Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurandakı əsas anlayışlar: Sədaqət və İtaət

Mündəricat
  1. Giriş
  2. Şirk
  3. Fitnə
  4. Vicdan və Ruh
  5. Qəlb, Ağıl və Zəka
  6. Ağıl Sahibləri və Ağlı Örtən Amillər
  7. Ağıl və Duyğusallıq
  8. Qəflət Halı və Diqqət
  9. Sədaqət və İtaət
  10. Qətiyyət
  11. Səbir Etmək
  12. Şükür
  13. Mənfəət Güdməmək
  14. Qardaşlıq və Birlik
  15. Təvazökarlıq və Təkəbbür
  16. Dua

Quranda insan xarakterləri müxtəlif üsullarla və bir çox təfərrüatlarla təsvir edilmişdir. İnkarçıların pis əxlaqı və xarakterindəki qüsurları izah edilir. Digər tərəfdən, möminin əxlaqının çox əhatəli təsviri verilir. Allahın ruhunu daşıyan, Ona yönələn, yalnız Allaha itaət edən möminlərin Quranda sadalanan bütün xüsusiyyətləri yüksək əxlaq və xarakterə əsaslanır.

İnkarçıların və möminlərin təsvirinə nəzər saldıqda hər iki tərəfin tamamilə əks xarakterdə olduğunu görürük. Məsələn, möminlər səmimi və etibarlı, kafirlər isə qeyri-səmimi və son dərəcə hiyləgərdirlər. Möminlər təvazökar, cəsur və fədakar olduqları halda, kafirlər təkəbbürlü, qorxaq və eqoistdirlər.

Möminlərlə kafirlər arasındakı ən böyük fərqlərdən biri də sədaqətlə bağlıdır. İnkar edənlər heç vaxt əsl sədaqətə sahib ola bilməzlər: Yalnız öz maraqlarını meyar olaraq seçdikləri üçün sevdiklərini dedikləri insanları (dostları, qohumlarını) bu maraqları üçün asanlıqla aldada bilərlər. Doğru bildikləri yoldan asanlıqla geri dönə bilərlər.

Halbuki möminlər tamamilə fərqlidirlər. Onların meyarı öz kiçik mənfəətləri deyil, Allah rizasıdır. Bütün rəftarlarını Allahın istədiyi şəkildə nizamlayarlar. Buna görə də, sevdiklərini (yəni digər möminləri) sadə hesablar uğuruna yarı yolda buraxmaları, ya da çətinlik səbəbi ilə doğru bildikləri yoldan dönmələri mümkün deyil. İman edənlərə və xüsusilə də peyğəmbərə böyük sədaqətlə bağlıdırlar. Allah möminlərin sədaqətini belə bildirir:

Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər.

Əhzab surəsi, 23

Sədaqət möminləri bir yerdə saxlayır. Əhəmiyyətli bir qətiyyət göstəricisi olan bu xüsusiyyət möminin laqeyd quruluşun yaranmasına mane olan xüsusiyyətlərindəndir. Sədaqətdə göstərilən bir az laqeydlik insanın özünə hörmətini itirməsinə səbəb olar. Özünə hörmətini itirən insan getdikcə daha pis vəziyyətə doğru irəliləyir.

Sədaqətsizlik böyük nəticələrə səbəb ola bilər. Sədaqətsizlik edən şəxs əvvəlcə bu əməlini möminlərdən gizli saxlamağa çalışaraq saxtakarlıq mərhələsinə qədəm qoyur. Ardıcıl yalanlarla möminləri aldatmağa başlayar. Bu vəziyyəti yeni yalanlar izləyir və möminləri aldada biləcəyinə inanaraq fərqli həyat tərzi keçirməyə başlayır. Bu həyat tərzi möminlərdən mümkün qədər uzaq, onlara sevgi hiss bəsləməyən, yalnız möminlərdən faydalanmağa əsaslanan pis bir həyat tərzidir.

Bu, adamın Allah rizasını deyil, insanların razılığını güddüyü və onlar qarşısındakı etibarını öz ağlına görə qurtarmaq məqsədi ilə yalanlara sığındığı bədbəxt vəziyyətdir. Bu bədbəxt vəziyyətinin möminlər tərəfindən fərq edilib yalanları tək-tək ortaya çıxan adam, münafiqlik əlamətləri göstərməyə başlayar. Sədaqətsizliyinə bəhanələrlə çıxış nöqtələri tapmağa çalışaraq özünü təmizə çıxarmağa başlayar. Özünü təmizə çıxarma düşüncəsi möminlərdən ayrılıb müşrik, münafiq və dinsizlərlə ittifaqa girə bilmə mərhələsinə qədər onu aparar.

Sadiq möminlər isə sədaqətlərini ölənə qədər davam etdirərək qətiyyətini və peyğəmbərə olan itaətini göstərirlər. Çünki möminlərin bu sədaqəti əslində Allaha qarşı olan sədaqətidir. Sədaqətsizlik edən adam bu hərəkətini möminlərə qarşı deyil, Allaha qarşı edər. Sədaqət və itaət də yalnız Allahadır. Quranda peyğəmbərə itaət edənlərin Allaha itaət etmiş olduğunu belə xəbər verilir:

Kim Rəsula itaət edərsə, şübhəsiz ki, Allaha itaət etmiş olar. Üz döndərənə gəldikdə, Biz səni onların başına gözətçi göndərmədik.

Nisa surəsi, 80

Möminin ən həssas olmalı məsələlərdən biri də sədaqətdir. Quranda Peyğəmbərlə birlikdə cihaddan qaçmağa çalışan münafiqlərdən bəhs edilərkən onların daha əvvəl sədaqət göstərəcəklərinə dair and içdikləri bildirilir və bu andın ağır bir məsuliyyət olduğu belə bildirilir:

Halbuki onlar daha əvvəl (düşmənə) arxalarını çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilən sözün məsuliyyəti vardır.

Əhzab surəsi, 15

Allaha verilən sədaqət sözü, ağır məsuliyyətdir. Buna görə də, Allah möminlərə belə əmr edir:

Allahın əhdini az bir mənfəət müqabilində satmayın! Əgər bilirsinizsə, şübhəsiz ki, Allah yanında olan sizin üçün daha xeyirlidir.

Nəhl surəsi, 95

Şübhəsiz ki, sədaqətin ən açıq göstəricisi peyğəmbərə itaətdir. İtaət Quranın bir çox ayəsində əmr edilən son dərəcə əhəmiyyətli bir ibadətdir. Ayələrdə də bildirildiyi kimi, elçiyə itaət etmək həm Allahdan gələcək rəhmət və mərhəmətin, həm cənnətin, həm də inkarçılara qarşı qazanılacaq uğurun açarıdır. Ayələrdə belə buyurulur:

Allaha və elçiyə itaət edin ki, bəlkə sizə rəhm olunsun!

Ali İmran surəsi, 132

Yer üzündə sizin üçün yaratdığı növbənöv şeyləri də (istifadənizə verdi). Şübhəsiz, bunda da düşünüb öyüd alanlar üçün ibrətlər vardır.

Nəhl surəsi, 13

Ey iman edənlər, Allaha itaət edin! Elçiyə və özünüzdən olan ixtiyar sahiblərinə (idarəçilərə) də itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu Allaha və elçiyə ərz edin (onların əmrlərinə uyğun olaraq həll edin)! Bu həm daha xeyirli, həm də nəticə etibarilə daha gözəldir.

Nisa surəsi, 59

Biz hər bir elçini, - Allahın izni ilə - yalnız özünə itaət olunması üçün göndərdik. Əgər onlar, özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və elçi də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın, tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər.

Nisa surəsi, 64

Kim Allaha və elçiyə itaət edərsə, onlar Allahın nemət bəxş etdiyi elçilər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar nə gözəl yoldaşlardır!

Nisa surəsi, 69

Ayələrdə buyurulduğu kimi, peyğəmbərə itaət hər şəraitdə və hər çətinlikdə qeyd-şərtsiz yerinə yetirilməlidir. Bəzi kiçik çətinliklərə dözərək itaət etmək münafiqlər tərəfindən də göstərilə bilər; halbuki, həqiqi mənada çətinlik və sıxıntılara baxmayaraq itaət etmək möminlərin xüsusiyyətidir. Necə ki, Quranda Peyğəmbərimizin dövründəki münafiqlərin Allah yolunda mübarizəni çətin gördükləri və geridə qaldıqları bildirilir. Ancaq “bir fayda və orta bir səfər” olarsa gələcəkləri ayələrdə bu şəkildə bildirilir:

Yüngül və ağır olaraq cəhd edin! Mallarınızla və canlarınızla Allah yolunda cihad edin! Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir. Əgər o, asan əldə olunan dünya malı və orta mənzilli bir səfər olsaydı, mütləq sənin ardınca gedərdilər. Ancaq məşəqqətli yol onlara uzaq gəldi. Onlar:

“Əgər gücümüz çatsaydı, mütləq biz də sizinlə bərabər (səfərə) çıxardıq”, - deyə özlərini həlak edərcəsinə Allaha and içəcəklər. Halbuki Allah bilir ki, onlar yalancıdırlar.”

Tövbə surəsi, 41-42

Möminin ən mühüm xüsusiyyətlərindən biri də hər vəziyyətdə itaətini qoruyub saxlamasıdır. Quranda həqiqi möminlərlə münafiqlər arasındakı fərq belə bildirilir: (Münafiqlər:) “Allaha və elçiyə iman etdik və itaət etdik!” - deyirlər. Bunun ardınca onlardan bir qrup (haqdan) üz döndərir. Onlar mömin deyillər. Aralarında hökm verməsi üçün Allaha və elçisinə çağırıldıqları zaman onlardan bir qrup dərhal üz çevirər.” Əgər haqq (Allah və Rəsulunun verdiyi hökm) onların lehinə olarsa, itaət edərək onun yanına gələrlər. Onların qəlbində xəstəlik var, yoxsa şübhə edirlər? Yaxud Allah və elçisinin onlara haqsızlıq etməsindənmi qorxurlar? Xeyr, onlar əsil zalımlardır. Aralarında hökm verməsi üçün Allaha və Rəsuluna çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” - demələridir. Nicat tapanlar məhz onlardır! Kim Allaha və Onun elçisinə itaət edər və Allahdan qorxub çəkinərsə, onlar əsil uğur qazananlardır. Onlara (münafiqlərə) əmr etdiyin zaman (cihada) çıxacaqlarına dair Allaha möhkəm and içdilər. De ki: “And içməyin! Gözəl bir şəkildə itaət etmək (kifayətdir). Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır”. De: “Allaha da, elçiyə də itaət edin! Əgər üz döndərsəniz, (bilin ki,) onun vəzifəsi ancaq ona yüklənəndir (təbliğ vəzifəsidir). Sizin vəzifəniz də sizə yüklənəndir (əmr ediləni yerinə yetirməkdir). Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Elçinin vəzifəsi isə ancaq açıq bir şəkildə təbliğ etməkdir. (Nur surəsi, 47-54)

Elçiyə itaət səmimi qəlbdən edilməlidir. Mömin, elçinin verdiyi qərarın doğru olduğuna qəti şəkildə əmin olmalı və itaətində heç bir şübhə olmamalıdır. Bu son dərəcə vacib məsələdir. Çünki əks rəftar, yəni könülsüz itaət Quranda küfr əlaməti olaraq təsvir edilmişdir. Allah ayədə buyurur:

Xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarındakı ixtilaflar barəsində səni hakim təyin edib, sonra da verdiyin hökmə görə içlərində bir sıxıntı hiss etməyib tam bir təslimiyyətlə təslim olmayınca, iman etmiş olmazlar!

Nisa surəsi, 65

İtaət insanın Allaha iman etdiyinin və Ona bəndə olmağı qəbul etdiyinin ən açıq nişanəsidir. İnsanı əbədi nicata çatdıran ancaq itaətdir. Çünki, “Ey iman edənlər! Sizi, həyat verən şeylərə çağırdığı zaman Allahın və elçinin dəvətini qəbul edin!...” (Ənfal surəsi, 24) ayədəki hökmə əsasən, rəsul möminləri “həyat verən”, onları qurtaracaq şeylərə çağırır.

Başqa bir ayədə isə rəsulun möminləri nicata, azadlığa və rahatlığa dəvət etdiyi və onları pisliklərdən çəkindirdiyi bildirilir:

Ayələrdə də bildirildiyi kimi, möminlərin inkarçılara qarşı fikri qələbəsi, elçiyə və aralarından olan rəhbərlərə itaət etmələrinə bağlıdır. Əgər onlar itaət etsələr, Allah möminlərə kömək edər və onlara uğur verər. Lakin bunun əksinə möminlər əmrə tabe olmasalar kafirlərə qarşı güclərini itirərlər. Aşağıdakı ayədə Peyğəmbərimiz dövründə möminlərin yaşadığı hadisə belə xəbər verilir:

Siz Onun (Allahın) izni ilə onları (düşmənlərinizi) əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxmışdı. Nəhayət, (Allah) istədiyinizi (qələbəni) sizə göstərəndən sonra zəiflik göstərdiniz və (elçinin sizə verdiyi) əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. Sizdən bəziləri dünyanı, bəziləri də axirəti istəyirdi. Sonra sizi imtahan etmək üçün onlardan (onları məğlub etməkdən) uzaqlaşdırdı. Əlbəttə, O sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.

Ali İmran surəsi, 152

Qurtuluş ancaq itaətlə olur. Quranın hökmünə əsasən, elçiyə və ya möminlərə itaətsizlik edib, ondan uzaqlaşan kimsənin (əgər bundan imtina edib doğru yola uymazsa) gedəcəyi yer cəhənnəmdir. Allah Nisa surəsində bir ayədə belə hökm edir:

Haqq yol aydın olduqdan sonra kim elçiyə qarşı gələr və möminlərin yolundan başqa bir yol izləyərsə, onu yönəlmiş olduğu yola döndərər və cəhənnəmə atarıq. Ora necə də pis bir qayıdış yeridir!

Nisa surəsi, 115