Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Rəhman-rəhim

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Mərhəmətli, verdiyi nemətlərdən yaxşı istifadə edənləri daha böyük və əbədi nemətlər verməklə mükafatlandıran, əzəldə bütün yaradılmışlar haqqında xeyir və rəhmət buyuran, sevib-sevmədiyini ayırmadan saysız nemətlərə qovuşduran O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı bilən Allah’dır. O, mərhəmətlidir, rəhmlidir. (Həşr surəsi, 22) Rəhman olan Allah sonsuz mərhəmətini və lütfünü görünən-görünməyən hər şeydə təcəlli etdirir. İnsan bu görünən və görünməyən nemətlərin vasitəsi ilə həyatını davam etdirir.

Allah hər gün torpağın içindən milyonlarla toxumu cücərdən, bu bərəkətli torpaqla yerin altındakı 4.500 dərəcə istilikdəki nəhəng kütləni saxlayan, göydən tonlarla saf su endirən, eyni anda dünyanın hər yerində milyardlarla canlıya ruzi verən, nəfəs aldığımız oksigeni yaradan və həyat verən saysız nemətləri ilə yaratdıqlarını əhatə edəndir.

Allah 100 trilyon hüceyrədən ibarət olan insanın hər bir hüceyrəsini yaradan, bunların hamısına ayrı-ayrılıqda vəzifəsini öyrədən, içlərinə hər biri 1 milyon səhifəlik məlumatı ehtiva edən DNT-ləri yerləşdirən, bütün bunlarla insana can verən və varlığını hər an davam etdirəndir. Bütün insanlar ana rəhminə düşdüyü andan torpağa geri döndüyü ana qədər yalnız Allah’ın yaratdığı nemətləri tanıyır, bilir və onlarla yaşayırlar. İnsanlardan bu nemətləri görən və yaradılış məqsədini qavrayaraq Ona qulluq edənlər olduğu kimi, nankorluqedərək Allah’a qulluq etməkdən üz çevirənlər də var. Buna baxmayaraq, Allah insanların üzərində Rəhman adını ən gözəl şəkildə təcəlli etdirir. İman etməyənlər, münafiqlər və müşriklər də dünya həyatında nəfəs aldıqları hava, içdikləri su daxil olmaqla, gizli-açıq bütün nemətlərdən faydalanırlar. Allah möminlərə verdiyi kimi, onlara da mal-mülk, yaşayacaqları gözəl evlər və nəsillərini davam etdirəcəkləri övladlar verir. Onları da gözəl ruzilərlə bəsləyir. Onlara da sağlamlıq, güc və gözəllik verir. Çünki Allah Rəhmandır.

Allah dünya həyatında inkar edənləri bəlkə dinə dönərlər, düşünüb dərk edərlər və Özünə şükür edərlər deyə faydalandırır. Lakin üz çevirənlər Allah’ın nemətlərindən ancaq göz açıb-bağlayacaq vaxtı qədər olan dünya həyatları müddəti boyu faydalana bilərlər.

Axirətdə isə bütün nemətlər sahib olduqlarını yalnız Allah’a yaxınlaşmaq, Onun razılığını axtarmaq üçün istifadə edən və Rəbbimizə hər an şükür edən möminlərə aiddir. Çünki Allah Rəhimdir və cənnəti yalnız mömin qullarına müjdələmişdir. Ayələrdə belə buyurulur:

(Bu cənnət) ər-Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir.

Məryəm surəsi, 61

Mərhəmətli və Rəhmli Allah’ın adı ilə!

Fatihə surəsi, 1

De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyin.

Necə çağırsanız da, hər halda, ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut.

İsra surəsi, 110

O gün insanlar heç bir yana meyil etmədən carçının arxasınca yeriyəcəklər. Ər-Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən.

Taha surəsi, 108

(Peyğəmbər) dedi: “Ey Rəbbim! Ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”. (Ənbiya surəsi, 112) Ruh və mələklər səf-səf duracağı gün, mərhəmətli (Allah’ın) izn verdiyi kimsələrdən və doğru deyənlərdən başqa heç kəs danışmayacaq. (Nəbə surəsi, 38)

Sən ancaq Qurana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata nail olacağı ilə müjdə ver!

Yasin surəsi, 11

Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, mərhəmətli (Allah’ın) vəd etdiyi (qiyamətdir).

Elçilər doğru deyirlərmiş”. Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir. Həqiqətən də cənnət əhli həmin gün nemətlər içində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. Üstəlik, rəhmli Rəbb (onlara):

“Salam”, - deyəcək.

Yasin surəsi, 52-58