Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran əxlaqı: Allah’ı Haqqı ilə Təqdir Etmək

Mündəricat
  1. Giriş
  2. Allah’ı Haqqı ilə Təqdir Etmək
  3. Gücünün Yetdiyi Qədər Allah’dan Qorxmaq
  4. Qədər (Tale)
  5. Təvəkkül
  6. Təfəkkür
  7. Diqqətli Olmaq
  8. Hər İşdə Bir Xeyirin Olması
  9. Yanımızdakı Ölüm
  10. Şeytanın Fəaliyyəti
  11. Daim Pisliyi Əmr Edən Nəfs
  12. Seçilmiş Olmaq
  13. Dua və Onun Edilmə Şəkli
  14. Bağışlanma və Tövbə
  15. Ölənə Qədər Səbir
  16. Allah’ın Möminlərə Dəstəyi
  17. Ümidsizliyə Qapılmamaq və Şeytanın Təbliğinə Fürsət Verməmək
  18. Hər Hadisənin Quran Əxlaqı ilə Qiymətləndirilməsi
  19. Qəlbdəki Niyyəti Allah’ın Bilməsi
  20. Dünya Həyatının Müvəqqəti Olması
  21. Mülkün Əsl Sahibi
  22. Şükür
  23. Hər An Davam Edən İmtahan
  24. Allah Heç Kimə Qaldıra Bilmədiyi Yükü Yükləməz
  25. İnkarçılara Sevgi Göstərməmək
  26. Heç Bir Şeyi Allah ’Dan, Elçisindən və Allah Yolunda Cəhd Etməkdən Vacib Bilməmək
  27. Acizlik Göstərməmək, Kədərlənməmək, Hüznə Qapılmamaq
  28. Namazda Huşu
  29. Allah ’I Çox Zikr Etmək
  30. Bir Dəstə ilə Qarşılaşanda
  31. Ayələri və Hikməti Yadda Saxlamaq
  32. Boş və Faydasız İşlərdən Üz Çevirmək
  33. Orta Yolda Olmaq
  34. İnsanın Mələk Şahidləri
  35. Verilən Borcun Yazılması
  36. Etməyəcəyi Şeyi Söyləməmək
  37. Vicdan və Ruh
  38. Qardaşlıq və Birlik
  39. Mübahisə Etməmək
  40. Quran Oxunarkən
  41. İncə Düşüncəli Olmaq
  42. Cahillərdən Üz Çevirmək
  43. Bilmədiyi Mövzuda Mübahisə Etməmək
  44. Lağ Etməmək
  45. Möminləri Xoşagəlməz Ləqəblə Çağırmamaq
  46. Əmanəti Sahibinə Vermək və Əmanətə Xəyanət Etməmək
  47. Qərarlılıq

Quran ayələrində Allah’ın sifətlərinin bir qismi bu şəkildə xəbər verilir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.

Bəqərə surəsi, 255

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah’dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah’ın hər şeyə qadir olduğunu və Allah’ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.

Talaq surəsi, 12

Ancaq insanların çoxu Allah’ın bu sifətlərini bilmir, Rəbbimizi lazımi qədər tanımırlar. Cahiliyyə insanlarının Allah inancı öz başlarında çıxardıqları bəzi xurafatlara əsaslanır. Bu səbəbdən də Allah’ın sonsuz gücünü və əzəmətini qavraya bilmirlər. Quranda bu insanlar “Onlar Allah’ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir!“ (Həcc surəsi, 74) ayəsi ilə təsvir edilir.

Allah’ı layiqincə qiymətləndirmək imanın ən vacib şərtlərindəndir. Mömin yaşadığı cahiliyyə cəmiyyətindəki yanlış Allah inancından ayrılar və cahiliyyə cəmiyyətinin bütün azğın inanclarını inkar edər.

Mömin Allah’a Quranda təsvir edilən xüsusiyyətləri ilə inanar. Allah’ın yer üzündə, göylərdə və öz nəfsində yaratdığı dəlilləri, ayələri, iman həqiqətlərini araşdıraraq və Allah’ın sənətini, gücünü görərək Rəbbimizi tanıyar, Onun qədrini haqqı ilə təqdir edər. Ancaq Allah’a iman etdiyini söyləyən bir adam ürəyini Allah’ın zikrindən və ağlını Onu düşünməkdən uzaq tutarsa, belə vəziyyətdə cahiliyyənin azğın Allah inancına doğru meyil etməyə başlayar. Əgər özünü düzəldib Allah inancını Qurana görə müəyyən etməzsə, cahiliyyə inancına keçmək təhlükəsi ilə üz-üzə qala bilər. Allah belə vəziyyətə və ya döyüş əsnasında zəiflik göstərən müsəlmanlardan bəhs edən ayələrə diqqət çəkir. Ayələrdə bildirildiyinə görə, bu insanlar:

“Bu işdə bizim üçün bir xeyir varmı?” – deyə Allah barəsində haqsız olaraq, cahil düşüncələrə qapıldılar“.

Ali-İmran surəsi, 154

Mömin belə bir vəziyyətə düşməmək üçün cahiliyyədəki səhv inancların qoyduğu ləkələri tamamilə ürəyindən silməli və Quranda təsvir edildiyi kimi, Allah’ı haqqı ilə təqdir edərək əsl imanı qəlbinə yerləşdirməlidir.