Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Fəttah

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Çox yaxşı hökm verən, açan, hökm edən Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik. (Əraf surəsi, 96) Fəttah Allah’ın açan sifətidir. Allah insanları çətinliklərlə sınayır, ancaq heç kimə qaldıra biləcəyindən çoxunu yükləmir. Allah səmimi qullarına çətinlik verdiyi zaman ondan çıxış yolunu da açır; mütləq çətinliyin yanında bir asanlıq da göstərir. Necə ki, Quranda Peyğəmbərimizin (s.ə.v) qarşılaşdığı çətinliklər nümunə verilərək bunların asanlıqla birlikdə verildiyi belə bildirilmişdir:

Məgər Biz sənin köksünü açıb genişlətmədikmi?! Ağır yükünü səndən götürmədikmi?! (Elə bir yük ki) sənin belini bükürdü. Sənin ad-sanını ucaltmadıqmı?! Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!

İnşirah surəsi, 1-6

Quranda Allah’ın iman edənlərə verdiyi asanlıqlara bir çox nümunə verilmişdir. Hz. Musa da Allah’ın müxtəlif çətinliklərlə sınadığı elçilərdən biridir. Ancaq Allah hz. Musanı köməyi ilə dəstəkləmiş və işlərini asanlaşdırmışdır.

Hz. Musa firona təbliğ etməyə gedərkən qardaşı Harunu özünə köməkçi etməsini Allah’dan istəmiş, Allah da onun duasını qəbul edərək hz. Harunu ona köməkçi etmişdir.

Quranda bir çox başqa hadisələrdə də göstərildiyi kimi, Allah möminlərə həmişə kömək edib. Onların başına gələn və aşılması qeyri-mümkün kimi görünən çətinlikləri ortadan qaldırıb. Ancaq bu inkarçılara aid deyil. Allah onların ürəklərini daraldır, sıxır və bütün nemətlərin qapısını bağlayır. Rəbbimizin diləməsi ilə bağlanan bu qapıları sonsuza qədər aça biləcək heç bir güc yoxdur.

Allah inkarçılar üçün nemət qapılarını bağladığı kimi, onların üzərinə əzab qapısı açar. İnkarçılara verilən bu əzab bir ayədə belə bildirilir:

Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız zaman dərhal ümidsizliyə qapıldılar. (Muminun surəsi, 77) Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar. Zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allah’a. De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allah’dan başqa hansı ilah onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar üz çevirirlər. De: “Bir deyin görək, əgər Allah’ın əzabı sizə qəflətən və ya açıq-açığına gəlsə, zalım camaatdan başqası həlak edilərmi?” (Ənam surəsi, 43-47)