Möminlər son dərəcə rahat ruhi hala sahib olduğu halda, inkarçılar bunun əksinə, narahat, ətrafındakılara qarşı təcavüzkar və hörmətsizdirlər. Sanki cəhənnəm əzabı onlar üçün hələ dünyada ikən başlamışdır və ən sadə bir hadisə belə ani reaksiya vermələrinə səbəb olur. Gözlənilməz anda gözlənilməz davranışlar edirlər. Bu səbəbdən, cahiliyyə cəmiyyətində gündəlik həyatda hər an problem çıxaran insanlarla tez-tez qarşılaşırlar. Ancaq möminlər üstün bir əxlaq və dünyagörüşünə sahib olduqları üçün bu insanlarla həmişə lazım olduğu kimi münasibətdə olurlar. Onlara qarşı daim yuxarıdakı ayələrdə təsvir edildiyi kimi, kübar rəftar göstərərlər. Müdaxilə edilməli vəziyyətlərdə də ən mədəni, ən təsirli və qanuni yollardan istifadə edərlər.