Cahiliyyə cəmiyyətindəki insanlar xarakterlərini sahib olduqları güc və mövqelərinə görə formalaşdırırlar. Özlərinə güvənmələri üçün mütləq ya zəngin, ya məşhur, ya çox gözəl və ya yaraşıqlı olmalıdırlar. Ancaq mömin yalnız Allah’a güvənərək yaşayar və möminin özünə güvənməsi üçün inkarçıların ehtiyac duyduğu maddi meyarların heç birinə ehtiyacı yoxdur. Çünki Allah daim möminlərlədir. Allah “Mən və elçilərim hökmən qalib gələcəyik!” (Mücadilə surəsi, 21) hökmünün sirri ilə elçilərini və onlara tabe olan möminləri həmişə qalib edir. Mömin bütün dünyanın qarşısında tək başına olsa belə, üstün gələr. Allah Rəsuluna belə bildirir:
Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.
Unudulmamalıdır ki, insanlara yolları açan, müvəffəqiyyət qazandıran, onları qoruyan, gücləndirən Allah’dır. İnsanın öz müvəffəqiyyəti üçün düşündüyü səbəblər bu müvəffəqiyyətin əldə olunması üçün kifayət deyil. Səbəblər yalnız və yalnız əməli duadır. Əməli dua ilə paralel edilən sözlü dua və ixlasın əvəzində Allah istənilən nəticəni yaradar. Bu səbəbdən, mömin bacarmaq istədiyi bir işdə yalnız Allah’ın köməyinə güvənər. Belə olduqda isə özündən son dərəcə əmin, heç bir təhlükədən çəkinməyən və maraqlarına zidd kimi görünən hadisələrdən heç bir şəkildə təsirlənməyən möhkəm xarakterli bir insan modeli meydana çıxır.
Ətrafındakı insanların bir çoxunun azmasına baxmayaraq, heç bir ümidsizliyə düşməyən və “…Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allah’a heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, zəngindir, tərifəlayiqdir” (İbrahim surəsi, 8) deyən Musa Peyğəmbər bu məsələdə yaxşı nümunədir. Musa Peyğəmbər bu qədər etibarlı və qorxmazdır. Çünki Allah’ın köməyinin daim möminlərlə olduğuna əmindir. Allah ona “Qorxma, qalib gələn mütləq sən olacaqsan!” (Taha surəsi, 68) hökmünü vəhy etmişdir. Şübhəsiz, Musa Peyğəmbərin rəftarı bütün möminlər üçün də nümunə olmalıdır. Çünki Allah bu cür zəmanətli müjdəni yalnız Musa Peyğəmbərə və digər elçilərinə deyil, Öz rizasına ixlasla sarılan bütün möminlərə verir. İnkar edənlərə qarşı onları qoruyacağını, qalib edəcəyini vəd edir. Bu həqiqət Quranda “…Allah kafirlərə möminləri (məğlub etməyə) yol verməyəcəkdir” (Nisa surəsi, 141) şəklində ifadə edilmişdir. Mömin yalnız Allah’a olan sədaqətini qorumaq və Ona olan xidmət və qulluqda sadiq olmaqla məsuldur. Belə etdiyi təqdirdə, möminin qorxacağı heç bir şey yoxdur:
Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan) azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allah’a olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir.
Doğru yolda olanlara inkarçılar heç bir zərər verə bilməz. Möminləri təzyiq altında saxlamaq, hətta öldürmək üçün hazırladıqları bütün plan və tələləri Allah boşa çıxardar. Bir ayədə bu sirr belə açıqlanır:
(Zalımlar) öz hiylələrini qururdular. Halbuki, onların hiyləsi Allah’a bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir.
İnkarçılar möminlər əleyhinə tələ hazırlayarkən Allah da onları bilməyəcəkləri bir yerdən tədricən (Əraf surəsi, 182) məhvə doğru sürükləyər. Allah möminlərlə bərabərdir və Allah’ın güc, izzət və əzəməti inananlarda təcəlli edir. Quranda münafiqlərin qavraya bilmədiyi bu həqiqət belə ifadə edilir:
Məhz onlar: “Allah’ın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyirlər. Halbuki, göylərin və yerin xəzinələri Allah’ındır, lakin münafiqlər anlamırlar. Onlar:
“Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər ən alçaqları mütləq oradan çıxardacaqlar!” – deyirlər. Halbuki, qüdrət yalnız Allah’a, Onun Elçisinə və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər.
Bu, qəti və sabit qanundur. Mömin “Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin…” (Nisa surəsi, 71) ayəsini əsas götürərək və ibadət olaraq inkarçılara qarşı diqqətli və tədbirli davranar, amma bu İlahi qanunun rahatlığı içində olarlar. Allah eyni qanununu bir başqa ayəsində belə açıqlayır:
Sözsüz ki, kafir olanlar, (insanları) Allah yolundan sapdıranlar və hidayət yolunu tanıdıqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allah’a heç bir zərər vura bilməzlər. (Allah) onların bütün əməllərini puça çıxaracaqdır.