Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Şəhid

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Şahid olan, hər zaman və hər yerdə hazır olan De: “Mənimlə sizin aranızda Allah’ın şahid olması yetər.

Həqiqətən, O, qullarından xəbərdardır, görəndir”.

İsra surəsi, 96

Allah əzəli və əbədidir. Mütləq olan tək varlıqdır. Zamana və məkana tabe deyil. Buna görə də keçmiş və gələcək anlayışları Allah qatında eynidir. Allah keçmişdə olan bütün hadisələri də, gələcəkdə baş verəcək hadisələri də bilir. Kainatın ilk yaradıldığı andan etibarən, yox olacağı qiyamət gününə qədərki son ana qədər hər şeyə şahiddir. Yaşanan hər hadisəni, söylənən hər sözü bilir. Allah qatında gizli olan heç nə yoxdur. Onun üçün gündüzün işıqlığı da, gecənin qaranlığı da birdir. Allah gecənin qaranlığında gizlənənlərin, bir yerə yığışaraq pıçıldaşanların bütün danışıqlarına da şahiddir. Cahil olan insan gecə qaranlığının günahlarını gizləyəcəyinə, heç kimin görməyəcəyinə və bilməyəcəyinə inanır. Halbuki, Allah insana hər an, hər yerdə şahiddir. Tək olanda da, milyardlarla insanın arasında olanda da insanın vəziyyəti Allah qatında eynidir. Quranda bu vəziyyət belə Məgər Allah’ın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, (onların) dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir. (Mücadilə surəsi, 7)

Allah bütün insanların hər an, hər saniyə ürəklərindəki niyyətə, ağıllarından keçən hər düşüncəyə şahiddir. Dünyada insanların yaşadıqları hər hadisəyə şahid olan Allah hesab günündə onlara əməllərinin tam qarşılığını əskiksiz verəcək. Allah’ın özünü görməyəcəyini, danışıqlarını eşitməyəcəyini zənn edənlər və gizli günahlarının qarşılarına heç vaxt çıxmayacağını düşünənlər qiyamət günündə nə qədər yanıldıqlarını anlayacaqlar. Çünki Allah insanın doğulduğu andan son nəfəsini verdiyi ölüm anına qədər yaşadığı hər hadisəyə bütün detalları ilə şahid olmuşdur. “O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə unutmuşlar. Allah hər şeyə şahiddir” (Mücadilə surəsi, 6) ayəsi ilə bildirdiyi kimi, insanın işlədiyi hər əməl axirətdə tam qarşılığını görəcək. Ayələrdə belə buyurulur:

Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın yazıda olmasın. (Yunis surəsi, 61) Fəqət Allah sənə nazil etdiyinə şahiddir. O, bu (Quranı) Öz elmi ilə nazil etmişdir. Mələklər də şahiddirlər. Şahid olaraq Allah kifayətdir. (Nisa surəsi, 166)

Onlara vəd etdiyimiz (əzabın) bəzisini sənə göstərsək və yaxud da (göstərmədən öncə) səni öldürsək, yenə də onların dönüşü Bizədir. Həm də Allah onların nə etdiklərinə şahiddir.

Yunis surəsi, 46

(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?

Fussilət surəsi, 53