İman edən bir insanın həyatındakı əsas vəzifəsi Allah’a ibadətdir. Bu ibadətin ən əhəmiyyətli mahiyyəti isə Allah’ın seçib-bəyəndiyi dini təbliğ edərək Quranda bildirildiyi kimi şeytanın yolu ilə mübarizə aparmaqdır. Bu mübarizə isə həmişə son dərəcə çətin və şiddətlidir. Tarixdəki nümunələrə baxdığımızda müsəlmanların qarşısında duran güclərin həm say, həm də mal baxımından üstün olduqlarını görürük.
Ancaq iman edənlər buna fikir verməzlər. Çünki bilirlər ki, zəfər say və ya vasitə üstünlüyündə deyil, yalnız Allah’ın bəxş etməsi ilə olur və Allah onu istədiyinə verir. Belə ki, İslam tarixi də ayədəki “Neçə-neçə az saylı dəstələr Allah’ın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir!” (Bəqərə surəsi, 249) hökmünün sirri ilə qazanılmış zəfərlərlə doludur. Zəfəri gətirən imandır. İnkarçıların bilmədiyi və heç bir zaman da qavraya bilməyəcəyi bu qəribə həqiqət Quranda belə açıqlanar:
Ey iman gətirənlər! (Kafir) bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun və Allah’ı çox yad edin ki, bəlkə nicat tapasınız.