Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran əxlaqı: İnkarçılara Sevgi Göstərməmək

Mündəricat
  1. Giriş
  2. Allah’ı Haqqı ilə Təqdir Etmək
  3. Gücünün Yetdiyi Qədər Allah’dan Qorxmaq
  4. Qədər (Tale)
  5. Təvəkkül
  6. Təfəkkür
  7. Diqqətli Olmaq
  8. Hər İşdə Bir Xeyirin Olması
  9. Yanımızdakı Ölüm
  10. Şeytanın Fəaliyyəti
  11. Daim Pisliyi Əmr Edən Nəfs
  12. Seçilmiş Olmaq
  13. Dua və Onun Edilmə Şəkli
  14. Bağışlanma və Tövbə
  15. Ölənə Qədər Səbir
  16. Allah’ın Möminlərə Dəstəyi
  17. Ümidsizliyə Qapılmamaq və Şeytanın Təbliğinə Fürsət Verməmək
  18. Hər Hadisənin Quran Əxlaqı ilə Qiymətləndirilməsi
  19. Qəlbdəki Niyyəti Allah’ın Bilməsi
  20. Dünya Həyatının Müvəqqəti Olması
  21. Mülkün Əsl Sahibi
  22. Şükür
  23. Hər An Davam Edən İmtahan
  24. Allah Heç Kimə Qaldıra Bilmədiyi Yükü Yükləməz
  25. İnkarçılara Sevgi Göstərməmək
  26. Heç Bir Şeyi Allah ’Dan, Elçisindən və Allah Yolunda Cəhd Etməkdən Vacib Bilməmək
  27. Acizlik Göstərməmək, Kədərlənməmək, Hüznə Qapılmamaq
  28. Namazda Huşu
  29. Allah ’I Çox Zikr Etmək
  30. Bir Dəstə ilə Qarşılaşanda
  31. Ayələri və Hikməti Yadda Saxlamaq
  32. Boş və Faydasız İşlərdən Üz Çevirmək
  33. Orta Yolda Olmaq
  34. İnsanın Mələk Şahidləri
  35. Verilən Borcun Yazılması
  36. Etməyəcəyi Şeyi Söyləməmək
  37. Vicdan və Ruh
  38. Qardaşlıq və Birlik
  39. Mübahisə Etməmək
  40. Quran Oxunarkən
  41. İncə Düşüncəli Olmaq
  42. Cahillərdən Üz Çevirmək
  43. Bilmədiyi Mövzuda Mübahisə Etməmək
  44. Lağ Etməmək
  45. Möminləri Xoşagəlməz Ləqəblə Çağırmamaq
  46. Əmanəti Sahibinə Vermək və Əmanətə Xəyanət Etməmək
  47. Qərarlılıq

Bir insan həqiqi mənada Quran əxlaqını yaşamaq üçün cahiliyyə cəmiyyətinin bütün düşüncələrindən və yanlış fikirlərindən tamamilə uzaqlaşmalıdır. Tərk edilməsi lazım olan bu cür anlayışların başında cahiliyyənin sevgi anlayışı gəlir.

Cahiliyyədə sevgi mənfəət üzərində qurulub. İnsan başqa bir insanı ona mənfəət təmin etdiyi üçün, ona yaxşı münasibət göstərdiyi üçün və ya heç olmasa yaxşı davrandığı üçün sevər. Sevginin bir başqa ölçüsü isə qan qohumluğudur. İnsanlar öz ailələrindən, soylarından, tayfalarından olan başqa insanları sırf aralarındakı qan qohumluğuna görə sevərlər. Halbuki, mömin üçün sevginin meyarı bunlar deyil. Çünki o, hər şeydən çox Allah’ı sevir. Bu, Quranda belə açıqlanır:

İnsanlardan elələri də vardır ki, Allah’dan qeyrilərini (Ona) tay tutur, onları da Allah’ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah’a olan sevgisi daha güclüdür...

Bəqərə surəsi, 165

Allah’ı hər şeydən üstün tutan mömin digər insanları da Allah’a olan yaxınlıqlarına görə sevər və ya Allah’a olan nankorluqlarına görə onlardan uzaqlaşar. Quranda möminlərin bu xüsusiyyəti belə izah edilir:

Allah’a və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allah’a və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. (Allah) onları altından çaylar axan cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allah’dan razıdırlar. Onlar Allah’ın firqəsidirlər. Həqiqətən, məhz Allah’ın firqəsi nicat tapanlardır.

Mücadilə surəsi, 22

İnkarçılara qarşı az da olsa sevgi bəsləmək isə Allah’ın rizasına zidd hərəkətdir. Quranda bu mövzuda möminlər belə xəbərdar edilir:

Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib (sirrinizi açıb deyirsiniz). Rəbbiniz olan Allah’a iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) qovub çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlara gizlində mehribanlıq göstərirsiniz. Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar.

Mumtəhinə surəsi, 1

İbrahim Peyğəmbər və xalqının rəftarı bütün möminlər üçün mükəmməl bir nümunədir:

İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər:

“Həqiqətən, biz sizdən və sizin Allah’dan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allah’a iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır...”

Mumtəhinə surəsi, 4

¦