Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Müdəbbir

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

İdarə edən, yoluna qoyan, bütün yaradılmışları nizam və tarazlıqla idarə edən və bir-birinə köməkçi edən Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da ərşə ucalan Allah’dır. İşləri yoluna qoyan Odur...

(Yunis surəsi, 3)

Allah bütün kainatı idarə edir. Ondan xəbərsiz bir atom belə hərəkət edə bilməz. Allah kiçik bir toz zərrəsindən, boşluqda sürətlə hərəkət edən planetlərə və insan gözünün əsla görə bilməyəcəyi mikro aləmdə yaşayan milyardlarla canlıya qədər hər şeyin üzərində idarəçi olan tək gücdür. Səma, içində olan milyardlarla ulduz, bir-birinin ardınca hərəkət edən planetlər və Günəş tam təslimiyyətlə Allah’a boyun əyiblər. Kainatdakı qüsursuz nizam bütün varlıqları hər an nəzarəti altında saxlayan və hər şeyin üzərində olan bir gücün varlığını bizə sübut edir. Bu, Allah’ın qüsursuz yaratmasıdır.

Yer üzünə baxdığımız zaman da yenə fövqəladə bir nizamla qarşılaşırıq. Allah hər canlıya müəyyən vəzifələr verib. Bunlar özlərinə verilən vəzifələri bir gün, bir dəqiqə belə axsatmadan yerinə yetirirlər. Məsələn, ağaclar havadakı karbonu alıb əvəzinə oksigen vermək məcburiyyətindədirlər. Torpaq canlıların yeməsi üçün növbənöv ruzilər verir. Göydən yağan yağış müəyyən sürətdə və müəyyən miqdarda yağır, şimşəyin arxasından mütləq göy gurultusu gəlir. Təbiətdəki tarazlıq hər zaman qorunur, bəziləri ölərkən, bəziləri dünyaya yeni göz açır. Bütün varlıq aləmini yaradan Allah hər bir varlığa öz vəzifəsini ilham edərək həyatlarını davam etdirmələrini təmin edir.

Allah yaratdığı bütün canlıların bədənlərini də müəyyən bir tarazlıqla və daima idarə edir, bütün orqanları bir-birinə köməkçi edir. Belə ki, insan bədəninin funksiyalarının demək olar ki, hamısı insanların idarəsi xaricindədir. Heç kim ürəyinin döyünməsini, ya da yediklərinin mədəsində həzm edilməsini təmin edə bilməz. Qanındakı ağ qan hüceyrələrinin mikroblara qarşı apardığı mübarizədən xəbəri belə olmaz. Bədənini meydana gətirən hüceyrələrdəki saysız kimyəvi əməliyyatlardan nə xəbəri var, nə də bunlara nəzarət edə bilər.

Eynilə bədənindəki bu proseslər kimi, insanın həyatının asılı olduğu saysız xarici amil də var. Bu milyonlarla xarici amildən hər birini Allah davamlı olaraq və tarazlıqla idarə edir. Əgər bəzi insanların iddia etdiyi kimi, Allah dünyanı yaradıb başıboş buraxsaydı, şübhəsiz, hər şey daha o anda pozulardı. Gerçək budur ki, bu qədər sistemi ancaq yaradıcımız olan Allah qoruyur və kainat ancaq Rəbbimizin idarəsi ilə varlığını davam etdirir. Çünki Allah kainatın gerçək sahibidir, yaradılışı Ona aid olduğu kimi, rəhbərliyi də yalnız Ona aiddir. Bu mövzuya Quranda belə diqqət çəkilir: Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də O, Həlimdir, bağışlayandır.

(Fatir surəsi, 41)

De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir? Onlar:

“Allah’dır!” – deyəcəklər. De: “Bəs onda Allah’dan qorxmursunuz?”

Yunis surəsi, 31