Nəfsin iki ayrı yönü olduğu Quranda bildirilir və nəfsin bir hissəsi “istək”dən, yəni insanı Allahın yolundan uzaqlaşdıran eqoist arzu və istəklərdən meydana gəldiyi xəbər verilir. Nəfsin digər hissəsi olan vicdan isə, insanı Allaha və dinin ehtiva etdiyi doğrulara yönəldər, nəfsdəki “fücur”dan çəkinməsini təmin edər. Vicdan, insana Allahın üflədiyi “ruh”dan qaynaqlanır.
Səcdə surəsində Allahın insana Öz ruhundan “üflədiyi” belə xəbər verilir:
“O, yaratdığı hər şeyi gözəl yaratmış və insanı yaratmağa palçıqdan başlamışdır. Sonra onun nəslini həqir bir su olan nütfədən meydana gətirdi. Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü…”
Məhz insanın sahib olduğu bütün gözəl vəsflər, Allahın ona “üflədiyi” ruhdan qaynaqlanır. İnsan əgər nəfsin fücuruna (günaha) bataraq bu ruhu örtməsə, Allahın üstün sifətlərindən bəziləri o insanda təcəlli edər.
Onsuz da Quranın bütün hökmləri, insanın vicdanına uyğun və vicdanın tələblərinə görə müəyyən edilmişdir. Rum surəsindəki iki ayə, bu mövzunu açıqlayır:
Xeyr, zülm edənlər cahilliklə öz nəfslərinin arzularına uydular. Allahın haqq yoldan azdırdığı kimsəni kim doğru yola yönəldə bilər?! Onların heç bir köməkçisi də yoxdur. Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir.
Ayələrə görə, inkar edənlər nəfsinin fücuruna, yəni istəklərinə uyaraq azanlardır. Buna qarşı möminlərin edəcəyi şey, Allahın insanlara vəhy yolu ilə çatdırdığı dinə tabe olmaqdır. Və bu din, Allahın insanları yaratdığı fitrətə (yaradılışa), yəni Allahdan onlara üflənmiş ruha, vicdana ən uyğun həyat şəklidir.