Ərəb dilində bəzi sözlər hər dildə olduğu kimi birdən çox məna daşıyır. Türk dilində “yüz” sözünün fərqli mənaları olduğu kimi, ərəbcədə “fitnə” sözünün də fərqli mənaları vardır.
Fitnə ilk olaraq, “qızılın digər yad minerallardan ayırmaq üçün qaynadılması prosesi” üçün işlədilən sözdür. Quranın bir çox ayələrində fitnə sözünün kökü ilə əlaqədar olaraq, möminləri kafirlərdən və ya münafiqlərdən ayırmaq üçün yaradılmış imtahanlara verilən addır. Yəni insanın doğru yoldan çıxması və ya hidayətə tabe olması onun bu imtahan qarşısında göstərdiyi münasibətindən asılıdır. Ayədə belə buyurulur:
Musa təyin etdiyimiz vaxt üçün öz qövmündən yetmiş adam seçdi. Onlar zəlzələyə məruz qaldıqları zaman Musa dedi:
“Ey Rəbbim! Əgər istəsəydin, onları da, məni də daha əvvəl məhv edərdin. Aramızdakı səfehlərin etdikləri əməllərə görə bizi (hamımızı) məhv edəcəksən? Bu, Sənin imtahanından başqa bir şey deyil. Sən onunla dilədiyin kimsəni zəlalətə düçar edər, dilədiyini də doğra yola yönəldərsən. Sən bizim himayədarımızsan. Bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən xeyirlisisən.
Dünyanın bir imtahan yeri olduğu və insanların imanının mütləq imtahan olunacağı Quranın bir çox ayəsində xatırladılır:
İnsanlar imtahana çəkilmədən yalnız:
“İman etdik!” - deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər? Şübhəsiz ki, Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Allah doğru söyləyənləri də, yalançıları da, əlbəttə, bilir.
Çoxlu mal-dövlətə sahib olmaq və çoxlu nemətlərə sahib olmaq, Quran əxlaqına uyğun davranan insanın Allaha yaxınlaşmasına vəsilə olar. Amma əgər onun özünə məxsus olması ilə öyünürsə və sahib olduqlarını Allahın rizasına uyğun xərcləməzsə, doğru yoldan azmış olar. Belə bir adama “mal fitnəsinə düşdü” ifadəsi işlədilir. Bu insan imtahandan üzüağ çıxıb və rəftarını dəyişməsə, axirətdə “hüsrana uğrayanlardan” olacaq.
Bəla, xəstəlik, evini və ya ailəsini itirmək kimi hallar da fitnəyə misal ola bilər. Ancaq bir insan burada üsyan edib ümidsizliyə qapılıb kədərlənsə, fitnə onun imanının zəif olduğunu ortaya çıxarmış olar.
Mömin isə bütün hadisələrin Allahdan gəldiyini bilir, bütün hadisələr qarşısında Allahdan razı qalır və ən böyük sıxıntını bəla təvəkküllə qarşılayır. Qəlbində heç bir dünyəvi dəyərin yeri olmadığı üçün onları itirməsinə üzülməz. Bu ruh halının Allahın razılığını qazanmaq üçün ən uyğun olduğunu bilir.
İmanı Zəif Olanların Doğru Yoldan Azmalarına Səbəb olan Fitnələr
Quranın bəzi ayələrində inkarçıların vəziyyətini açıq-aşkar ortaya çıxarmaq üçün Allahın bəzi hadisələr yaratdığı xəbər verilir. Bu ayələrdən birində belə buyurulur:
Beləcə onların: “Allah aramızdan bunlaramı lütf etdi?” - demələri üçün bir qismini digərləri ilə imtahan etdik. Allah şükür edənləri daha yaxşı tanıyan deyilmi?!
(Ey elçi!) Biz səndən əvvəl elə bir rəsul və nəbi göndərməmişik ki, o bir şeyi arzuladığı zaman şeytan onun arzusuna bir şey qatmasın. Ancaq Allah şeytanın qatdığını yox edər. Sonra Allah Öz ayələrini möhkəmləndirər. Allah hər şeyi biləndir, hikmət sahibidir. (Allah şeytanın bunu etməsinə icazə verir ki,) qəlbində xəstəlik olanlar və qəlbi qatılaşanlar üçün şeytanın təlqinini bir sınaq vasitəsi etsin. Həqiqətən, zalımlar (haqdan) uzaq bir ayrılıq içindədirlər.
Aşağıdakı ayədə də insanların bəzilərinin azmasına sahib olduqları malların səbəb olduğu bildirilir:
Sınamaq üçün onlardan bəzi zümrələri faydalandırdığımız dünya həyatının zinətinə əsla göz dikmə! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha əbədidir.
Bu sınaqlar bəzi insanların yaxşı və ya pis olduğunu üzə çıxarmaqla yanaşı, onların inkarının güclənməsinə və həqiqəti üzə çıxarmağa xidmət edir. Mövzu başqa bir ayədə belə bildirilir:
Onların malları və övladları səni imrəndirməsin! Həqiqətən, Allah bunlar vasitəsilə onlara dünya həyatında əzab vermək və inkar edən olaraq can vermələrini istəyir.
Quranda Allahın bəzi insanları bir elm ilə azdırdığı belə bildirilir:
Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı?
Günahlarına görə Allahın azdırdığı insanlar üçün heç bir çıxış yolu yoxdur.
Sizə nə olub ki, münafiqlər barəsində iki qrupa ayrıldınız? Halbuki Allah onları, qazandıqları şeylərə görə baş aşağı etmişdir (küfrə qaytarmışdır). Allahın azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allah kimi azdırarsa, onun üçün heç bir (doğru) yol tapa bilməzsən!
Fitnə yolu ilə azmaq Yuxarıda qeyd etdiyimiz kimi, Quranda bir çox ayələrdə fitnənin azğınlığa səbəb olduğu xatırladılmış və bu mövzuda keçmiş ümmətlərdən nümunələr verilmişdir. Məsələn, Musa Peyğəmbər qövmündən uzaqlaşdıqdan sonra Samiri onları yoldan çıxardı və onlar buzov heykəli düzəldib ona ibadət etməyə başladılar ki, bu da ayələrdə “fitnəyə düşmək” olaraq tərif edilir:
Allah dedi: “Biz səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları doğru yoldan çıxartdı.”
(Samiri) onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Onlar da belə dedilər: “Bu sizin də, Musanın da ilahıdır. Lakin o (bunu) unutmuşdur”. Bəs onlar (buzovun) cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürlərmi?! Həqiqətən, Harun daha əvvəl onlara:
“Ey qövmüm! Siz onunla ancaq sınağa çəkildiniz. Sizin Rəbbiniz şübhəsiz ki, Rəhmandır. Ona görə də mənə uyun və əmrimə itaət edin!” - demişdi.
Fitnələrin insanları haqq yoldan azdırmasına dəlil olan ayələrdən bəziləri aşağıdakılardır:
Sən də görəcəksən, onlar da görəcəklər - Hansınızın divanə olduğunu. Şübhəsiz ki, Rəbbin Öz yolundan azanları da, doğru yolda olanları da çox yaxşı bilir.
Bəzi ayələrdə möminlərin fitnə ilə gücləndiyi və fitnələrə qarşı göstərdikləri davranışlarının Allaha yaxınlaşmalarına vəsilə olduğu bildirilir.
Məsələn, Peyğəmbərimizin dövründə möminlərə qarşı müharibə edilməsi və qızğın döyüş anı böyük bir fitnə idi. Ayələrdə möminlərin düşmənlə qarşılaşdıqları zaman necə davrandıqları belə xəbər verilir:
Möminlər (düşmən) dəstələrini gördükləri zaman:
“Bu, Allahın və elçisinin bizə olan vədidir. Allah və elçisi doğru söyləmişdir!” dedilər. Bu (düşmən dəstələrinin gəlməsi) onların yalnız imanını və itaətini artırdı.
Mömin fitnə nə qədər böyük olsa da, Allahın rizasını qazanmaq üçün hərəkət etdiyi üçün qalib gələcək.
Möminlər üçün rəhmət olan və imanlarını artıran bir hadisə imanı olmayanlar üçün azdırıcı fitnə ola bilər. Aşağıdakı ayələrdə cəhənnəmdə vəzifəli mələklərin sayının möminlərin imanını artıracağı, kafirlərin isə tam əksinə çaşqınlıq və inkarına səbəb olacağı bildirilir:
Onun üstündə on doqquz vardır. Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən qoyduq. Onların sayını da inkar edənlər üçün yalnız imtahan etdik ki, özlərinə kitab verilənlər yəqinliklə inansın, iman edənlərin imanlarını artırsın, həm özlərinə kitab verilənlər, həm də möminlər şübhəyə düşməsin, qəlbində xəstəlik olanlar və inkar edənlər isə:
“Allah bu məsəllə nə demək istədi?” - desinlər. Allah istədiyini belə azdırar, istədiyini də doğru yola yönəldər. Rəbbinin ordularını Özündən başqası bilə bilməz. Bu (Quran), insanlar üçün ancaq bir öyüddür.
Bəzi insanlar möminləri azdırıb öz azğın inanclarına və həyat tərzlərinə, bir sözlə, öz batil dinlərinə döndərməyə çalışırlar. Quranda möminlərin tarix boyu bu yöndə təhdid və hücumlara məruz qaldığı bildirilir. Bunlar möminləri Qurandan və din əxlaqından uzaqlaşdırmağı məqsəd qoyurlar. Allah ayələrində möminlərin bu hiyləyə düşdükləri təqdirdə fitnəyə düşəcəklərini belə bildirir:
(Müşriklər) sənə vəhy etdiyimizdən başqa bir şeyi yalandan Bizə isnad edəsən deyə az qalsın səni azdıracaqdılar. Belə olan təqdirdə şübhəsiz ki, səni özlərinə dost qəbul edəcəkdilər.
Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların arzularına uyma! Allahın sənə nazil etdiyinin bir qismindən səni yayındıra biləcəklərinə qarşı diqqətli ol! Əgər onlar üz döndərsələr, bil ki, Allah onları ancaq bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqdir.
Fitnə çıxarmaq və Qurandakı qarşılığı Allah fitnəni Bəqərə surəsinin 191-ci və 217-ci ayələrində “fitnə öldürməkdən betərdir” ifadəsiylə insan öldürməkdən daha böyük günah olduğunu bildirir. Buna görə də, fitnənin necə böyük günah olduğunu anlamaq üçün Quranda “insan öldürməyin” qarşılığına baxmaq yerinə düşər. Ayədə belə buyurulur:
Kim bir mömini qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb etmiş, onu lənətləmiş və onun üçün böyük bir əzab hazırlamışdır.
Fitnə burada haqq yoldan azdıran fəaliyyətləri əhatə edir və daha əvvəl qeyd etdiyimiz “imtahan” mənasından fərqli məna daşıyır.
Quranda münafiqlərin fitnə saldıqları bildirilir. Allah ayələrində münafiqlərin Peyğəmbərimiz dövründə möminləri döyüşmələrinə mane olmağa çalışdıqlarını, elçinin və möminlərin arxasından gizli planlar qurduqlarını, möminləri mübarizədən çəkindirdiklərini, zəifləmələri üçün fitnə saldıqlarını bildirir.
Münafiqlər ayələrin mənasını öz ağıllarına görə təhrif edir, özlərinə sərf edənə tabe olub, sərf etməyəni isə inkar edirlər. Möminlərin davranışı tam təslimiyyətdən başqa bir şey deyil. Bu mövzuda bir ayədə belə deyilir:
Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi möhkəm (qəti) ayələrdir. Onlar Kitabın əsasıdır. Digər qismi isə mütəşabeh (məcazi) ayələrdir. Ancaq qəlbində əyrilik olan kimsələr, fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabeh ayələrin arxasınca gedərlər. Halbuki, onun yozumunu, Allahdan başqa heç kəs bilə bilməz. Elmdə yüksək dərəcəyə çatmış olanlar isə:
“Onlara iman etdik. Hamısı Rəbbimizdəndir”, - deyərlər. Təmiz ağıl sahiblərindən başqası (bunu) dərk etməz.
Fitnə çıxarmaq münafiqlərin təməl xüsusiyyətlərindən biridir. Onsuz da münafiq sözü, nifaq, ayrılıq çıxaran mənasını verir. Möminlər arasında ayrılmaq isə fitnə salmaq kimi böyük bir günahdır. Münafiqlərin möminlər arasındakı fitnə çıxarmalarından bəhs edən ayələrdən bəziləri belədir:
Əgər onlar sizinlə birlikdə (cihada) çıxsaydılar, sizin içinizdə mütləq fitnə-fəsadı artırar və nifaq salmaq üçün aranıza girərdilər. Sizin aranızda onlara qulaq asanlar da var. Allah zalımları yaxşı tanıyır.
Əgər Yəsribin (Mədinənin) hər tərəfindən onlara hücum edilsəydi, sonra da onlardan fitnə tələb olunsaydı, şübhəsiz, bunu edər və azacıq da olsa yubanmazdılar.
Həqiqətən, onlar əvvəl də fitnə-fəsad çıxarmaq istəmiş və sənə qarşı hiylələrə əl atmışdılar. Nəhayət, haqq gəldi və onlar istəmədikləri halda Allahın əmri yerinə yetdi.
Allahın Rəsuluna və möminlərə qarşı gizlicə müxtəlif tələlər quran münafiqlər ifşa olduqlarında içlərindən bəziləri möminlərdən çəkindikləri üçün möminləri, əslində özlərinin münafiq olmadıqlarına inandırmağa və özlərini təmizə çıxarmağa çalışırdılar. Buna görə də, digər münafiqlərlə eyni olmamasını və onlara heç bir şey olmamış kimi davranılmasını istəyir və möminlərlə birlikdə olmağa davam etmək üçün icazə istəyirlər:
Onlardan elələri də var ki:
“Mənə (cihada çıxmamağa) izin ver və məni fitnəyə (günaha) salma!” - deyir. Bilin ki, onsuz da onlar fitnəyə düşüblər. Həqiqətən, cəhənnəm inkar edənləri mütləq bürüyəcəkdir!
Ayədə bu insanların yalan danışdıqları və digər münafiqlərlə eyni ixtilafda olduqları bildirilmiş və möminlərə onların hiylələrinə aldanmamaq üçün xəbərdarlıq edilmişdir.
Münafiqlərin və kafirlərin çıxartdığı fitnələrə görə cəhənnəmdə cəza alacaqları belə bildirilir:
(Onlara belə deyiləcək:)
“Dadın əzabınızı! Bu, tezliklə gəlməsini istədiyiniz şeydir”.
Möminlərin çəkişməsi fitnəyə səbəb olur Allah, Ənfal surəsində, möminlər bir-birinin vəlisi olmadıqları təqdirdə dünyanın nifaqla dolacağını belə bildirir:
İnkar edənlər də bir-birlərinin dostlarıdır. Siz onu (Allahın əmrlərini) yerinə yetirməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar.
Möminlər ixtilaf törətməkdən ciddi şəkildə çəkinər və ixtilaf yarada biləcək ən kiçik səhvə belə yol verməzlər. Ancaq bilavasitə qəsdən olmasa da, möminlərin düşə biləcəyi bəzi vəziyyətlər və davranışlar fitnə ehtimalına səbəb ola bilər.
Məsələn, yuxarıdakı ayədə möminlər bir-birlərini qorumasalar və birbiri ilə mübahisə edərlərsə, yer üzünün nifaqla dolacağını Allah bildirmişdir.
Belə bir vəziyyətdə məsuliyyət daşıyacaqları üçün əsl möminlər mübahisəni bir yana qoyaraq, bir-birlərinə qorumağa və bir-birinin vəlisi olmağa diqqət göstərərlər.
Fitnə ünsürləri
Hər şeyi yaradan Allah möminin dünya həyatında necə yaşaması lazım olduğunu təfərrüatı ilə izah etmişdir. Ancaq bəzi insanlar nəfs və istəklərini meyar tutduqları zaman fiziki istəklərini və mənfəətlərini dinin mənfəətindən və Allah rizasından üstün tutaraq qəflətə düşə bilərlər. Belə olduğu təqdirdə də, Allahın ona uzaq durmasını bildirdiyi şeylərə dalar və ciddi olması lazım olan məsələlərdə diqqətsiz olar.
Allah dünya nemətlərinin müvəqqəti olduğunu, dünyanın imtahan yeri olduğunu dəfələrlə bildirsə də, belə bir insan dünyanı onun “əsl evi” olduğunu hesab edir və axirətdən tamamilə uzaqlaşır.
Quranı özünə meyar tutmayan insan ancaq dünyəvi məqsədlər güdür və onu sınamaq üçün yaradılmış hadisələrdə boğulur. Allah bir ayəsində mal və övladların fitnə olacağını belə bildirir:
Şübhəsiz ki, mallarınız və övladlarınız bir sınaqdır. Böyük mükafat Allah dərgahındadır.
Ərəbcədə “imtahan” sözünün başqa mənaları olmasına baxmayaraq bunlar üçün fitnə sözünün işlədilməsi diqqət çəkicidir Çünki bəzi insanlar bu dünyada varlıqlarının əsl məqsədini dərk etmir və “mən evlənməliyəm”, “evim, övladım olmalıdır”, “mal-mülküm olmalıdır” kimi düşüncələrə qapılır və cahil cəmiyyətinin təlqini ilə bunları dünyanın ən vacib qaydası olduğunu hesab edirlər.
Təbii ki, hər bir müsəlman gözəl ailə həyatı yaşamaq, xoşbəxt və hüzurlu həyat yaşamaq istəyir. Ancaq cahiliyyə əxlaqı ilə yaşayan insanlardan fərqli olaraq, bu istəkləri dünyada tək varlıq məqsədi etməzlər. Möminin həyatının hər anında olduğu kimi evlilik və ailə həyatı da Allah rizası üçündür. Cahiliyyə əxlaqına sahib olan insanların əksəriyyəti isə evlilik, mal-mülk və uşaq sahibi olmaq mövzusunda göstərdikləri ciddiyyəti Allahın əmrlərini yerinə yetirməkdə və hədlərini qorumaqda göstərmirlər.
Möminlərin ailə qurmaq və uşaq sahibi olmaqla bağlı hər istək və davranışları Allahın Quranda bildirdiyi ölçülər daxilində olmalıdır. Bu meyara görə övlad sahibi olmaq adət olduğu üçün deyil, Allahın rizasına uyğun olduğu üçün istənər. Allahın nemət olaraq verdiyi övladın gözəl əxlaqlı, Allaha tam təslimiyyətli bir insan kimi yetişməsi üçün səy göstərilməlidir. Buna misal olaraq Quranda İmranın zövcəsinin duası budur:
O zaman İmranın arvadı dedi:
“Ey Rəbbim, mən qarnımda olanı hər cür dünyəvi istəklərdən uzaq olaraq Sənə fəda etdim. Onu məndən qəbul et. Həqiqətən, Sən eşidənsən, bilənsən!”
İbrahim Peyğəmbərin duası isə ayədə bu şəkildə bildirilir:
Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et və nəslimizdən də Sənə təslim olan bir ümmət çıxart! Bizə ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən.
Var-dövlət Allah rizası və dinin mənafeyi üçün istifadə edildikdə, rəhmətə çevrilər və axirətdə müsbət fayda verər. Bundan başqa hər şey isə fitnədir, yəni azdırıcı ünsürdür. Möminlər mal-mülkə münasibətdə Süleyman Peyğəmbərin əxlaqını nümunə götürür, mal sahibi olmaqdan çəkinməsələr də, bunu Allaha yaxınlaşmaq üçün bir vəsilə hesab edirlər. Süleyman Peyğəmbərin əxlaqı Quranda belə bildirilir:
Bir vaxt axşam çağı ona cins, çapar atlar göstərilmişdi. Bu zaman o:
“Həqiqətən, mən mal-mülk (at) sevgisini Rəbbimi zikr etmək üçün istədim”, - dedi. Nəhayət, onlar gözdən itdilər. (Sonra Süleyman dedi:) “Onları təkrar mənə gətirin!” O, atların ayaqlarını və boyunlarını sığallamağa başladı.
Zülm, işgəncə və əzab Quranda, insanlara zülm, işgəncə və təzyiq tətbiq etməyə də fitnə adı verilir:
Firon və qövmünün işgəncə verməsindən qorxduqları üçün öz qövmündən Musaya yalnız bir dəstə iman etdi. Çünki Firon həqiqətən, o yerin hökmdarı və həddi aşanlardan idi.
Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların arzularına uyma! Allahın sənə nazil etdiyinin bir qismindən səni yayındıra biləcəklərinə qarşı diqqətli ol! Əgər onlar üz döndərsələr, bil ki, Allah onları ancaq bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqdir.
Quranda insanın forması ilə bağlı verilən məlumatları araşdırarkən “nəfs” anlayışına tez-tez rast gəlirik. Nəfs ərəbcə “insanın özü” deməkdir və türkcədə dəqiq qarşılığı olmasa da, müəyyən dərəcədə “mənlik” sözü ilə tərcümə oluna bilər.
Quranda bildirildiyi kimi, “nəfsin” iki yönü vardır: İnsanın daxilində pisliyi əmr edən bir tərəfi (nəfsin fücuru) və o pislikdən çəkinməyi əmr edən digər tərəfi vardır. Bu vəziyyət Şəms surəsində belə təsvir edilmişdir:
And olsun nəfsə, onu yaradıb surət verənə, Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)! Nəfsini günahdan təmizləyən nicat tapmışdır. Nəfsini günaha batıran isə ziyana düşmüşdür.
Ayələrdə nəfslə bağlı verilən məlumatlar son dərəcə əhəmiyyətlidir:
Allah insanı yaradarkən onun nəfsini nizama salmış və ona “fücur” (nəfsin pisliyini) ilham vermişdir. Fücur ərəb dilindən tərcümədə “həqiqət sərhədlərinin parçalanmasıdır” deməkdir. Fücurun dini termin kimi mənası aşağıdakı kimi verilir:
“Günah və üsyan etmək, fasiq olmaq, yalan danışmaq, baş qaldırmaq, qarşı çıxmaq, haqdan üz çevirmək, nizamı pozmaq, zina etmək, əxlaqi çöküntü...”
Şəms surəsindəki ayələrdən öyrəndiyimiz kimi, Allah bu pisliklərlə yanaşı, insana nəfsin fücurundan (pisliyindən) çəkinməyi də ilham etmişdir. Həmçinin nəfsini təmizləyən, yəni nəfsinin fücurunu qəbul edib, Allahın ilhamına uyaraq ondan qorxanlar xilas olacaqlar. Bu, əbədi və əsl qurtuluşdur, yəni Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq, digər tərəfdən, nəfsini müdafiə edən, yəni onun fücurunu, pisliyini təmizləməyən, içində gizli saxlayan insan isə məhvə düçar olar. Məhv olmaq, Allahın lənəti və cəhənnəm əzabı deməkdir.
Bu mövzuda çox əhəmiyyətli nəticəyə gəlirik: Hamının içində mütləq pislik hissi vardır. İnsanın nəfsindəki pisliklərdən təmizlənmənin yeganə yolu bu pisliyin varlığını qəbul edib, Allahın göstərdiyi kimi ondan uzaq durmaqdır.
Möminlərlə kafirlər arasındakı ən əhəmiyyətli fərqlərdən biri də bu mərhələdə ortaya çıxır. İnsan ancaq Rəbbimizin Quranda verdiyi elm və tərbiyə nəticəsində nəfsində pislik olduğunu, ondan çəkinməsini öyrənir və qəbul edir. Dinin və din əxlaqını təbliğ edən peyğəmbərlərin ən böyük xüsusiyyətlərindən biri də, insanların nəfsindəki pislikləri aşkara çıxarıb onu təmizləmələridir.
Buna görə də, Qurani-Kərimin Bəqərə surəsinin 87-ci ayəsində buyurulur:
“...Hər dəfə bir elçi qəlbinizə yatmayan bir şey gətirdikdə təkəbbürlənmədinizmi?! Onların bir qismini təkzib etdiniz, bir qismini də öldürdünüz.”
Ayədə bildirildiyi kimi, inkarçılar nəfslərindəki pisliyə təslim olurlar və buna görə də, nəfslərinə zidd olan işləri tövsiyə edənləri haqq dini axmaqca inkar edirlər. Bu vəziyyətə düşən insan, Şəms surəsinin ayələrində deyildiyi kimi, nəfsini örtür və nəfsinin fücuruna əsir olur.
Möminlər Allahın varlığının, birliyinin fərqindədirlər; Ondan qorxar və Rəbbimizin hökmlərinə qarşı çıxmaqdan çəkinirlər. Buna görə də, nəfslərindəki fücura təslim olmaz, onu müdafiə etməz, ortaya çıxarar və Allahın ilham etdiyi şəkildə ondan çəkinərlər.
Quranda xəbər verilən Yusif Peyğəmbərin: “Mən nəfsimi də təmizə çıxartmıram. Həqiqətən, nəfs şiddətli şəkildə pis işlər görməyi əmr edər. Ancaq Rəbbimin rəhm etdiyi kimsə istisnadır. Şübhəsiz ki, Rəbbim bağışlayandır, rəhmlidir”. (Yusif surəsi, 53) sözləri, möminlərin necə düşünməli olduğunu göstərir. Mömin, nəfsinin onu hər an azdırmaq istədiyini dərk etməli və buna görə ayıq-sayıq olmalıdır.
Eyni ayənin davamından nəfsin fücuru ilə yanaşı, bu fücurdan (günahdan) çəkinməyin ilham edildiyini öyrənirik. Nəfsin insanı Allaha, dinin bildirdiyi həqiqətlərə və xeyirxah əməllərə yönəldən, xeyirlə-şəri ayırd etməyə imkan yaradan bu yönü xalq arasında “vicdan” kimi izah edilir.
Nəfsdə həmişə insanı pisliyə səsləyən istəklə yanaşı, onu davamlı yaxşılığa çağıran vicdan da var. Odur ki, insanın içində onu daima haqqa çağıran “kompas” vardır. Vicdan, bizi həqiqətə aparan Allahın səsidir. İnsan həmişə bu səsə qulaq asarsa və Quranda göstərilən əsas prinsipləri tam dərk edərsə doğru yolda irəliləyəcək.
İnsan vicdanına tabe olduğu müddətcə Allahın gözəl sifətlərinin təcəllilərini daşıyar. Allah sonsuz mərhəmətlidir, ona görə də, Allaha təslim olan mömin də mərhəmətli olar. Allah sonsuz ağıl sahibidir, bu da, Ona qulluq edən möminlərin də ağıllı olduqları deməkdir. İnsan Allaha yaxınlaşdıqca və təslim olduqca Rəbbimizin üstün əxlaqını daha çox daşıyar və ayədə bildirildiyi kimi “məxluqların ən xeyirlisi” (Beyyinə surəsi, 7) olar.
Quranın bütün hökmləri insandakı vicdana və bu vicdanın ölçülərinə görə təyin olunur. Halbuki Qurandakı vicdan normaları cahil cəmiyyətdə qurulan “vicdan” normalarından tamamilə fərqlidir. Cahil əxlaqlı bəzi insanların vicdan anlayışı yolda bir kasıba sədəqə vermək, heyvanlara sevgi göstərmək kimi son dərəcə səthi nümunələrlə məhdudlaşır. Halbuki möminin vicdanı Quranın bütün əmr və tövsiyələrinin yerinə yetirilməsini tələb edir. Əslində Quranda ümumi şəkildə ifadə edilən bir çox məsələnin təfərrüatları vicdan sayəsində müəyyən edilir və həyata keçirilir.
Məsələn, Quranda iman edənlərə ehtiyaclarından artıq qalanı infaq etmələri əmr edilir. Lakin ehtiyacının nə qədər olduğunu hər kəs öz vicdanı ilə təyin edər. Vicdanı güclü olmayan bir insan isə dinin hökmlərini Allahın rizasına uyğun şəkildə tətbiq etməz.
Mömin gündəlik həyatda həmişə bir neçə variant arasında seçim etməli olur. Qarşılaşdığı variantlar içində, Allahın rizasına ən uyğun olanını, dinin mənfəətinə ən faydalı olanını seçməklə məsuldur. Bu seçimi edərkən əlaqədar olduğu variantlar qarşısında vicdanı ilk olaraq dövrəyə girər və hansı variantın Allahın rizasına daha uyğun olacağını ona deyər. Ancaq ikinci mərhələdə nəfsi də dövrəyə girəcək və onu digər alternativlərə yönəltməyə çalışacaq. Bunun üçün də insana bəhanələr pıçıldayacaq. Quranda nəfsin qarşıya qoyduğu bu “bəhanə”lərə tez-tez diqqət çəkilir.
Mömin, nəfsin ona pıçıldadığı bütün bəhanələrə qulağını tıxamalı və vicdanının ona göstərdiyi doğrunu tətbiq etməlidir. Quranda möminlərin vicdanına aid verilən nümunələr, insanı bu mövzuda düşünməyə yönəltməlidir. Ayələrdə Peyğəmbərimiz dövründəki möminlərin döyüşə çıxma şövqləri belə bildirilir:
Allah və elçisi üçün (insanlara) öyüd-nəsihət verəcəkləri təqdirdə, acizlərə, xəstələrə, xərcləməyə bir şey tapa bilməyənlərə (döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə heç bir qınaq yoxdur. Allah bağışlayandır, rəhm edəndir. Minik təmin etməyin üçün sənin yanına gəldiklərində:
“Sizi mindirməyə bir heyvan tapa bilmirəm”, - dediyin zaman xərcləyəcək bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönən kimsələrə də (günah və qınaq) yoxdur.
Müharibəyə getmək çox təhlükəlidir. Döyüşməyə gedən adam öləcəyini və ya yaralanacağını bilir. Ancaq Peyğəmbərimizin dövründə möminlərdə Allah yolunda döyüşmək həvəsi böyük idi və döyüşə gedə bilmədiklərinə görə kədərlənirdilər. Bu, Quranda ifadə edilən vicdanın parlaq nümunəsidir.
Nəfs mömini dərhal dindən döndərməz, ancaq kiçik bəhanələrlə dindən uzaqlaşdırmağa çalışar. Məsələn, mömini Allah rizası üçün edəcəyi bir işdə tənbəlliyə sürükləməyə çalışar. Bəzi bəhanələr gətirərək onu tənbəlliyə sürükləyər. Nəfsin xırda istəklərinə yol verilərsə, nəfsin insana təsiri getdikcə artar və nəticədə insan imanı tərk edib yenidən nəfsinin əsiri ola bilər.
Hər bir mömin, hansı vəziyyətdə olursa olsun, öz nəfsini deyil, Allahın əmri ilə hərəkət etməli, nəfsini boğaraq, nəfsi ehtiraslarını cilovlamağa borcludur. Bir ayədə belə buyurulur:
Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin və öz xeyriniz üçün infaq edin! Nəfsinin xəsisliyindən qorunanlar əsil nicat tapanlardır.
Ayədə, möminlərə Allahdan qorxmaları, Ona itaət etmələri, Onun hökmlərini dinləmələri və infaq etmələri, yəni mallarını Allahın rizasına uyğun olaraq xərcləmələri əmr edilir. Çünki bunlar, insanın “nəfsinin eqoististəklərindən” qorunmasına və nəticədə, nicat (böyük qurtuluş və xoşbəxtlik) tapmasına səbəb olur. Eyni həqiqət başqa ayələrdə belə xəbər verilir:
Ancaq kim Rəbbinin məqamından qorxar və nəfsini (pis) arzulardan uzaq tutarsa, əlbəttə, onun məskəni cənnətdir.
Nəfsinin eqoist istəklərindən qorunaraq nəfsini təmizləmiş, buna görə də Allahın razılığına və cənnətinə qovuşmuş insanın nəfsi isə Quranda mütmain olmuş, yəni razı qalınan nəfs olaraq qeyd olunar. Ayədə belə buyurulur:
(O gün Allah möminlərə belə səslənəcəkdir:)
“Ey rahatlıq tapan nəfs (insan)! Sən Rəbbindən, Rəbbin də səndən razı qalmış halda Ona dön! Beləcə, (yaxşı) bəndələrimin arasına daxil ol, cənnətimə gir!”
Nəfsinin pis istəklərinə tabe olub, onu təmizləməmiş və bu şəkildə axirətə getmiş birinin də peşmanlıqdan başqa payı yoxdur. Gəlib-keçmiş milyardlarla inkarçının qiyamət günündə yaşadıqları peşmanlıq və nəfsini qınamaları həqiqətən çox dəhşətli mənzərə yaradır. Bu, kafirləri gözləyən elə böyük və qaçılmaz həqiqətdir ki, Allah ayələrdə qiyamət günündə özünü qınayan nəfsin vəziyyətinə and içir:
And içirəm qiyamət gününə! And içirəm özünü qınayan nəfsə!
Qiyamət surəsi, 1-2
Nəfsin İstəklərini İlah Edənlər
Nəfs, əvvəlki səhifələrdə də vurğuladığımız kimi iki cəhətlidir və Allah nəfsə fücuru, yəni pisliyi və ondan çəkinməyi ilham etmişdir. Quranda, nəfsin fücurunu ifadə etmək üçün çox vaxt “istək” ifadəsi də istifadə edilir. “İstək” sözü lüğətdə; “ehtiras, nəfsin arzu və həvəsi, şəhvət, şəhvətə qarşı şiddətli meyl, insanın pozulmasına yol açan bütün daxili mənfi faktorlar” şəklində təyin edilir.
İnkarçılar böyük bir cəhalətlə nəfsin bu mənfi yönünü, yəni nəfsinin istəyini tək yol göstərici və məqsəd kimi qəbul edirlər. Onlar bütün həyatını istəklərini təmin etmək üzərinə qurublar. Buna görə də, ağıllarını istəklərinin razılığına yönəldir və beləliklə də Quran əxlaqının insanlara bildirdiyi həqiqətləri qavraya bilmirlər. Allah, nəfsinə hakim olan insanların Quranı və Peyğəmbərin təbliğini qavramadıqlarını bu şəkildə bildirir:
Onlardan bəziləri gəlib səni dinləyər. Sonra yanından çıxıb getdikləri zaman, elm verilmiş kimsələrə:
“O (Məhəmməd) bir az əvvəl nə deyirdi?” – deyə soruşarlar. Onlar Allahın qəlbinə möhür vurduğu və öz nəfsinin arzularına uyan kimsələrdir.
Nəfsinin fücuruna (pisliklərinə) təslim olan insan hər bir hadisə və hökmdə nəfsinə uyar. Nəfsin istək və arzuları yeganə meyarı olur. Bu səhv meyara tabe olan insan artıq cahilcə öz nəfsinə sitayiş edir. Quranda bu vəziyyətə “öz nəfsini ilah etmək” deyilir:
Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı?
Nəfsi və istəklərinə görə hərəkət etdiyi üçün düşünə bilməyən bir insan Quranda kor və kar kimi təsvir edilmişdir. Ağıllı möminlər isə xeyirlə-şəri birbirindən ayıra bilən qavrama (dərrakəyə), hadisələrə hakim olan dünyagörüşünə və qavrayışa (bəsirətə) sahibidirlər. Nəfsinin istəklərinə uyduğu üçün ağlını itirən, doğru yoldan azmış insanlar və cəmiyyətlər haqqında Quranda çoxlu ayələr vardır. Bu ayələrdən bəziləri bunlardır:
Sizə nə olub ki, üstündə Allahın adı çəkilərək kəsilənlərdən yemirsiniz? Halbuki məcbur qaldığınız vaxt (yeyə biləcəyiniz şeylər) istisna olmaqla, sizə haram etdiklərini O sizin üçün bəyan etmişdir. Həqiqətən, bir çoxları arzularına uyaraq bilmədən (insanları) haqq yoldan azdırarlar. Şübhəsiz ki, Rəbbin həddi aşanları ən yaxşı biləndir.
Haqq yol aydın olduqdan sonra kim elçiyə qarşı gələr və möminlərin yolundan başqa bir yol izləyərsə, onu yönəlmiş olduğu yola döndərər və cəhənnəmə atarıq. Ora necə də pis bir qayıdış yeridir!
Xeyr, zülm edənlər cahilliklə öz nəfslərinin arzularına uydular. Allahın haqq yoldan azdırdığı kimsəni kim doğru yola yönəldə bilər?! Onların heç bir köməkçisi də yoxdur.
Əgər haqq onların arzu və istəklərinə uysaydı, göylər, yer və onların içindəkilər mütləq fəsada məruz qalardı. Xeyr, Biz onlara Zikrlərini (Quranı) gətirdik. Ancaq onlar Zikrlərindən üz çevirirlər.
Sənə də, özündən əvvəlki kitabı təsdiqləmək və onu qorumaq üzrə haqq olaraq Kitabı (Quranı) nazil etdik. Onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm ver və sənə gələn haqqı qoyub onların arzularına uyma! Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin O, verdikləri ilə sizi imtahan etmək üçün (belə etdi). Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın! Hamınızın dönüşü Allahadır. O, ixtilafa düşdüyünüz şeylər barəsində sizə xəbər verəcəkdir. Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların arzularına uyma! Allahın sənə nazil etdiyinin bir qismindən səni yayındıra biləcəklərinə qarşı diqqətli ol! Əgər onlar üz döndərsələr, bil ki, Allah onları ancaq bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqdir. (Maidə surəsi, 48-49)
Nəfsin istəkləri insanı bəzi arzulara düçar edir, onun gözlərini kor edir. Bu vəziyyətdə olan insan öz əbədi fəlakətinə doğru sürətlə irəliləyir.