Möminin vəzifəsi bütün həyatı boyu Allah’a qulluq etməkdir. Allah’a olan qulluqdan başqa bir məntiqlə qurulmuş bir həyat Allah’ı inkar etmək və ya Ona ortaq qoşmaq mənasını verir ki, bu davranışın sonu cəhənnəm ola bilər.
Başqa sözlə desək, dünya həyatı mömin üçün bir vasitə olmalıdır. Həyatın hər anını Allah’a yaxınlaşmaq və Onun dininə xidmət etmək üçün bir vəsilə olaraq görməlidir. Əgər vasitə məqsəd halına gəlirsə, (inkarçıların etdiyi də elə budur) o halda, ortada böyük bir təhlükə var.
Möminlər mallarını və canlarını Allah’a həsr ediblər. Bu səbəbdən, malları və ya canları üzərində hər hansı bir yanlış niyyətləri ola bilməz. Allah nəyi əmr etsə, onu şövqlə edərlər. Allah bir nemət versə, ondan istifadə edər və Rəbbimizə şükür edərlər. Belə bir mömin heç bir fədakarlıqdan qaçmaz və dünyadakı heç bir şey onu mübarizədən saxlayıb məşğul edə bilməz. Allah’ın əmrini yerinə yetirmək üçün dünyanın ən gözəl nemətlərini buraxıb bir anda özünü ölüm təhlükəsinə atmağa da hazırdır. Buna əks olan davranışın sonu isə hüsrandır. Allah bu hökmü verir:
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allah’dan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”.
Bu iman və bu şüur Peyğəmbərimizə tabe olan əshabələrdə o qədər güclü idi ki, döyüşə getməkdən çəkinmək bir tərəfə, Peyğəmbərin yanında döyüşə gedə bilmək üçün hər bir variantı sınayan, getmək imkanı olmadığında isə kədərindən ağlayanlar vardı. Allah bu saleh möminlərlə mübarizədən qaçanlar arasındakı fərqi belə bildirir:
Allah’a və Onun Elçisinə sadiq qalacaqları təqdirdə acizlərə, xəstələrə və (döyüşdə) vuruşmağa vəsait tapa bilməyənlərə (evdə qalmaqda) heç bir günah yoxdur. Yaxşı işlər görənləri danlamağa əsas da yoxdur. Allah bağışlayandır, rəhmlidir. Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə:
“Sizin üçün minik tapa bilmirəm” – dediyin zaman xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də (heç bir günahı yoxdur). Yalnız varlı olduqları halda (evdə qalmaq üçün) səndən icazə almağa gələnlər danlanmalıdırlar. Onlar arxada qalanlarla birgə daldalanmağa razılaşdılar. Allah onların qəlbini möhürləmişdir. Məhz bu səbəbdən onlar (özlərinin aqibətini) bilməzlər.