Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Müzil

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Zillətə salan, alçaldan və zəlil edən Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz Allah’dan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir.

Tövbə surəsi, 2

Allah inkarçıları dünya əzabının bir hissəsi olaraq alçaldır. Bütün həyatlarını başqalarına özünü göstərmək, onlardan təqdir almaq üçün yaşayan inkarçılar üçün alçaldılma çox böyük əzabdır. Allah Quranda dünyada verilən bu əzabın xüsusiyyətini belə bildirir:

Onlardan əvvəlkilər də yalançı saymışdılar və əzab da onlara gözləmədikləri yerdən gəldi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər!

Zumər surəsi, 25-26

Allah bu ismini möminlərin və xüsusilə də elçinin əli ilə təcəlli etdirir. Bu həqiqətə Quranda belə işarə edilib:

... Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah biləndir, müdrikdir.

Tövbə surəsi, 14-15

Quranda bizə bildirildiyinə görə, hz. Süleyman öz hakimiyyətində inkarçıların ürəklərinə qorxu salmış, onları alçaltmışdır. Hz. Süleyman inkarçı qövmə göndərdiyi mesajda belə demişdi:

Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!

Nəml surəsi, 37

Bundan başqa, Allah bir çox ayəsində axirətdə inkarçılara alçaldıcı bir əzab olduğunu xəbər verir. Bu, inkarçıların dünya həyatındakı qürur və təkəbbürlənmələrinə qarşı Allah’ın təqdir etdiyi cəzadır. Çünki dünya həyatında inkarçıların ən böyük hədəflərindən biri başqa insanlar tərəfindən təqdir edilməkdir. Buna görə də həyatlarını Allah’ı tərifləməklə deyil, özlərinə tərif yığmaqla keçirirlər. Allah da bu istəklərinə qarşı cəhənnəmdə onları alçaldır. Ən böyük alçaldılmanı isə cəhənnəmdə insanların qarşısında alçaldılaraq yaşayacaqlar. Bir ayədə belə buyurulur: Kafirlər Odun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir:) “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!” (Əhqaf surəsi, 20) Allah’ın cəhənnəmdə hazırladığı alçaldılma bənzərsizdir və minlərlə növü var. Cəhənnəmdəki bu alçaldılmanın inkarçıların ruhunda yaratdığı kiçiklik üzlərinə də əks olunacaq, üzlərini bir zillət örtəcək. Mövzu ilə əlaqədar ayələr belədir:

O gün üzlər zəlil olub yerə dikiləcək.

Ğaşiyə surəsi, 2

Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər.

Onları zillət bürüyər. OnlarıAllah’dan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar od sakinləridir və orada əbədi qalacaqlar. (Yunis surəsi, 27) Allah inkar edənlər üzərində zillətə düşürən, xor və həqir edən ismini təcəlli etdirərkən, iman edənlər üzərində də Rəhman və Rəhim isimlərini təcəlli etdirir. Rəbbimiz cənnət və rəhmətini ehsan edib onları hər cür pislikdən təmizləyir. İnkar edənlərin yaşayacağı alçaldılmanın tam əksinə, Allah saleh qullarına rizasını, cənnət və nemətini lütf edir.