Quranda həm əxlaqi prinsip, həm də yerinə yetiriləcək işlərdə müvəffəqiyyət səbəbi olaraq əmanət, əmanət sahibi anlayışları üzərində dayanılır. Mömin ona verilən əmanətlərə qarşı diqqətli olub özünə göstərilən etibarı doğruldar. Bundan əlavə, əmanəti kimə verməli olduğunu, yəni kimin əmanət sahibi olduğunu da yaxşı bilməlidir. Quranda bu mövzuya belə diqqət çəkilir:
Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allah’ın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir.
Əmanət maddi dəyəri olan qiymətli əşya olduğu kimi vəzifə və ya məsuliyyət də ola bilər. Mömin ağıllı surətdə və uzaqgörənliklə kimlərin əmanət sahibi olduğunu, hansı əmanəti kimə verəcəyini təsbit etməlidir.