Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurandakı əsas anlayışlar: Şükür

Mündəricat
  1. Giriş
  2. Şirk
  3. Fitnə
  4. Vicdan və Ruh
  5. Qəlb, Ağıl və Zəka
  6. Ağıl Sahibləri və Ağlı Örtən Amillər
  7. Ağıl və Duyğusallıq
  8. Qəflət Halı və Diqqət
  9. Sədaqət və İtaət
  10. Qətiyyət
  11. Səbir Etmək
  12. Şükür
  13. Mənfəət Güdməmək
  14. Qardaşlıq və Birlik
  15. Təvazökarlıq və Təkəbbür
  16. Dua

Şükür, neməti verənə təşəkkür etmək, razılıq və minnətdarlığı bildirmək, verilən nemətin dəyərini bilmək, təqdir etmək mənasına gəlir. Allaha şükür etmək, hər cür nemətin tək sahibinin Allah olduğunun və hər şeyin yalnız Ondan gəldiyini dərk etmək, bunu qəlb və dil ilə ifadə etməkdir. Şükür etməmək isə Quranda nankorluq mənasını verən “küfr” termini ilə tanınır. Təkcə bu tərif şükür etməyin Allah qatında nə qədər əhəmiyyətli olduğunu və bu ibadətdən uzaqlaşmanın insanı necə pis vəziyyətə saldığını göstərmək üçün kifayətdir.

Şükür, Quranda ən çox vurğulanan mövzulardan biridir. Yetmişə yaxın ayədə şükür etməyin vacibliyindən bəhs edilir, möminlərə şükür etmələri xatırladılır, şükür edən və şükür etməyənlərdən nümunələr verilir, onların aqibəti izah edilir. Quranda şükürün bu qədər əhəmiyyət kəsb etməsinin səbəbi, imanın və tövhidin ən böyük göstəricilərindən biri olmasıdır. Bir ayədə şükür etmək “yalnız Allaha qulluq etməyin” şərti olaraq bildirilir:

Ey iman edənlər, əgər yalnız Allaha ibadət edirsinizsə, sizə verdiyimiz ruzilərin təmiz olanlarından yeyin və Ona şükür edin!

Bəqərə surəsi, 172

Zumər surəsinin ayələrində Allaha ibadətlə yanaşı şükür etmək də şirkin əksi olaraq qeyd edilir:

(Ey elçi!) Həqiqətən, sənə də, səndən əvvəlkilərə də:

“Əgər Allaha şərik qoşsan, sənin əməlin puça çıxar və ziyana uğrayanlardan olarsan!” - deyə vəhy olunmuşdur. Xeyr! Allaha ibadət et və şükür edənlərdən ol!

Zumər surəsi, 65-66

Şükür etməyin nə qədər əhəmiyyətli mövzu olduğunu göstərən başqa nümunə də, İblisin əxlaqsızlığının xəbər verildiyi hekayədir. Ayələrdə İblisin bu çirkin əxlaqı belə xəbər verilir:

(İblis) dedi: “Sən məni azdırdığın üçün, mən də hökmən onları azdırmaq məqsədilə Sənin doğru yolunun üstünə oturacağam. Sonra mütləq önlərindən, arxalarından, sağlarından və sollarından onların yanına soxulacağam. Sən onların çoxunu şükür edən görməyəcəksən.

Əraf surəsi, 16-17

Göründüyü kimi, təkəbbürü, həsəd və paxıllığı ilə bütün həyatını qiyamətə qədər insanları azdırmağa həsr edən şeytan, insanların şükürdən uzaqlaşmasını öz alçaq düşüncəsində böyük uğur kimi görür. Nəzərə alsaq ki, şeytanın əsas məqsədlərindən biri insanları şükür etməkdən çəkindirməkdir, şükür etməyən insanın necə böyük bir azğınlıq içində olduğu daha yaxşı başa düşülür.

Şükür, imtahanın bir hissəsidir. Allah insana Öz tərəfindən saysızhesabsız nemətlər verir, ona necə davranacağını bildirir və bu nemətlərə münasibətini sınayır. Bundan sonra insan ya şükür edənlərdən, ya da nankorlardan olar. Bu vəziyyət aşağıdakı ayələrdə bu cür bildirilir:

Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən və görən bir varlıq halına gətirdik. Biz ona doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun.

İnsan surəsi, 2-3

Ayədə bildirilir ki, imtahan edilən şəxs iki yoldan birini, yəni şükür və ya nankorluqdan birini seçəcək. Buna görə də, ayədə açıq şəkildə görünür ki, şükür imanla, şükür etməmək isə küfrlə eynidir.

Əzabın təməlində şükür etməmək vardır. Allah şükür edib iman edənlərə heç bir əzabın olmadığını müjdələyir:

Əgər şükür edib iman etsəniz, Allah sizə niyə əzab versin? Allah şükürün əvəzini verəndir, hər şeyi biləndir.

Nisa surəsi, 147

Yuxarıdakı ayədə olduğu kimi, Allah Quranın bir çox ayələrində şükürün mükafatını verəcəyini, şükür edənlərə verdiyi nemətləri artıracağını və mükafatlandıracağını bildirmişdir. Bu ayələrdən bir neçəsi belədir:

Vaxtilə Rəbiniz: “Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam. Əgər nankorluq etsəniz, (bilin ki,) həqiqətən, əzabım çox şiddətlidir!” – deyə bildirmişdi.

İbrahim surəsi, 7

Allah iman edib yaxşı işlər görən bəndələrini belə müjdələyir. De: “Mən sizdən bunun müqabilində sevgidən başqa heç bir mükafat istəmirəm”. Kim bir nemət qazanarsa, Biz onun yaxşılığını artırırıq. Həqiqətən, Allah bağışlayandır, şükür edənlərə qarşılığını verəndir.

Şura surəsi, 23

Lut qövmü də xəbərdarlıqları yalan saymışdı. Biz onların üstünə daş yağdıran bir fırtına göndərdik. Yalnız Lut ailəsini sübh çağı xilas etdik. Tərəfimizdən bir nemət olaraq! Biz şükür edəni belə mükafatlandırırıq.

Qamər surəsi, 33-35

Nahl surəsinin 18-ci ayəsində, “Əgər Allahın nemətlərini saysanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah çox bağışlayandır, rəhmlidir.” hökmü ilə bildirildiyi kimi, Allahın nemətlərini nəyinki bir-bir saya bilmək, nemətləri qruplaşdırıb saymaq belə mümkün deyil. Nemətin həddi olmadığı üçün şükürün də həddi-hüdudu yoxdur. Ona görə də insan daima şükür etməli, Allahın nemətlərini xatırlamalı, onları diqqətdə saxlamalı və izah etməlidir.

Bəzi insanlar şükür etmədən əvvəl çox böyük, xüsusi bir nemətin gəlməsini və ya çox böyük bir problemin həllini gözləyirlər. Halbuki bir az diqqət yetirdikdə insanın hər anının nemətlərlə keçdiyini görər. Həyatı, sağlamlığı, ağlı, şüuru, beş duyğu üzvü, nəfəs aldığı hava və saysız-hesabsız nemətlər ona hər an fasiləsiz olaraq təqdim edilir. Bu nemətlərin hər biri ayrıayrılıqda şükür tələb edir. Çünki Allahı zikr və təfəkkürdən məhrum olan insanlar qəflətdə olduqları üçün bu nemətlərin qədrini onlara sahib olduqları müddətdə bilməzlər, şükür etməzlər, lakin bu nemətlər əllərindən çıxdıqda onların dəyərini dərk edər və nankorluqlarının qarşılığını alarlar.

Quranda Allahın insanlara bəxş etdiyi müxtəlif nemətlər deyilər və onlara şükür etməyi dönə-dönə tövsiyə edilib xatırladılar. Bu nemətlərdən bəziləri bunlardır: İnsanı düzgün şəkildə yaratmaq, eşitmə, görmə və hisslər bəxş etmək, Allahın insanlara dinini öyrətməsi, ayələrini izah etməsi, möminləri təmizləməsi, günahların bağışlanması, ibadətdə asanlıq verməsi, inkarçılara qarşı qalib gəlməsi, möminləri küfrün əzabından xilas etməsi, insanları yer üzündə məskunlaşdırıb dolanışığını təmin etmək, insanlara içməli suyun yaradılması, torpağın verdiyi məhsulların, heyvanları insanların xidmətinə və faydasına vermək, dənizi insanların ixtiyarına vermək, dəniz məhsulları, bəzək əşyaları, dənizdə üzən gəmilərin, gecə və gündüzün yaradılması...

Heç kim “mən şükür etmirəm, lakin bütün ibadətləri yerinə yetirirəm, bir çox yaxşılıq, savab edirəm” kimi bəhanə irəli sürə bilməz. Çünki şükür etməyən kəs Allahı zikr etməyən, Allahdan tamamilə qafil yaşayan insan deməkdir. Allahın verdiyi saysız nemətləri görməyən, bu nemətləri şüursuz şəkildə istifadə etmək nemətin sahibini və bu nemətlərin verilmə hikmətini düşünməyən, hətta heç ağlına belə gətirməyən, qısaca Allaha qarşı nankorluq edən birinin bu davranışını dəyişdirmədiyi halda Allahdan bir şey umması, axirət mövzusunda müsbət qarşılıq gözləməsi son dərəcə mənasızdır. Buna görə də, mömin, şükür mövzusunda heç vaxt zəiflik davranmamalıdır.

Allahın Qurandakı və dünyadakı ayələrini (möcüzələrini) də, yalnız çox şükür edənlərin anlayacağına dair Quranda bir çox ayə vardır. Bu ayələrdən bəziləri belədir:

Rəbbinin izni ilə gözəl məmləkətin (torpağın) bitkiləri də (gözəl) çıxar. Pis olan (bir torpağın bitkiləri) isə, ancaq və ancaq çətinliklə çıxar. Şükür edən bir qövm üçün ayələri belə bəyan edirik.

Əraf surəsi, 58

Şübhəsiz ki, Biz Musanı da öz qövmünü qaranlıqlardan aydınlığa çıxartması və onlara Allahın günlərini (nemətlərini) xatırlatması üçün möcüzələrimizlə göndərdik. Həqiqətən, bunda çox səbir edib şükür edən hər kəs üçün ibrətlər vardır.

İbrahim surəsi, 5

Allah sizə Öz (varlığının) dəlillərindən (bir qismini) göstərsin deyə Onun neməti sayəsində gəmilərin dənizdə üzdüyünü görmədinmi? Şübhəsiz ki, çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.

Loğman surəsi, 31

Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizin arasını (aramızdakı məsafələri) uzaqlaşdır!” - dedilər və özlərinə zülm etdilər. Biz də onları pərən-pərən salıb ibrətamiz hekayələrə çevirdik. Həqiqətən, çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.

Səba surəsi, 19

Allahın bu ayələrinin və dəlillərinin hikməti, yalnız çox şükür edənlərin əldə etdikləri qavrayış və duyğu sayəsində aydın olar. Nankor və laqeyd kəslər isə, Allahın ayələrinin hikmətlərini anlamaz, hətta bu ayələri dərk etməzlər. Quranda, Allahın peyğəmbərlərə həmişə şükür etmələrini əmr etdiyini görürük. Musa Peyğəmbər da bu peyğəmbərlərdəndir:

Allah dedi: “Ey Musa! Mən vəhylərimlə və səninlə danışmağımla səni insanlardan seçib üstün tutdum. Ona görə də sənə verdiyimi al və şükür edənlərdən ol!”

Əraf surəsi, 144

Yenə ayələrdə, elçilərin üstün xüsusiyyətlərindən bəhs edilərkən, onların şükür etmələri bir çox ayədə (Nəhl surəsi, 120-121; İsra surəsi, 3; Nəml surəsi, 19; Yusif surəsi, 38; Loğman surəsi, 12) xüsusilə xəbər verilir.

Əhqaf surəsinin 15-ci ayəsində nümunə verilən möminin, yetkinlik çağı olan qırx yaşına çatdığı zaman etdiyi duada Allahdan ilk olaraq Onun nemətinə şükür etməyi istəməsi də şükür etmənin əhəmiyyətini göstərir:

Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər:

“Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim olanlardanam.”

Əhqaf surəsi, 15