Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Vahid

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Tək olan, şəxsində, sifətlərində, işlərində, adlarında, hökmlərində, əsla ortağı və ya bənzəri, tayı olmayan Sizin ilahınız tək bir ilahdır; Ondan başqa ilah yoxdur; O, Rəhmandır, Rəhimdir.

Bəqərə surəsi, 163

Allah’ın böyüklüyünü qavramayan insanlar Allah’a bərabər güclər tapmağa çalışmış və bunun nəticəsində gözlərində böyütdükləri şeylərə ibadət etmişlər. Bəzisi çox parlaq və güclü gördüyü üçün Günəşi daha üstün tutmuş və ona ibadət etmiş, bəzisi də ulduzların qarşısında əyilmişdir. Hətta bəziləri bütün acizliklərinə baxmayaraq, özlərinin də güc sahibi olduqlarını iddia etməyə cəsarət etmişlər. Quranda hz. İbrahimlə Allah’ın gücü və birliyi mövzusunda mübahisə edən adam bu mövzuya veriləcək ən əsas nümunədir. Hz. İbrahim isə Allah’a kimsənin ortaq ola bilməyəcəyini belə bir örnəklə isbat etmişdir:

Allah’ın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin (əhvalatını) bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə:

“Mən də həm dirildir, həm də öldürürəm!”– demişdi. İbrahim:

“Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.

Bəqərə surəsi, 258

Allah’dan başqa ilahlar tapmaq yalnız keçmişdə yaşayan insanlara məxsus olan ağılsızlıq deyil. Bu dövrdə də bir çox insan Allah’a ortaq qoşaraq, Onun yoldaşının və bənzərinin ola bilməyəcəyini inkar edir. Bu şəxslər bəlkə ətrafda Günəş, ulduzlar və s. kimi bütlər seçməmişdir, amma onlar da özləri kimi aciz olan digər insanlara və ya dəyər verdikləri əmtəələrə (zənginlik, gözəllik, güc və s.) sitayiş edirlər. Məsələn, bütün həyatlarını zənginlik, mal-mülk əldə etmək üçün keçirir və bu zaman Allah’ın özlərindən razı olub-olmadığını heç düşünmürlər. Allah’ı insanlarla, digər varlıqlarla bərabər tuturlar ki, bu da açıq-aşkar şirkdir.

Allah yaradandır. Heç kim Günəşi qərbdən gətirə bilməz, heç kim kosmosda fövqəladə bir sürətlə genişlənən kainatı dayandıra bilməz, heç kim göyü və yeri tuta bilməz və heç kim yoxdan bir insan yarada bilməz. Bunları ancaq kainatda tək olan və tayı-bənzəri olmayan Allah edə bilər. Yaradanla yaradılan isə əsla bənzər deyil. Quranda şirk qoşanların acizliyindən belə bəhs edilir:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah’dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də!

Həcc surəsi, 73

…Yoxsa onlarAllah’a, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allah’dır. O, təkdir, qalib gələndir”. (Rəd surəsi, ... Məryəm oğlu İsa Məsih ancaq Allah’ın elçisi, Onun Məryəmə göndərdiyi kəlməsi və Onun tərəfindən bir ruhdur. Allah’a və Onun elçilərinə iman gətirin və: “(İlah) üçdür!”

deməyin. (Batil əqidənizə) son qoyun! (Bu,) sizin üçün xeyirli olar. Həqiqətən, Allah tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər.

Nisa surəsi, 171