Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Mütəhhir

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Təmizləyən; şirkdən, pislikdən, mənəvi çirklərdən təmizləyən O zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin.

Ənfal surəsi, 11

İnsan müxtəlif acizliklərlə yaradılmış varlıqdır. Ömrü boyu səhvlər edir. Əlbəttə ki, mömin əlindən gəldiyi qədər bunlardan çəkinir, Allah’ın dinini tətbiq etməkdə səhv etməməyə və günaha girməməyə səy göstərir. Ancaq Allah’ın aciz bir qulu olduğu üçün səhvsiz yaşaması mümkün deyil. Necə ki, bu həqiqət bir Quran ayəsində belə xəbər verilir: Əgər Allah insanları etdikləri günahlara görə (dərhal) cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir). Şübhəsiz ki, Allah Öz qullarını görür. (Fatir surəsi, 45) Bu İlahi hökmə əsasən, Allah’ın qullarından tələbi heç səhv etməmək, ya da heç günah işləmək deyil. Mömindən gözlənilən Allah’ın məmnuniyyətini axtarmaq və sərhədlərinə diqqət yetirmək, işlədiyi bütün yanlış və günahlar üçün Allah’a yönəlmək və Onun rəhmətinə sığınmaqdır. Bundan sonra Quranda bildirildiyinə görə, Allah onun nəfsinin pisliklərini aradan qaldıracaq, onu günahlarından təmizləyəcək. Çünki Allah iman edən qullarını təmizləmək istəyir. Rəbbimiz bunu bir ayədə belə xəbər verir: ... Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. (Əhzab surəsi, 33)

İnsan böyük günahlar işləyə, üsyankarlıq edə, Allah’a və dinə zidd olan uzun ömür yaşaya bilər. Ancaq Allah o qədər böyük rəhmət sahibidir ki, sadəcə bir səmimi tövbə ilə insanın bütün günahlarını təmizləyər. Hətta ən böyük günahları işləyən, Allah’a və elçisinə qarşı çıxan kafirləri və münafiqləri belə, əgər səmimi qəlblə Özünə yönəlsələr, bağışlayacağını və pisliklərindən təmizləyəcəyini bildirmişdir. Ayələrdə belə buyurulur: Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən. Tövbə edənlər, islah edənlər, Allah’dan möhkəm yapışanlar və öz dinlərini Allah’a məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir.

(Nisa surəsi, 145-146)

Bu hökmlər Allah’ın qullarına olan sonsuz rəhmətinin təcəlliləridir. Şübhəsiz, qullarını Ondan başqa şirkdən, pislikdən, mənəvi çirklərdən təmizləyəcək heç kim yoxdur. Allah mərhəmətlilərin ən mərhəmətlisidir.

Cihad edən ancaq özü üçün cihad edər. Allah aləmlərə əsla möhtac deyildir. İman gətirib yaxşı işlər görənlərin günahlarının üstünü örtər və onlara etdikləri əməllərdən daha gözəl mükafat verərik.

Ənkəbut surəsi 6-7