Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Rafi

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Yüksəldən Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi. Biz onu yüksək bir məqama ucaltdıq.

(Məryəm surəsi, 56-57)

Cahiliyyə cəmiyyətində yaşayan insanlar Allah’ın əmr və qadağalarından uzaq, özlərinə verilən saysız neməti təqdir etmədən yaşayırlar. Düşünmədikləri, təqdir edə bilmədikləri üçün də cəhalət içindədirlər.

Allah tarix boyu bütün cəmiyyətlərə Öz əmrlərini, qadağalarını və tövsiyələrini çatdıran elçilər göndərmişdir. Bu yolla dindən uzaq yaşayan cəmiyyətləri içində olduqları cəhalətdən xilas olmağa dəvət etmiş, onlara doğru yola çatmaq üçün imkan vermişdir.

Allah’ın göndərdiyi elçilər eyni qövmün içindən çıxan, lakin üstün əxlaq, ağıl və yüksək vicdanları ilə cəmiyyət içində diqqət çəkən insanlardır. Elçilər Allah’ın Quranda bildirdiyi kimi, yaşadıqları qövmə xüsusi olaraq göndərdiyi və seçdiyi insanlardır. Elçilər yaşadıqları cəmiyyətin insanlarından fərqlidirlər. Allah’ın varlığını və axirətin yaxınlığını dərk etmişlər. Əlbəttə, bu xüsusiyyətlər elçilərin üstün insanlar olduqlarının açıq-aşkar dəlillərindəndir.

Allah’ın varlığının və böyüklüyünün şüurunda olan elçilər özlərinə peyğəmbərlik mövqeyinin verilməsindən sonra yaşadıqları cəmiyyətləri Quran əxlaqını yaşamağa dəvət etmiş, onları axirət əzabına qarşı xəbərdar edib qorxutmuşlar. Yaşadıqları çətin şərtlər, göndərildikləri inkarçı və azğın qövmlər, özlərinə davamlı çətinlik yaradan, hətta bəzən canlarına qəsd edən cəmiyyətlər onları yollarından döndərməmiş, əksinə, imanlarını artırmışdır. Bəzən: “İman etdik, təslim olduq”, -dedikdən sonra çətin vəziyyətdə elçini tək qoyan və geri dönən toplumlarla da qarşılaşmış, ancaq bu çətinliklər elçiləri əsla qorxutmamışdır. Onlar Allah’ın seçdiyi üstün bir mövqeyə layiq görülmüş qullardır və ən nəzərə çarpan xüsusiyyətləri isə Allah’a olan səmimi təslimiyyətləri və təvəkkülləridir.

Bu səmimiyyətlərinin qarşılığını da dünyada və axirətdə seçilərək almışlar. Ayələrdə Allah belə xəbər verir:

Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin müdrikdir, biləndir. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmayılı, Əlyəsəni, Yunisi və Lutu da. Hamısını aləmlərdən üstün etdik.

Ənam surəsi, 83-86

Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz.

Nisa surəsi, 49