Bir çox insan başqaları tərəfindən görülmədiyi zamanlarda tamamilə tək olduğunu düşünür. Halbuki, Allah həmişə onun yanındadır və Allah’ın insanın etdiyi bütün işləri yazmaqla vəzifə verdiyi mələklər də insana şahiddirlər. Bu vəziyyət Quranın “Qaf” surəsində belə xəbər verilir:
İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın.
Bu mələklərin yazdıqları məhşər günü ortaya qoyulacaq və insanlar dünyada etdikləri əməllərinə görə sorğu-sual olunacaqlar. Quranda o gün yaşanacaqlar belə izah edilir:
Kimin kitabı sağ əlinə veriləcəksə, o, yüngül sorğu-suala tutulacaq və sevincək öz ailəsinə qayıdacaqdır! Kimin kitabı arxa tərəfindən veriləcəksə, o ölüm diləyəcək və alovlu oda atılacaqdır! Sözsüz ki, o, öz ailəsində sevinc içində idi və elə güman edirdi ki, qayıtmayacaqdır. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.