Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran əxlaqı: Daim Pisliyi Əmr Edən Nəfs

Mündəricat
  1. Giriş
  2. Allah’ı Haqqı ilə Təqdir Etmək
  3. Gücünün Yetdiyi Qədər Allah’dan Qorxmaq
  4. Qədər (Tale)
  5. Təvəkkül
  6. Təfəkkür
  7. Diqqətli Olmaq
  8. Hər İşdə Bir Xeyirin Olması
  9. Yanımızdakı Ölüm
  10. Şeytanın Fəaliyyəti
  11. Daim Pisliyi Əmr Edən Nəfs
  12. Seçilmiş Olmaq
  13. Dua və Onun Edilmə Şəkli
  14. Bağışlanma və Tövbə
  15. Ölənə Qədər Səbir
  16. Allah’ın Möminlərə Dəstəyi
  17. Ümidsizliyə Qapılmamaq və Şeytanın Təbliğinə Fürsət Verməmək
  18. Hər Hadisənin Quran Əxlaqı ilə Qiymətləndirilməsi
  19. Qəlbdəki Niyyəti Allah’ın Bilməsi
  20. Dünya Həyatının Müvəqqəti Olması
  21. Mülkün Əsl Sahibi
  22. Şükür
  23. Hər An Davam Edən İmtahan
  24. Allah Heç Kimə Qaldıra Bilmədiyi Yükü Yükləməz
  25. İnkarçılara Sevgi Göstərməmək
  26. Heç Bir Şeyi Allah ’Dan, Elçisindən və Allah Yolunda Cəhd Etməkdən Vacib Bilməmək
  27. Acizlik Göstərməmək, Kədərlənməmək, Hüznə Qapılmamaq
  28. Namazda Huşu
  29. Allah ’I Çox Zikr Etmək
  30. Bir Dəstə ilə Qarşılaşanda
  31. Ayələri və Hikməti Yadda Saxlamaq
  32. Boş və Faydasız İşlərdən Üz Çevirmək
  33. Orta Yolda Olmaq
  34. İnsanın Mələk Şahidləri
  35. Verilən Borcun Yazılması
  36. Etməyəcəyi Şeyi Söyləməmək
  37. Vicdan və Ruh
  38. Qardaşlıq və Birlik
  39. Mübahisə Etməmək
  40. Quran Oxunarkən
  41. İncə Düşüncəli Olmaq
  42. Cahillərdən Üz Çevirmək
  43. Bilmədiyi Mövzuda Mübahisə Etməmək
  44. Lağ Etməmək
  45. Möminləri Xoşagəlməz Ləqəblə Çağırmamaq
  46. Əmanəti Sahibinə Vermək və Əmanətə Xəyanət Etməmək
  47. Qərarlılıq

İnsanın şeytan qədər diqqət yetirməli olduğu başqa azdırıcı ünsür də öz daxilindədir. Allah insanı yaradarkən onun nəfsinə (mənliyinə) həm yaxşılıq, həm də pislik ilham etmişdir. Bu pis tərəf insanı daim şeytanın tərəfinə çəkməyə çalışır. Quranda insan ruhundakı bu iki cəhət belə açıqlanır:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allah’dan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır.

Şəms surəsi, 7-10

İnsan ayədə ifadə edilən nəfsinin içindəki bu günahlardan xəbərdar olmalı və hər zaman bu təhlükəyə qarşı diqqətli davranmalıdır. Əgər nəfsindəki pisliyin varlığını qəbul etməzsə, ayədə deyildiyi kimi onu batırarsa, pislikdən çəkinə bilməz və ziyana uğrayar. Buna görə də insan içindəki bu pis cəhətə qarşı diqqətli davranmalı, həmişə nəfsini təmizləməyə çalışmalıdır. Yusif Peyğəmbərin ayədə xəbər verilən “Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir” (Yusif surəsi, 53) şəklindəki ifadəsi möminin nəfsinə qarşı ehtiyatlı olmasını göstərir. İnsan nəfsinə qarşı hər zaman bu şəkildə ehtiyatlı davranmalı, nəfsinin əmr etdiyi pisliklərə qarşı daim diqqətli olmalıdır. Çünki nəfslər xəsislik etməyə hazırdır (Nisa surəsi, 128). Bu həvəslərin insana nələr etdirə biləcəyinə də Quranda işarə edilmişdir. Məsələn, Adəm Peyğəmbərin oğullarından birini qardaşını öldürməyə yönəldən şey onun nəfsidir. (Maidə surəsi, 30) Musa Peyğəmbərdən sonra Samirinin yenidən bütlərə ibadət etməsinin və qövmünü də eyni pozğunluğa yönəltməsinin səbəbi də eynidir. Ayədə bu haqda belə buyurulur:

(Samiri) belə cavab verdi:

“O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən bir ovuc torpaq götürdüm və onu (bəzək əşyalarının üstünə) atdım. Nəfsim məni (buna) sövq etdi”.

Taha surəsi, 96

İnsanın qurtuluşu qısqanclıqdan, eqoizmdən, üsyan və şirkə yönəldən nəfsinin pisliklərindən çəkinməsindən asılıdır. Quranda belə ifadə edilir:

(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.

Həşr surəsi, 9

Mövzu ilə əlaqədar başqa ayələrdə də belə buyurulur:

Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə istəyini yasaq etmişsə, həqiqətən, cənnət onun məskəni olacaq.

Naziat surəsi, 40-41

Mömin üçün ən böyük mübarizələrdən biri nəfslə aparılan mübarizədir. İman edən insan nəfsinin ona yönəltmək istədiyi eqoizm, qısqanclıq, qürur, həvəs kimi xəstəliklərə etiraz etməlidir. Nəfs insanı boş hədəflər arxasınca aparır. İnsana daha çox mal qazanacağını pıçıldayar. Halbuki, insan bu cür zövqlərin heç biri ilə qane olmaz. Nə qədər çox qazansa, daha da çoxunu istəyər. Nəfs bu halı ilə ac və əsla doymayan vəhşi heyvan kimidir.

Nəfsin qane olması isə bu müvəqqəti zövqlərin heç biri ilə deyil, ancaq və ancaq adamın Allah’a sığınması ilə mümkün olur. İnsan Allah’a qul olmaq üçün yaradılmışdır və “Qəlblər ancaq Allah’ı zikr etməklə rahatlıq tapır” (Rəd surəsi, 28) hökmünə uyğun olaraq bu vəzifəsini yerinə yetirib Onun rəhmətinə sarılmaqdan başqa heç bir şey ona rahatlıq və təmkinlik verməz.

Ona görə də rahatlıq tapmış nəfs ancaq inkarın hər cür pisliyindən çəkinərək iman edən nəfsdir. Allah Quranda bu nəfsə belə xitab edir:

(O gün möminə deyiləcəkdir):

“Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın (cərgəsinə) keç! Cənnətimə daxil ol!”

Fəcr surəsi, 27-30