Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran əxlaqı: Şeytanın Fəaliyyəti

Mündəricat
  1. Giriş
  2. Allah’ı Haqqı ilə Təqdir Etmək
  3. Gücünün Yetdiyi Qədər Allah’dan Qorxmaq
  4. Qədər (Tale)
  5. Təvəkkül
  6. Təfəkkür
  7. Diqqətli Olmaq
  8. Hər İşdə Bir Xeyirin Olması
  9. Yanımızdakı Ölüm
  10. Şeytanın Fəaliyyəti
  11. Daim Pisliyi Əmr Edən Nəfs
  12. Seçilmiş Olmaq
  13. Dua və Onun Edilmə Şəkli
  14. Bağışlanma və Tövbə
  15. Ölənə Qədər Səbir
  16. Allah’ın Möminlərə Dəstəyi
  17. Ümidsizliyə Qapılmamaq və Şeytanın Təbliğinə Fürsət Verməmək
  18. Hər Hadisənin Quran Əxlaqı ilə Qiymətləndirilməsi
  19. Qəlbdəki Niyyəti Allah’ın Bilməsi
  20. Dünya Həyatının Müvəqqəti Olması
  21. Mülkün Əsl Sahibi
  22. Şükür
  23. Hər An Davam Edən İmtahan
  24. Allah Heç Kimə Qaldıra Bilmədiyi Yükü Yükləməz
  25. İnkarçılara Sevgi Göstərməmək
  26. Heç Bir Şeyi Allah ’Dan, Elçisindən və Allah Yolunda Cəhd Etməkdən Vacib Bilməmək
  27. Acizlik Göstərməmək, Kədərlənməmək, Hüznə Qapılmamaq
  28. Namazda Huşu
  29. Allah ’I Çox Zikr Etmək
  30. Bir Dəstə ilə Qarşılaşanda
  31. Ayələri və Hikməti Yadda Saxlamaq
  32. Boş və Faydasız İşlərdən Üz Çevirmək
  33. Orta Yolda Olmaq
  34. İnsanın Mələk Şahidləri
  35. Verilən Borcun Yazılması
  36. Etməyəcəyi Şeyi Söyləməmək
  37. Vicdan və Ruh
  38. Qardaşlıq və Birlik
  39. Mübahisə Etməmək
  40. Quran Oxunarkən
  41. İncə Düşüncəli Olmaq
  42. Cahillərdən Üz Çevirmək
  43. Bilmədiyi Mövzuda Mübahisə Etməmək
  44. Lağ Etməmək
  45. Möminləri Xoşagəlməz Ləqəblə Çağırmamaq
  46. Əmanəti Sahibinə Vermək və Əmanətə Xəyanət Etməmək
  47. Qərarlılıq

Allah Adəm Peyğəmbəri yaratdığı və bütün mələklərə “Adəmə səcdə edin” əmrini verdiyi zaman şeytan Ona qarşı çıxmış və bu üsyana görə sonsuza qədər lənətlənmişdir. Buna görə də o, qiyamət gününə qədər insanları azdırmaq üçün Allah’dan müddət istədi. Allah bu icazəni verdikdə isə dedi:

(İblis) dedi:

“Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.

Əraf surəsi, 16- 17

Bir başqa ayədə şeytanın azdırma vədi belə izah edilir:

Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allah’ın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allah’ı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.

Nisa surəsi, 119

Əgər insan şeytanın bu xüsusiyyətindən xəbərsiz olsa, özünü ondan qoruya bilməz və asanlıqla tələyə düşə bilər. Bu səbəbdən, mömin Quranda xəbər verilən bu həqiqəti hər an ağlında tutmalı, şeytanın sapdırıcı təlqinlərinə qarşı oyaq olmalıdır. Bir ayədə belə buyurulmuşdur:

Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O, öz tərəfdarlarını od sakini olmağa çağırır.

Fatir surəsi, 6

Möminlər şeytana qarşı çox diqqətli olmalıdırlar. Çünki şeytan, əsasən, onlarla məşğul olur. İnkarçıları sapdırmaq üçün çalışmasına ehtiyac yoxdur. Çünki onlar artıq şeytanın ordusunu təşkil edirlər. Buna görə, bütün gücünü möminləri zəiflətmək, onları dinə xidmət etməkdən yayındırmaq üçün sərf edir. Bu səbəblə, Allah şeytanın fitnəsinə qarşı möminləri belə xəbərdar edir:

Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allah’ın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah eşidəndir, biləndir.

Nur surəsi, 21

Allah’ın Quranda bildirdiyinə görə, şeytanın bu fəaliyyəti ixlaslı möminlərə təsir etmir. Lakin zəiflik göstərən və qəflətə dalanlar şeytanın təlqin etdiyi mənfi hallardan təsirlənə bilərlər. Unutmaq olmaz ki, şeytan fəaliyyətini heç dayanmadan, ara vermədən, dincəlmədən, yatmadan davam etdirir. Mömin də buna qarşı həmişə Allah’ı xatırlamalı, hər an diqqətli və mənəvi cəhətdən rahat olmalıdır.