Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Nasir

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Kömək edən Onlara kömək göstərdik və qalib gəldilər.

Saffat surəsi, 116

İnananların tək köməkçisi və vəlisi Allah’dır. Möminlər hər çətinlikdə, hər şəraitdə Ondan kömək diləyir və Allah da onlara kömək edir. Peyğəmbərlər hökm vermək lazım olduğu zaman ədaləti təmin etmək və dünyada Allah’ın razılığını qazanmaq məqsədi ilə xərclənəcək mal-mülk üçün, xəstələndiklərində şəfa tapmaq üçün və həyatlarının hər anında istədikləri hər şey üçün yalnız Allah’a yönəlmişlər. Allah da onların bu səmimi istəklərinə qarşılıq vermiş və onlara hər mövzuda kömək etmişdir. Allah kitabında elçilərinə bu vədləri vermişdir:

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir”. (Saffat surəsi, 171-172) Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yolu göstərən rəhbər və yardımçı kimi Rəbbin sənə yetər. (Furqan surəsi, 31)

Allah möminlərin də tək köməkçisidir. Quranda Allah “... Möminlərə yardım etmək Bizə haqdır…“ (Rum surəsi, 47) ayəsi ilə bütün iman edən qullarına kömək edəcəyini xəbər vermişdir. Ancaq Allah’ın köməyini qazanmaq üçün ən əhəmiyyətli şərtlərdən bəziləri Onun dininə kömək etmək, hədlərini qorumaq və bunun uğrunda cəhd göstərməkdir.

Bu cür səmimi səyin qarşılığında möminlər daim Allah’ın köməyi ilə qarşılıq alırlar. Allah’ın vəd etdiyi kimi, zəfər yalnız Rəbbimizə inananların, Onun razılığı və məmnuniyyəti üçün səy göstərənlərindir. Bir ayədə belə buyurulur:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.

Nur surəsi, 55

Dünyada möminləri tək və köməksiz buraxmayan Allah ölümlərindən sonra axirət həyatlarında da onların yeganə vəlisi və köməkçisi olacaq. Allah möminlərə dünyada və axirətdə kömək edəcəyini vəd etmişdir və şübhəsiz, Allah vədinə xilaf çıxmayandır:

Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik.

Mömin surəsi, 51

Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq. Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz, öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə məscidə girdikləri kimi ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik).

İsra surəsi, 6-7