Möminlərin qərarlılığını Allah müxtəlif şəkillərdə sınayır. Məsələn, Allah möminləri öyrətmək üçün bir müddət çətinlik verə bilər. Quranda bu vəziyyət belə açıqlanır:
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.
Qəti qərarlılığa sahib olan mömin ayədə ifadə edildiyi kimi, özünə verilən bütün bu çətinliklərə səbir edər. Quranda Allah möminlərin bu rəftarını ayələrində belə tərifləyir:
Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir. Onların dedikləri ancaq:
“Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” – olmuşdur.
Çətinliklərə sinə gərməmək isə möminə yaraşan rəftar deyil:
Ancaq Allah’a və axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər (döyüşə getməmək məqsədilə) səndən izn istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər.
Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik. (Taha surəsi, 115) Çətinliklərlə yanaşı, ələ keçən yaxşı imkanların da insan üzərində zəiflədici təsiri var. Rahatlıq çox adamın həyəcanının və şövqünün sönməsinə səbəb ola bilər. Ancaq unutmaq olmaz ki, Allah’dan bir nemət gəldiyində təkəbbürlənmək və Allah’dan üz çevirmək inkarçıların xüsusiyyətidir. Quranda bu vəziyyət belə təsvir edilir:
İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.
Halbuki, belə bir şey iman edən bir insana aid deyil. Əllərinə nə cür yaxşı imkan keçirsə-keçsin (lüks, pul, iqtidar kimi), bu onların qərarlılığını pozub zəifləmələrinə səbəb olmaz. Çünki mömin bütün bunların Allah’dan gələn bir nemət olduğunun və Allah diləyərsə, bunları geri ala biləcəyinin fərqindədir. Bu səbəblə, əsla təkəbbürlənməz. Ciddi səy göstərmək, işi möhkəm tutmaq, zəiflik göstərməmək, həddi aşmamaq möminlərin qərarlı və sabit xarakterlərinin göstəricilərindəndir. Bir ayədə axirət üçün ciddi səy göstərənlərdən belə bəhs edilir:
Kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar.
Əvvəl də ifadə etdiyimiz kimi, qərarlılıq və sabitlik iki əhəmiyyətli mömin xüsusiyyətidir. Möminlər “Möminlərin içərisində Allah’a etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər” (Əhzab surəsi, 23) ayəsində olduğu kimi, ölənə qədər eyni qərarlılıq və sabitliyi Allah’ın rizasını qazanmaq üçün göstərən insanlardır. Möminlərin bu xüsusiyyətlərinin əhəmiyyəti Quranda münafiq olaraq adlandırılan və möminlərin arasından çıxan ikiüzlü insanların əxlaqı düşünüldüyü zaman daha yaxşı ortaya çıxır. Nə edəcəyi bilinməyən, möminlərin yanında bir cür, inkar edənlərin yanında başqa cür hərəkət edən münafiq xarakterli şəxslər qeyri-stabil ruhi hal içindədirlər. Möminlər bir müvəffəqiyyətə nail olduğu zaman “Biz də sizinlə idik” demələri, ya da çətinliyə düşdükdə möminlərdən uzaq dayanmağa çalışmaları bunun ən açıq göstəricilərindəndir: İnsanın ibadətlərində qərarlı olması da sabitlik cəhətdən əhəmiyyətli bir nümunədir. Qurandakı “əqəbə (maneə)” (Bələd surəsi, 11) anlayışı qərarlılıq və sabitliyin əhəmiyyətini açıqlayır. Qərarlılıq və sabitliyin son nöqtəsi isə ölümdür. Mömin ölənə qədər səbir etməklə məsuldur. Allah bir ayəsində belə buyurur:
Sənə beyət edənlər Allah’a beyət etmiş olurlar. Allah’ın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allah’la bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər.