Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Həkim

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Hikmət sahibi, sağlam, möhkəm olan O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

Daha əvvəl də üzərində dayandığımız kimi, insanın çevrəsində gördüyü hər şey yaradılışın açıq dəlillərini göstərir. Kainatda müəyyən bir istiqamətdə hərəkət edən qalaktikalar, Günəşin ətrafında müəyyən orbitdə dövr edən dünya, canlıların vücudlarındakı -hələ yeni kəşf edilən- mürəkkəb sistemlər və gözlə görülməyən mikro aləmdə meydana gələn hadisələr... Şübhəsiz, insanların elmi sahədəki inkişaflarla biliyi artdıqca kainatdakı ən kiçikdən ən böyüyə qədər hər bir xüsusiyyətin nə qədər incə hesablarla var edilməsi də artıq dəqiqləşir.

Bu gün əldə olunan elmi səviyyə ilə bu həqiqət ortaya çıxmışdır: kainatın yoxdan var olduğu ilk andan bu yana bütün hadisələr müəyyən bir plan daxilində baş vermişdir. Belə ki, bu planın nəticəsində üzərindəki bütün canlılarla birlikdə dünya yaranmışdır. Ağıl sahibi bir varlıq olan insan da yer üzündə yerini almışdır. Əlbəttə, bu durumda insanın üzərinə düşən öz varlığı üçün ən uyğun olan şərtlərin nizam içində yaradıldığının fərqində olmaq, kainatın əmələgəlmə mərhələlərindəki hikmətləri qavramaqdır.

İnsan özünə verilən bu qədər nemət qarşısında unutmamalıdır ki, hər şeyin müəyyən bir yaradılış məqsədi və hikməti vardır. Özünün rahat yaşaya bildiyi bir qalaktika yaradılmışdır. Sadəcə bu mövzuüzərində düşünmək belə Allah’ın hər şeyi sonsuz bir hikmətlə yaratdığını görmək üçün kafidir. Ayələrdə belə buyurulur:

Onlar: “Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. bilən Sən, hikmət sahibi Sənsən”, - dedilər.

Bəqərə surəsi, 32

Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allah’a və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

Tövbə surəsi 71

Həqiqətən, Rəbbin onları bir yerə yığacaq. O, hikmət sahibidir, biləndir! (Hicr surəsi 25) Yenilməz qüvvət, hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir! Göylərdə və yerdə nə varsa Onundur! O, ucadır, uludur! Göylər az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir! Allah’dan başqasını dost tutanlar üzərində Allah Özü nəzarətçidir. Sən onlara zamin deyilsən! (Şura surəsi, 3-6)

Özlərindən savayı hələ onlara qoşulmamış başqalarına da (peyğəmbər göndərmişdir) O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

Cümə surəsi, 3