Allah'ın İsimləri: Hafiz
Mündəricat
- Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
- Ədl
- Əfüvv
- Axır
- Əhkamül-hakimin
- Alim
- Əliyy
- Asim
- Əzim
- Əziz
- Bais
- Raqib
- Rauf
- Rəzzaq
- Səməd
- Sadiq
- Saiq
- Sani
- Salam
- Səmi
- Şafi
- Baqi
- Şəfi
- Şarih
- Şəhid
- Şəkur
- Təvvab
- Vahid
- Varis
- Vasi
- Vədud
- Vəhhab
- Bari
- Vəkil
- Vəli
- Zülcəlali-vəl-ikram
- Zahir
- Basir
- Basit
- Batin
- Bədi
- Bərr
- Cami
- Cabbar
- Dai
- Dafiq
- Dərr
- Ərhamür-rahimin
- Əvvəl
- Faliq
- Fasil
- Fatir
- Fəttah
- Qəffar
- Qəniyy
- Xəbir
- Hadi
- Hafid
- Hafiz
- Hakim
- Həkim
- Haqq
- Xaliq
- Həlim
- Həmid
- Hasib
- Hayy
- Qabid
- Qabil
- Qadi
- Qədim
- Qadir
- Kafi
- Qəhhar
- Qəyyum
- Qarib
- Qasim
- Qavi
- Kəbir
- Kərim
- Quddüs
- Lətif
- Makir
- Maliki-yəvmud-din
- Malikül-mülk
- Məcid
- Məlca
- Məlik
- Mətin
- Mövla
- Müəxxir / müqəddim
- Müəzzib
- Mühit
- Mübki / müdhik
- Müvəffi
- Mühsi
- Mühsin
- Mühyi
- Müqəllib
- Mükmil
- Müqtədir
- Müntəqim
- Müsəvvir
- Mübəşşir
- Mübəyyin
- Müdəbbir
- Mömin
- Mücib
- Mühəymin
- Mütəali
- Mütəkəbbir
- Müsəvva
- Müstəan
- Mütəhhir
- Müyəssir
- Müzəkki
- Müzəyyin
- Müzil
- Müğni
- Nasir
- Nur
- Rəbbil-aləmin
- Rafi
- Rəhman-rəhim

Qoruyan, nəzarət edən, mühafizə edən Əgər üz çevirsəniz, mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir.
Bu gün elm adamlarının çoxu kainatın yoxdan var olması mövzusunda ortaq fikirdədirlər. Çünki əllərindəki bütün dəlillər bu gerçəyə işarə edir. Kainatın yoxdan yaranması əsnasında ortaya çıxan atomlarla, bu gün canlı-cansız hər şeyi meydana gətirən atomların bir-birləri ilə eyni olduğunu da elm ortaya qoyur. Kainatın ilk yaradılış anında nə qədər atom varsa, hazırda da o qədər atom var. Ancaq bir fərqlə: yoxdan yaranma anında böyük bir sürətlə ətrafa dağılan atomlar bu gün ulduzları, dünyanı, atmosferdəki havanı, yer üzündəki suyu, torpağı və hətta sizin bədəninizi meydana gətirirlər. Üstəlik, bunu elə qüsursuz bir şəkildə təşkil edirlər ki, hər bir atoma hakim olan yaradıcı gücün varlığı dəqiq şəkildə özünü göstərir.
Çünki bir nizamın varlığı onu yaradanın varlığını zəruri edir.
Bu nöqtədə qarşımıza bu həqiqət çıxır: ortada heç bir şey yox ikən maddəni yaradan və qüsursuz bir nizam meydana gətirən Allah, əlbəttə ki, bu nizamın meydana gəlməsindəki hər mərhələdən də xəbərdardır. Çünki belə kompleks sistemin tək bir anının belə idarəsiz meydana gəlməsi mümkün deyil.
Budur, bu həqiqət bizə kainatdakı sistemi təşkil edən, var edən Allah’ın sonsuz elmini göstərir. O, hər şeyi yoxdan var etmiş və qüsursuz bir nizam qurmuşdur. Hələ də bu nizamı müşahidə edir və qoruyur. Necə ki: “Həqiqətən, sənin Rəbbin nəzarət edir“ (Fəcr surəsi, 14) ayəsi Allah’ın kainat üzərindəki davamlı qorumasını bizlərə bildirir.
Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik.
Bizdə qoruyan bir kitab (Lövhi-məhfuz) vardır.
Halbuki, o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir.
Allah’dan başqası ilə dostluq edənlərə Allah Özü nəzarət edir. Sən onların mühafizəçisi deyilsən.
Allah’ın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də insanlar nəfslərində olanı dəyişmədikcə Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir camaata pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur.
Həqiqətən də Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır.