Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Dafiq

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Bəlaları dəf edən, uzaqlaşdıran Nəhayət, onlar Allah’ın izni ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır. (Bəqərə surəsi, 251) Möminləri maddi-mənəvi hər cür təhlükədən qoruyan Allah onlara kafirlərə, münafiqlərə, müşriklərə qarşı da böyük bir qüvvət, məğlub edilməz güc verir. İnkar edənlər hazırladıqları hiyləgər tələlərin, təşkil etdikləri sui-qəsd və hücumların hələ planlarını qurarkən Allah onlar üçün başqa bir tələ qurur. Beləliklə, vermək istədikləri zərəri möminlərdən dəf edərək tələlərini öz başlarına keçirər.

Digər tərəfdən, Allah inkarçıları öz aralarında da ayrılığa salaraq, bir-birləri ilə mübarizə etdirir və bu şəkildə gücdən salır. Müsəlmanlara kin saxlayanları onlardan uzaq saxlayır, öz canlarının dərdinə düşəcək bəlalar göndərir. Bu ilahi kömək Quranda belə bildirilmişdir:

O kəslər ki, haqsız yerə, ancaq:

“Rəbbimiz Allah’dır”, - dediklərinə görə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allah’ın adı çox zikr olunan sovməələr, kilsələr, məbədlər və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər…

Həcc surəsi, 40

Bununla yanaşı, bir çox çətinliyi, xəstəliyi, vəsvəsəni, şeytanın şərini və bəlasını da möminlərin üzərindən dəf edən və daha bilmədikləri nə qədər müsibəti onlardan geri çevirən yalnız Allah’dır. Şübhəsiz, bunların hər biri Allah’ın möminlərə gizli və açıq şəkildə göstərdiyi köməkləridir. O, qullarına qarşı çox şəfqətli, Özünə sığınanlara, Özündən kömək istəyənlərə qarşı da əsirgəyənlərin ən xeyirlisidir.

Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar. (Tövbə surəsi, 126) Yaxud onlar Allah’ın hiyləsindən ehtiyat etmirdilərmi?

Allah’ın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər. Məgər yer üzünün sakinlərindən sonra ona varis olanlara bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardıq və onlar da eşitməzdilər? Bu, o ölkələrdir ki, onların əhvalatlarından bəzisini sənə söyləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədirlər. Allah kafirlərin qəlblərini beləcə möhürləyir.

Əraf surəsi, 99-101

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır.

Ənfal surəsi, 30