Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurandakı əsas anlayışlar: Ağıl Sahibləri və Ağlı Örtən Amillər

Mündəricat
  1. Giriş
  2. Şirk
  3. Fitnə
  4. Vicdan və Ruh
  5. Qəlb, Ağıl və Zəka
  6. Ağıl Sahibləri və Ağlı Örtən Amillər
  7. Ağıl və Duyğusallıq
  8. Qəflət Halı və Diqqət
  9. Sədaqət və İtaət
  10. Qətiyyət
  11. Səbir Etmək
  12. Şükür
  13. Mənfəət Güdməmək
  14. Qardaşlıq və Birlik
  15. Təvazökarlıq və Təkəbbür
  16. Dua

Ağlı insana Allah verir; istədiyi vaxtda da geri alır. İnsanın ağlının inkişafı isə qəlbinin inkişafına, yəni qəlbinin “Allahın zikri” ilə dolmasına bağlıdır.

Yaxşı bəs, “ağıl sahibi” nə deməkdir?

Quranın ümumi məntiqinə nəzər saldıqda bu sualın cavabını asanlıqla tapa bilərik: İnsanın qəlbini və ağlını örtən şeylər nəfsin istəkləri və eqoist ehtiraslardır. Məsələn, qısqanc olan insan ağlının əhəmiyyətli hissəsini itirir. Çünki qısqanclıq hissi onu daim məşğul edir və fikrini yayındırır. Bütün günü paxıllıq etdiyi adamı düşünür, ona hirslənir, kin saxlayır. Belə bir vəziyyətə düşən insan qısqanclıq hissi ilə ağlını itirmiş, sərbəst düşünmək qabiliyyətini itirmişdir. Ətrafındakı həqiqətləri sakit və məntiqli şəkildə qiymətləndirə bilmir.

Digər nəfsani istəklər də, imanı zəif olan insanın ağlını örtür. Pul və ya oxşar maddi dəyərlərə olan arzu belə insanların ağlını işğal edir. Bu vəziyyətdə olan insan yalnız daha çox mal və pula necə sahib olmaq barədə düşünür.

İnkarçıların başqa bir xüsusiyyəti də həmişə gələcəklə bağlı qorxu içində olmalarıdır. Onlar həmişə kasıb olmaqdan, sahib olduqlarını itirməkdən və ya xəstələnməkdən qorxurlar. Gələcəkdə necə həyat sürəcəklərini saatlarla düşünürlər. Bu, ağlın böyük ölçüdə örtülməsi ilə nəticələnir. Çünki hiss etdikləri qorxu və narahatlıq onları paranoyya xəstəsi edir və sərbəst düşünmələrinə mane olur. Ölüm qorxusu da eynidir. Demək olar ki, bütün inkarçıların ağlına ölüm gəldiyi zaman böyük qorxu, ağrı və kədər yaşayır. Ölüm anlıq bir hadisədir; Ancaq inkarçılar bunun acısını 40-50 il əvvəl yaşamağa başlayırlar. Digər tərəfdən, ölüm möminlərə heç bir əzab verməz.

Bu və buna bənzər qorxular, hərislik, iman etməyən və ya imanı zəif olanların ağlını örtür. Bu insanlar həmin duyğuların əsiri olur və ağlını yönləndirməli olan məsələləri görməzlikdən gəlirlər. Məsələn, insanın ən çox düşünəcəyi şey, Allahın əzəməti və yaradılışının mükəmməlliyidir. İnsan Allahın nemətlərini xatırlamağa, Ona həmd etməyə və Ona ibadət etməyə borcludur. Ancaq qapalı bir ağılla bunlara nail ola bilməz. Halbuki, müdrik insanlar Allahı tanıyan, Ona itaət edən, yəni nəfsin istəklərindən, qorxudan, hərislikdən uzaq olanlardır.

Ağıllı insanlar həm də başqalarından məsləhət ala bilən və həqiqəti asanlıqla qəbul edə bilən insanlardır. Çünki onların qəlbində təkəbbür və özünü bəyənmişlik yoxdur. Özlərində gördükləri səhvləri asanlıqla düzəldirlər və başqalarının məsləhətini asanlıqla qəbul edirlər. Söhbət zamanı onların məqsədi həqiqəti üzə çıxarmaqdır; fikirlərinin mütləq qəbul edilsin deyə israrlı davranmazlar. Buna görə də, Allah onları “O kəslər ki, sözü eşidib onun ən gözəlinə tabe olurlar...” (Zumər surəsi, 18) ayəsi ilə təsvir edir.

İnkar edənlərin ağılları olmadığı üçün ətrafında olan böyük həqiqətləri görə bilmirlər. Bütün varlıq aləmi Allahın dəlilləri ilə doludur; lakin inkarçılar bunların heç birini görməz. Çünki onun ağlı açıq deyil. Onun öz eqoist və hərisliklə kor olmuş zehni var. Başını quma basdırmış dəvəquşu kimi ağlını yalnız sadə mənfəətlərinə, eqoizminə, komplekslərinə həsr edir və Allahın böyüklüyünü dərk edə bilmir. Buna görə də, Allah Quranda “ağıl sahiblərini” Ona iman etməyə çağırır. Bu mövzu ilə bağlı ayələrdən birində belə buyurulur:

Musa: “Əgər ağlınızı işlətsəniz, (bilərsiniz ki,) O, şərqin, qərbin və ikisi arasında olan hər şeyin Rəbbidir!” - dedi.

Şuəra surəsi, 28

Allah Quranda inkarçılara xitab edərkən, ilk növbədə onları ağıla dəvət edir. Elçilər göndərildikləri tayfaları da düşünməyə çağırırdılar. Mövzu ilə bağlı ayələrdən bəziləri belədir:

Səndən əvvəl də yalnız şəhər əhlindən vəhy etdiyimiz kişiləri elçi göndərdik. Onlar yer üzündə gəzib dolaşmadılarmı ki, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görsünlər?! Şübhəsiz, təqva sahibləri üçün axirət yurdu daha yaxşıdır. Hələ də dərk etmirsinizmi?

Yusif surəsi, 109

Həqiqətən, Biz içində sizin üçün öyüd-nəsihət olan bir Kitabı sizə nazil etdik. Hələ də dərk etmirsinizmi?

Ənbiya surəsi, 10

De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum:

Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin! Yoxsulluq qorxusu ilə övladlarınızı öldürməyin! Sizin də, onların da ruzisini Biz veririk. Pis işlərin açıq olanına da, gizli qalanına da yaxın durmayın! Allahın haram buyurduğu cana haqsız yerə qıymayın! Bunlar, (Allahın) sizə əmrləridir. Ola bilsin ki, siz düşünüb anlayasınız.

Ənam surəsi, 151

Onlardan sonra (ayələri təhrif etmək müqabilində) bu dəyərsiz dünya malını alaraq Kitaba varis olan və:

“Onsuz da biz bağışlanacağıq”. - deyən kimsələr onların yerinə keçdilər. Onlara, ona bənzər başqa bir dünya malı gəlsəydi, onu da alardılar. Bəs onlardan, Allaha dair haqdan başqasını söyləməyəcəklərinə dair Kitabda yazılanlara uyğun əhd alınmamışdımı?! Halbuki, onlar onun içindəkiləri öyrənmişdilər. Axirət yurdu (Allahdan) qorxanlar üçün daha xeyirlidir. Hələ də düşünmürsünüzmü?

Əraf surəsi, 169

De: “Əgər Allah diləsəydi, onu sizə oxumazdım və (Allah) onu sizə bildirməzdi. Mən (Quran nazil edilməzdən) əvvəl də sizin aranızda ömür sürmüşəm. Yenə də dərk etmirsinizmi?”

Yunis surəsi, 16

Dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Şübhəsiz, axirət yurdu təqva sahibləri üçün daha xeyirlidir. Yenə də düşünüb dərk etmirsinizmi?

Ənam surəsi, 32

Allahın bütün kainatdakı ayələrini (varlığının və gücünü dəlillərini) görə bilənlər yalnız ağıl sahibi insanlardır:

Yer üzündə eyni su ilə sulanan bir-birinə qonşu ərazilər, üzüm bağları, əkinlər, şaxəli və şaxəsiz xurma ağacları vardır. Ancaq yeyilməsi baxımından onların bir qismini digərlərindən üstün tuturuq. Şübhəsiz ki, bunda dərk edən bir qövm üçün dəlillər vardır.

Rad surəsi, 4

De: “O (Allah), üstünüzdən (göydən) və ya ayaqlarınızın altından (yerdən) sizə əzab göndərməyə, yaxud sizin aranızı qarışdırıb birbirinizə zərər verdirməyə qadirdir”. Bax, başa düşsünlər deyə, ayələri onlara necə açıqlayırıq!

Ənam surəsi, 65

Sizi tək bir nəfsdən (Adəmdən) yaradan da Odur. (Sizin üçün) bir qalma yeri (dünya həyatı), bir də əmanət olaraq qoyulacağınız yer var. Biz dərk edən bir qövm üçün ayələri ətraflı izah etdik.

Ənam surəsi, 98

... Allah ayələrini sizə belə izah edir ki, başa düşəsiniz.

Nur surəsi, 61

Xurma və üzümün meyvələrindən də içki və gözəl qidalar əldə edirsiniz. Şübhəsiz ki, bunda düşünənlər üçün bir dəlil vardır.

Nəhl surəsi, 67

O, gecəni, gündüzü, günəşi və ayı sizin xidmətinizə verdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Həqiqətən, bunda düşünən insanlar üçün dəlillər vardır.

Nəhl surəsi, 12

Sizə öz nəfsinizdən bir misal çəkdi:

“Sizə ruzi olaraq verdiyimiz şeylərdə, əqd bağladıqlarınızdan və sizinlə bərabər olub özünüzdən qorxduğunuz kimi onlardan qorxduğunuz (yaxud hörmət etdiyiniz) şəriklər varmı?” Ağlını işlədə bilən bir qövm üçün ayələri biz bu cür izah edirik.

Rum surəsi, 28

Musa: “Əgər ağlınızı işlətsəniz, (bilərsiniz ki,) O, şərqin, qərbin və ikisi arasında olan hər şeyin Rəbbidir!” - dedi.

Şuəra surəsi, 28

Sizə qorxu və ümidi hiss etdirmək üçün ildırımı göstərməsi də Onun (varlığının) dəlillərindəndir. O, göydən su endirir və ölümündən sonra onunla torpağa can verir. Həqiqətən, düşünənlər üçün bunda ibrətlər vardır.

Rum surəsi, 24

Ağlın da mərtəbələri vardır. Bir insan qəlbini nə qədər nəfsinin istəklərindən, eqoizmdən təmizləyərsə, nə qədər çox vicdanına uyarsa, o qədər də Allaha yaxınlaşar və ağıl sahibi olar. İnsanın dünya həyatına bağlılığı, arzu və istəyini ön plana alması ağılla düşünmə xüsusiyyətini itirməsinə səbəb olan ən əhəmiyyətli amillərdir.

İnsan Allaha itaət etdikcə nəfsinin hökmranlığından xilas olar və ağlı açılar. Buna qarşı, böyük cahilliklə nəfsini ilah etməsi ağlı məhv edir. Nəfsin ilahlaşdırılması, insanın bütün düşüncə və davranış sistemini nəfsinin sərhədsiz istək və arzuları istiqamətində yenidən proqramlaşdırmasıyla, yəni özünü böyük bədbəxtlik və çətinliyə sürüklükləməsiylə özünü göstərir.

Nəfsin istəklərinin insanın mənliyini bürüdüyü halda qəlb də möhürlənir. Yəni haqq olanın qapıları tamamilə bağlanır, kilidlənir və artıq qəlb düşünmək və dərk etmək qabiliyyətini itirir, sönük və hissiyyatsız olur. Bu halda, insan öz mənəvi funksiyalarını yerinə yetirə bilmir, yəni düşünə bilmir.

Ancaq bu müddət ərzində insan ağlı ilə bərabər rasional və şüurlu qiymətləndirmə qabiliyyətini itirdiyi üçün ağlının azalıb yox olduğunu dərk etməz. Buna görə də, hər nə qədər ağıllanan bir insan bunu dərk etsə də, bu hadisənin əksi keçərli deyil. Bu, komada olan adamın komada olduğunu bilməməsi və ya huşunu itirən insanın huşunu itirdiyini bilməməsi kimidir. Əgər sağalsa və ya ayılsa, düşdüyü vəziyyəti dərk edə bilər.

Quranda düşünə bilməyən insanların bu vəziyyəti belə təsvir edilir:

İnkar edənlərin halı çığırtı və bağırtıdan başqa heç nə eşitməyənləri qışqıraraq səsləyən kimsənin halına bənzəyir. Onlar kar, lal və kordurlar. Buna görə də onlar dərk etməzlər.

Bəqərə surəsi, 171