Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran əxlaqı: Mülkün Əsl Sahibi

Mündəricat
  1. Giriş
  2. Allah’ı Haqqı ilə Təqdir Etmək
  3. Gücünün Yetdiyi Qədər Allah’dan Qorxmaq
  4. Qədər (Tale)
  5. Təvəkkül
  6. Təfəkkür
  7. Diqqətli Olmaq
  8. Hər İşdə Bir Xeyirin Olması
  9. Yanımızdakı Ölüm
  10. Şeytanın Fəaliyyəti
  11. Daim Pisliyi Əmr Edən Nəfs
  12. Seçilmiş Olmaq
  13. Dua və Onun Edilmə Şəkli
  14. Bağışlanma və Tövbə
  15. Ölənə Qədər Səbir
  16. Allah’ın Möminlərə Dəstəyi
  17. Ümidsizliyə Qapılmamaq və Şeytanın Təbliğinə Fürsət Verməmək
  18. Hər Hadisənin Quran Əxlaqı ilə Qiymətləndirilməsi
  19. Qəlbdəki Niyyəti Allah’ın Bilməsi
  20. Dünya Həyatının Müvəqqəti Olması
  21. Mülkün Əsl Sahibi
  22. Şükür
  23. Hər An Davam Edən İmtahan
  24. Allah Heç Kimə Qaldıra Bilmədiyi Yükü Yükləməz
  25. İnkarçılara Sevgi Göstərməmək
  26. Heç Bir Şeyi Allah ’Dan, Elçisindən və Allah Yolunda Cəhd Etməkdən Vacib Bilməmək
  27. Acizlik Göstərməmək, Kədərlənməmək, Hüznə Qapılmamaq
  28. Namazda Huşu
  29. Allah ’I Çox Zikr Etmək
  30. Bir Dəstə ilə Qarşılaşanda
  31. Ayələri və Hikməti Yadda Saxlamaq
  32. Boş və Faydasız İşlərdən Üz Çevirmək
  33. Orta Yolda Olmaq
  34. İnsanın Mələk Şahidləri
  35. Verilən Borcun Yazılması
  36. Etməyəcəyi Şeyi Söyləməmək
  37. Vicdan və Ruh
  38. Qardaşlıq və Birlik
  39. Mübahisə Etməmək
  40. Quran Oxunarkən
  41. İncə Düşüncəli Olmaq
  42. Cahillərdən Üz Çevirmək
  43. Bilmədiyi Mövzuda Mübahisə Etməmək
  44. Lağ Etməmək
  45. Möminləri Xoşagəlməz Ləqəblə Çağırmamaq
  46. Əmanəti Sahibinə Vermək və Əmanətə Xəyanət Etməmək
  47. Qərarlılıq

İnsanların çəkdiyi bəlaların və ya bir-birlərinə qarşı etdikləri əziyyətlərin əsas səbəblərindən biri də mal-mülk uğrunda aparılan mübarizədir. Hətta cahiliyyə cəmiyyətinin bütün həyatı mülk sahibi olmaq həvəsinə həsr olunur. Belə insanlar bütün zamanlarını daha çox mala sahib ola bilmək üçün sərf edir, bu həvəsi həyatlarının ən böyük məqsədinə çevirirlər.

Halbuki, dünya həyatının özülünü təşkil edən bu çoxaltmaq istəyi (Hədid surəsi, 20), tam mənada bir aldanmadır. Çünki yer üzündəki bütün mülkün sahibi Allah’dır. İnsanlar mal sahibi olduqlarını zənn etməklə özlərini aldadırlar. Sahib olduqlarını zənn etdikləri şeyləri özləri yaratmayıblar, o şeyləri yaşatmağa gücləri çatmaz. Yox olmalarına da heç bir maneçilik törədə bilməzlər. Daha doğrusu, nəyəsə sahib olacaq bir vəziyyətləri yoxdur, çünki özləri başqa bir varlığın mülküdürlər. İnsanların hökmdarı (Nas surəsi, 2) olan Allah’ın idarəsi altındadırlar. Quranda bütün varlıqların onları yaratmış olan Allah’ın mülkü olduğu belə xəbər verilir:

Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur.

Taha surəsi, 6

Başqa bir ayədə isə belə deyilir:

Məgər bilmirsən ki, göylərin və yerin hökmranlığı Allah’a məxsusdur? O, istədiyinə əzab verər, istədiyini də bağışlayar. Allah hər şeyə qadirdir.

Maidə surəsi, 40

Allah sahib olduqları malları insanlara dünya həyatında əmanət olaraq vermişdir. Bu əmanət müəyyən bir vaxta qədərdir və əlbəttə, vaxtı çatdıqda onun hesabı soruşulacaq.

İnsandan soruşulacaq hesab ona əmanət olaraq verilən mülkü necə və hansı fikirlə istifadə etdiyidir. Əgər o, mülkü özününkü saymış və o mülkdən istifadə etməyin yollarını açıqlayan rəsullara qarşı ayədə xəbər verildiyi kimi: “Mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir?“ (Hud surəsi, 87) - deyə cavab veribsə, böyük bir əzaba düçar olar. Quranda belə insanların başına gələcək hadisələr belə xəbər verilir:

Allah’ın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allah’a məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.

Ali-İmran surəsi, 180

Ayədə ifadə edildiyi kimi, Allah’ın bol lütfkarlığından insanlara verilən mallar o insanlar tərəfindən xəsislik etmədən xərclənilməsi üçündür. İnsan malı özününküləşdirib onu mühafizə etməyə çalışmaqdansa, malın əsl sahibinin Allah olduğunu bilməklə və malı Rəbbimizin əmr etdiyi şəkildə xərcləməklə məsuldur. Ona əmanət verilən mallardan öz ehtiyacları üçün lazımlı olan məqbul bir qismini istifadə edəcək və Quranda bildirildiyi kimi, ehtiyacdan artıq qalanını (Bəqərə surəsi, 219) isə Allah yolunda xərcləyəcək. Əgər Allah yolunda xərcləmək yerinə bu malları yığmağa çalışsa, onları özününküləşdirmiş olar. Bunun axirətdəki cəzası çox ağırdır. Bu insanlar haqqında Allah “Tövbə” surəsindəki bəzi ayələrdə belə buyurur: ... Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri üzücü bir əzabla müjdələ. O gün bu (yığdıqları sərvətlər)

cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və (onlara:) “Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!” (deyiləcəkdir.) (Tövbə surəsi, 34-35) İslamda qənaət (iqtisad) vardır, amma malı yığmaq yoxdur. Möminlər yığılacaq mallara deyil, yalnız Allah’a güvənirlər. Allah da bu təvəkküllərinə görə onların bərəkətini artırır. Zəkat verdikləri (Allah yolunda xərclədikləri) mallara görə onlara artıqlaması ilə verər. Ancaq onlar bunu da zəkat verərlər, Allah isə nemətini daha da artırar. Ayələrin birində zəkatın bərəkəti belə ifadə edilir:

Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını) artırar. Allah (hər şeyi) əhatə edəndir, biləndir.

Bəqərə surəsi, 261

Malı mənimsəyən və onu xeyirli işlərdə xərcləməyib yığanın vəziyyəti isə belə izah edilir:

O şəxs ki, mal-dövlət toplayıb onu sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hütəmə nədir? Allah’ın qaladığı oddur.

Huməzə surəsi, 2-6