Möminin ən diqqətə çarpan xüsusiyyətlərindən biri, qərarlı olmasıdır. Heç vaxt şövq və həyəcanını itirməz. O, yalnız Allahın razılığını qazanmaq məqsədi güdər. Buna görə də, heç bir çətinlik onu yolundan döndərə bilməz. İnsanların onun haqqında nə düşünəcəyi də əhəmiyyətli deyil. Tək hədəfi Allahın razılığıdır; bütün həyatı bu hədəfə görə formalaşar.
Allah möminin qətiyyətini müxtəlif şəkillərdə sınayar. Məsələn, Allah, möminlərə müvəqqəti olaraq çətinlik verə bilər, onları maarifləndirmək üçün çətinlik verə bilər. Quranda bu vəziyyət belə açıqlanır:
Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver!
Qətiyyətli mömin, ayədə xəbər verildiyi kimi ona isabət edən bütün bu çətinliklərə səbir edər. Quranda möminlərin bu rəftarı aşağıdakı ayələrdə bu cür təriflənir:
Neçə-neçə elçi vardır ki, onunla bərabər çoxlu sayda dindar vuruşmuşdur. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə ruhdan düşmədilər, acizlik göstərmədilər və (inkar edənlərə) boyun əymədilər. Allah səbir edənləri sevər. Onlar yalnız:
“Ey Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmaları bağışla! Ayaqlarımızı (Sənin yolunda) möhkəmləndir və inkar edənlər qövmünə qarşı bizə yardım et!” – deyirdilər.
Çətinliklərlə yanaşı, ələ keçən yaxşı fürsətlər də imanı zəif olan bəzi insanlara laqeydlik təsiri göstərərək onların qətiyyətini zəiflədə bilər. Rahatlıq əksər insanların həyəcanını və həvəsini azaldır. İnsana Allah tərəfindən bir nemət gəldiyi zaman harınlaması ayələrdə inkarçıların xarakteri olduğu bildirilir. Bu vəziyyət Quranda belə bildirilir:
İnsana bir ziyan dəydiyi zaman uzanaraq və ya oturaraq, yaxud ayaq üstə Bizə dua edər. Ancaq onu ziyandan xilas etdiyimiz zaman özünə dəymiş ziyan üçün Bizə dua etməmiş kimi keçib gedər. Həddi aşanlara, etdikləri əməllər bu şəkildə gözəl göstərildi.
Halbuki belə bir şey möminlərə aid ola bilməz. Onların nə qədər yaxşı imkanları olsa da (dəbdəbə, əzəmət, pul, güc kimi) bu, onların qətiyyətini itirməsinə səbəb olmaz. Çünki mömin bunların hamısının Allahdan gələn nemətlər olduğunu və Allah diləsə onları geri ala biləcəyini bilir. Ona görə də, heç vaxt harınlamazlar. Ciddi səy göstərmək, laqeyd olmamaq, həddi aşmaqdan və azğınlıqdan çəkinmək möminlərin qərarlılıq və istiqrarın göstəricisidir. Ayədə bu cür buyurulur:
Kim axirəti istəyər və mömin olaraq onun üçün səy göstərərsə, onların səyləri qəbul olunar.
Allah bir ayəsində “Yoxsa onlar bir işə (elçinin qətlinə) qərar veriblər?!
Şübhəsiz, Biz də Öz qərarımızı vermişik. (Zuxruf surəsi, 79) buyurur. Şübhəsiz bu xüsusiyyət, Allahın yer üzündəki xəlifəsi olan möminlərin də xüsusiyyətidir.
Ruhdan düşməmək, həmişə şövqlü və həyəcanlı olmaq Allahın əmridir.
Allah ayəsində, “Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz! (Ali İmran surəsi, 139) buyurur.
Qətiyyət və istiqrar möminin iki əhəmiyyətli xüsusiyyətidir. Möminlər, “Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər. (Əhzab surəsi, 23) ayəsində olduğu kimi Allahın rizası üçün ölənə qədər eyni qətiyyət və istiqrarı göstərən kəslərdir. Nə edəcəyi bilinməyən, möminlərin yanında fərqli, inkar edənlərin yanında fərqli hərəkət edən münafiq xarakterli kəslər isə, qeyri-sabit əhvali-ruhiyyə ilə davranarlar. Möminlər müvəffəqiyyət əldə etdiyində “Biz də sizdəndik” demələri, ya da çətinliyə düşəndə möminlərdən uzaq durmağa çalışmaları bunun ən yaxşı göstəricisidir.
Allah bir ayəsində “Onların qəlbinə qüvvət (cəsarət və səbir) verdik.” (Kəhf surəsi, 14), deyə Kəhf əhlindən bəhs edir. İnkarçı cəmiyyətin arasında Allaha qarşı sədaqət göstərən bu gənclər, möminlər üçün qətiyyət baxımından ən gözəl nümunələrdən biridir.
İbadətdə və gözəl əxlaqda davamlılıq göstərmək də istiqrarin mühüm nümunəsidir. Mömin ölənə qədər səbirli olmalı və Allaha verdiyi sözə əməl etməlidir:
Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş sayılırlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozarsa, yalnız öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdə sadiq qalarsa, Allah ona böyük bir mükafat verəcəkdir.