Allah hər insan üçün bir qədər (tale) təyin etmişdir və bu qədəri hər hansı bir insanın, ya da hadisənin dəyişdirməsi mümkün deyil. İnsanın hansı tarixdə, hansı cəmiyyətdə, hansı ailəyə mənsub olacağını təsbit edən, həyatı boyunca da nələrlə qarşılaşacağına qərar verən ancaq Allah’dır. İnsana sahib olduğu ağlı, fikrindən keçirdiyi düşüncələri ilham edən də yenə Allah’dır.
Bu səbəbdən də bir insanın iman etməsi sahib olduğu hər hansı xüsusiyyətdən qaynaqlanmaz. İmanı verən ancaq və ancaq Allah’dır. Allah Hadidir, yəni hidayət verəndir, eləcə də Rəbdir, yəni öyrədibyetişdirəndir. İstədiyi qulunu doğru yola yönəldər. Quranda bu həqiqət Musa Peyğəmbərin sözləri ilə belə xəbər verilir:
(Musa) dedi:
“Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da doğru yolu göstərəndir!”
İnsanlar cəhənnəmə ora layiq olaraq girərlər. Çünki onları yaradan Allah’a qarşı üsyan etmiş və ən böyük əzaba düçar olmuşlar. Buna müvafiq olaraq, cənnətə ancaq Allah’ın lütfü və bağışlaması sayəsində girmək mümkündür. Allah cənnətinə yerləşdirəcəyi möminləri seçmiş, onlara lütf etmiş, onları öyrətmiş, günahlarını bağışlamış, səhvlərini örtmüşdür.
Mömin seçilmiş olmasının hər zaman fərqində olmalı, özünə verilən iman nemətinə qarşı daim Allah’a şükür edərək yaşamalıdır. Seçilmiş olmanın şərəfi onun hər hərəkətində əks olunmalı, bunun təmkin və kübarlığını öz üzərində daşımalıdır. Yer üzündə Quranda təsvir edilən əxlaqı təmsil etdiyini, çoxlarının qəflət və pozğunluq içində olduğunu, amma Allah’ın onu imanla şərəfləndirdiyini unutmamalıdır. Çünki mömin yer üzündə yaşayan insanlar içində ziyanda olmayan, hər gün cəhənnəmə bir az daha yaxınlaşan qrupun içində iştirak etməyən məhdud saydakı qullardan biridir. Allah ziyanda olan insanları belə xəbər verir:
And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa.
Bütün inkarçılar sonu cəhənnəmə doğru gedən ziyanın içində olduğu halda, mömin üçün Allah’ın onu bu vəziyyətdən qurtarması və bütün insanlardan üstün tutması, əlbəttə, ki, çox böyük şərəfdir.