? Elmin bizə bildirdiyinə görə, hər qalaktikanın içində milyardlarla ulduz olduğunu bilirik. Biz də içində milyardlarla ulduz ehtiva edən milyardlarla qalaktikadan birinin içində, Dünya adı verilən və saatda 1670 km sürətlə heç dayanmadan dövr edən planetin üzərində yaşayırıq.

Şübhəsiz, bu rəqəmlərlə düşündükdə kainatdakı varlığımızın toz zərrəciyi ilə müqayisə edilməyəcək dərəcədə kiçik olduğu aydın olacaq.

İnsan səmimi olaraq düşünəndə də milyardlarla qalaktikanı yaradan və hamısını hökmü altında saxlayan Rəbbimizin əzəmətini dərk edə bilər. Rəbbimiz bütün kainatı yaradan, milyardlarla ulduzu, qalaktikaların hamısını idarə edən üstün gücün sahibidir. Allah Öz üstün sifətlərini bir ayədə belə xəbər verir:

Allah… Ondan başqa heç bir ilah yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allah’ın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allah’ın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!

Bəqərə surəsi, 255

(Allah) qeybi və aşkarı biləndir, böyükdür, ucadır. Aranızdan sözü gizlədənlər də, onu açıq deyənlər də, gecə gizlənib, gündüz gəzib dolananlar da (Allah dərgahında) eynidirlər. Allah’ın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də insanlar nəfslərində olanı dəyişmədikcə Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir camaata pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur. Qorxasınız və ümid bəsləyəsiniz deyə, sizə şimşək göstərən və ağır buludları var edən Odur. (Rəd surəsi, 9-12)