Allah'ın İsimləri: Sadiq
Mündəricat
- Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
- Ədl
- Əfüvv
- Axır
- Əhkamül-hakimin
- Alim
- Əliyy
- Asim
- Əzim
- Əziz
- Bais
- Raqib
- Rauf
- Rəzzaq
- Səməd
- Sadiq
- Saiq
- Sani
- Salam
- Səmi
- Şafi
- Baqi
- Şəfi
- Şarih
- Şəhid
- Şəkur
- Təvvab
- Vahid
- Varis
- Vasi
- Vədud
- Vəhhab
- Bari
- Vəkil
- Vəli
- Zülcəlali-vəl-ikram
- Zahir
- Basir
- Basit
- Batin
- Bədi
- Bərr
- Cami
- Cabbar
- Dai
- Dafiq
- Dərr
- Ərhamür-rahimin
- Əvvəl
- Faliq
- Fasil
- Fatir
- Fəttah
- Qəffar
- Qəniyy
- Xəbir
- Hadi
- Hafid
- Hafiz
- Hakim
- Həkim
- Haqq
- Xaliq
- Həlim
- Həmid
- Hasib
- Hayy
- Qabid
- Qabil
- Qadi
- Qədim
- Qadir
- Kafi
- Qəhhar
- Qəyyum
- Qarib
- Qasim
- Qavi
- Kəbir
- Kərim
- Quddüs
- Lətif
- Makir
- Maliki-yəvmud-din
- Malikül-mülk
- Məcid
- Məlca
- Məlik
- Mətin
- Mövla
- Müəxxir / müqəddim
- Müəzzib
- Mühit
- Mübki / müdhik
- Müvəffi
- Mühsi
- Mühsin
- Mühyi
- Müqəllib
- Mükmil
- Müqtədir
- Müntəqim
- Müsəvvir
- Mübəşşir
- Mübəyyin
- Müdəbbir
- Mömin
- Mücib
- Mühəymin
- Mütəali
- Mütəkəbbir
- Müsəvva
- Müstəan
- Mütəhhir
- Müyəssir
- Müzəkki
- Müzəyyin
- Müzil
- Müğni
- Nasir
- Nur
- Rəbbil-aləmin
- Rafi
- Rəhman-rəhim

Vədinə sadiq, doğru sözlü (Budur) Allah’ın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bilmir.
Allah insanları yaratmış, onlara yaxşılığı əmr edib pislikdən çəkindirən elçilər və bu elçilərlə birlikdə doğru yolu göstərən kitablar göndərmişdir. Bu kitablardan Quran Allah’ın insanları qaranlıqdan işıqlığa, doğru yola çıxarmaq üçün göndərdiyi son haqq kitabıdır. Quranda Allah özünə inananlara da, inanmayanlara da bəzi vədlər vermişdir. Bu vəd inkarçılar üçün dünyada çətin dolanışıq, axirətdə isə sonsuza qədər əzab çəkəcəkləri cəhənnəmdir. Ancaq bu dəqiq həqiqətə ehtimal verməyən inkarçılar Allah’ın vəd etdiyi əzabla qarşılaşmayacaqlarını zənn edirlər. Böyük yanlışlıq içində olan bu insanlara Allah belə buyurur:
Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz...
İnananlara vəd edilən isə dünyada da, axirətdə də məmnun qalacaqları həyatdır və onlar Allah’ın bu vədini yerinə yetirəcəyinə tam iman edirlər. Allah dünyada saleh qullarına olan vədini Quranda belə bildirmişdir:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir...
Möminlərə axirət üçün vəd edilən isə sonsuza qədər məmnun yaşayacaqları həyatdır. Bu həyat Allah’ın açıq vədidir və şübhəsiz, Allah vədindən dönməz. Ayələrdə belə buyurulur:
İman gətirib saleh əməllər edənləri isə altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağlarına daxil edəcəyik. (Bu,) Allah’ın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allah’dan daha doğruçu kim ola bilər? (Nisa surəsi, 122) Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, eşidəndir, görəndir. (Ənam surəsi, 115)
De: “Allah doğru söylədi. Odur ki, İbrahimin hənif dininin ardınca gedin. O, müşriklərdən deyildi”.
Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən! (Ali-İmran surəsi, 194) Göy yarılacağı zaman; dağlar dağılacağı zaman; elçilərə vaxt təyin olunacağı zaman (deyiləcəkdir): “Verilmiş möhlət hansı günə qədərdir?” (Deyiləcəkdir): “Ayırd etmə gününədək!”
Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi? (Qiyaməti) yalan sayanların o gün vay halına!