Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Möminlərin xoşbəxtliyi: Hər şeyə “çoxalma” ehtirasıyla bağlanarlar

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyət Bədbəxtdir
  3. Etdikləri hər şey ehtiraslı “əyləncədir”
  4. Dünya üzərindəki hər şey “bəzəkdir”
  5. Sahib olduqları hər şey “öyünmə” mövzusudur
  6. Hər şeyə “çoxalma” ehtirasıyla bağlanarlar
  7. Allahdan başqa ilahlar qəbul etmişlər
  8. Yanlış qədər inancları vardır
  9. Bədbəxtliyin Səsi: Şeytan
  10. Şeytan ümidsizlik və çarəsizlik təlqini verir
  11. Şeytan duyğusallıq təlqini verir
  12. Şeytanın hiylələri zəifdir
  13. Xoşbəxtliyin Sirri: Allahın Rizası
  14. Əbədi Xoşbəxtlik Möminlərindir
  15. Allahın rəhməti və ehsanı ilə sevinərlər
  16. Allaha təslimiyyətləri çox güclüdür
  17. İbrahim Peyğəmbər
  18. Zəkəriyya Peyğəmbər
  19. Yusif Peyğəmbər və atası Yaqub Peyğəmbər
  20. İmanın Gətirdiyi Xoşbəxtlik və Qazandırdığı Gözəlliklər
  21. Güc qazandırar
  22. Şövq qazandırar
  23. Fiziki gözəllik və sağlamlıq qazandırar
  24. Hikmətlə baxan daxili göz qazandırar
  25. Sonsuz Xoşbəxtlik Məkanı: Cənnət
  26. Nəticə

Cahil insanların inanclarına görə, xoşbəxt bir həyat sürmək, bu həyatdan ən yaxşı şəkildə istifadə edib, ola biləcək ən çox mənfəəti əldə edə bilməklə mümkündür. Allah Quran ayələrində bizə cahil insanların “mallarda və uşaqlarda çoxalma ehtirası” (Hədid surəsi, 20) içərisində yaşadıqlarını bildirir. Bu “çoxalma” istəyi, insanların davamlı olaraq nemətlərin daha yaxşısına, daha üstününə və daha keyfiyyətlisinə sahib olma ehtiraslarından qaynaqlanır. Bir əvvəlkinə görə nə qədər çoxunu və gözəlini əldə etsələr, o dərəcə xoşbəxt ola biləcəklərini ümid edirlər. Məsələn, gözəl bir avtomobil alan biri ilk zamanlar bunu böyük bir zövq və həyəcanla istifadə etməyə başlayır. İstədiyi avtomobilə qovuşmanın sevincini və şövqünü yaşayır. Lakin qısa bir müddət sonra bu sevinci və şövqü yerinə sıxıntı buraxar, çünki daha dəbdəbəli və daha lüks bir avtomobil görər və buna görə əlindəkini bəyənməz. Zamanla tək məqsədi bu yeni avtomobili ala bilmək olacaq. Bu yalnız avtomobil deyil, insanın xoşuna gələn hər şey üçün keçərli ola bilər. Cahil cəmiyyətdə insanlar sevdikləri, xoşlandıqları hər şeyə, ən çox sahib olma arzusu duyarlar. Heç bir zaman azıyla kifayətlənməzlər, xoşbəxt ola bilmələrinin ancaq hər şeyin “ən çoxuna sahib olmalarıyla” mümkün ola biləcəyini güman edirlər.

Halbuki dünyadakı hər şey, əvvəlki hissədə də izah edildiyi kimi, yalnız bir bəzəkdir. Ancaq əgər insan bu bəzəklərin həqiqi olduğunu zənn edər və bütün bunları əldə etmə yarışına girəcək olsa, əsl yaradılış məqsədindən uzaqlaşacaq. Bu nöqtədə artıq əsl məqsədi yalnız nəfsinin istəklərini reallaşdırmaq olacaq. Halbuki dünyadakı hər şey qüsurlu və əskikdir və insanın hər zaman hər şeyin daha yaxşısı, daha gözəli və daha keyfiyyətlisi ilə qarşılaşma imkanı vardır. Bu səbəblə nəfsin istəkləri heç bir zaman sona çatmayacaq, insan da heç bir zaman əlindəkilərlə xoşbəxt ola bilməyəcək. Bu səbəbdən bu şəkildə hərəkət etmələri onları xoşbəxtlik yerinə daha da böyük bir bədbəxtliyə sürüyəcək.

Cahil insanların bu bədbəxt halları, onların Allaha şükür etmələrini də əngəlləyər. Çünki bu ehtiras və hərislikləri üzündən Allahın özlərinə verdiyi nemətlərə qarşı nankorcasına bir rəftar göstərərlər. Onlar üçün bütün bu nemətlərin özlərinə nə məqsədlə və kim tərəfindən verildiyi heç əhəmiyyətli deyil, onsuz da bunu heç düşünməzlər də. Əhəmiyyətli olan, sevdikləri, bəyəndikləri hər şeyə ən qısa zamanda sahib olmaları və bunların sayını davamlı olaraq artıra bilmələridir. Bu insanların vəziyyəti, heç dolmayan altı dəlik su vedrəsinə bənzədilə bilər. Davamlı su töküldüyü halda, dolan su altdakı dəlikdən dərhal axıb gedəcək. Dəlik bağlanılmadığı təqdirdə vedrənin dolması qeyri-mümkündür. İnsan əlindəkilərə şükür etməsini, bunlarla xoşbəxt olmasını bilmədiyi müddətcə özünə daha nə qədər çox nemət verilirsə verilsin, ruhunda heç bir dəyişiklik olmayacaq. Hər şeyin ən çoxuna da sahib olsa, yenə daha çoxuna tamah etdiyi üçün əlindəki gözəlliklərin qədrini bilməyəcək, bunların zövqünü dada bilməyəcəkdir. Allah bu kəslərin vəziyyətini Quranda bu şəkildə bildirir:

Məni yaratdığım kimsə ilə tək burax; Mən ona bolluca var-dövlət bağışladım, qayğısına qalan oğullar verdim və onu hər cür imkanlarla təmin etdim. Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır.

Müddəssir surəsi, 11-15

Allahın bir başqa ayədə “O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız onu sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həqiqətən, nankordur.” (İbrahim surəsi, 34) sözləriylə bildirdiyi kimi, Allah insana hər istədiyi şeyi vermişdir. Ancaq insanlardakı nankorluq duyğusu Allaha gərəyi kimi şükür etmələrini əngəlləyir. Allah Quranda ancaq şükür edən qullarına nemətini artıracağını bildirmiş, nankorluq edənləri isə əzabıyla xəbərdar etmişdir:

Rəbbiniz belə buyurmuşdu:

“And olsun ki, əgər şükür etsəniz sizə artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir.”

İbrahim surəsi, 7

İnsanların bir çoxunun dünya nemətlərinə qarşı olan bu hərislikləri, həm özlərinə, həm yaşadıqları cəmiyyətə böyük zərər verir. Daima hər şeyin yenisi və yaxşısı arzulandığından, insanların bu istəkləri reallaşmadığında duyacaqları sıxıntı və narahatlıq da çox olur. Bu kəslər, dünya ehtirasları səbəbiylə, Allahın ayədə bildirdiyi kimi,

“Malı yığma ehtirası və hərisliyi ilə sevərlər.”

Fəcr surəsi, 20

Bu şiddətli bağlılıqlarından dolayı özlərindən maddi bir kömək istəndiyində, ya sahib olduqları mallarını paylaşmaları lazım olduğunda, Allahın “həqiqətən o var dövlətə çox hərisdir” (Adiyat surəsi, 8) ayəsində bildirdiyi kimi, olduqca eqoist və sərt bir mövqe sərgiləyərlər. Çox vaxt saxta olaraq yalnız az bir şey verib geri qalanını yenə möhkəm bir şəkildə əllərində tutarlar. Buna bağlı olaraq cəmiyyətdə zəngin olan daha da zənginləşərkən, kasıb olan daha da kasıblaşar. Bu da ictimai əmin-amanlığın və ədalətin təmin edilməsində böyük bir maneə yaradır.

İnsanlardakı bu mal-dövləti çoxaltma ehtirası, Allahın Quranın bir çox ayəsində yanlışlığını bildirdiyi rəftar pozuqluğu olan '“xəsisliyə” gətirib çıxardır. Bu əxlaqı yaşayan insanlar əsas olaraq öz mallarının çoxalmasını məqsəd əldə etdikləri üçün xəsislik etməyi özlərinə prinsip hesab etmişlər. Bu çirkin və eqoist davranışlarına baxmayaraq, bütün yığdıqlarını da özləri üçün bir “xeyir” zənn edərlər. Yığıb saxlamaq bu insanlar üçün ehtiras halını almışdır. Halbuki Allah dünya həyatında bəzi insanları bir imtahan olaraq mal-dövlətli, zəngin edir. Bu səbəbdən qazandıqlarını xeyir üçün istifadə etməyənlər, bunun bir qazanc olduğunu sanmaqla böyük səhv edirlər, çünki bunlar axirət günü onlara atəş olaraq geri dönəcək. Allah bu həqiqəti Quranda belə bildirir:

Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.

Ali İmran surəsi, 180

Bu kəslərin bir xüsusiyyəti də, Allahın “Onlar xəsislik edərlər, insanlara da xəsislik etməyi əmr edərlər ...” (Nisa surəsi, 37) ayəsiylə bildirdiyi kimi, digər insanları da bu çirkin rəftarı tətbiq etməyə təşviq etmələridir. Bununla bərabər, kimsə özlərindən bir şey istəməsin deyə sahib olduqlarını da ətraflarındakı insanlardan gizlədərlər. Əsl istədikləri, əldə etdiklərini həmişə artırmaq və yığmaq olduğundan, bunları başqaları üçün istifadə etmək istəməzlər.

İnsanların dünya həyatının həqiqi mahiyyətini anlamamaları, onları səhv və pis davranışlar göstərməyə və həmişə mənfəətini düşünməyə sövq edir. Bu yanlış məntiqlə hərəkət etdikləri təqdirdə mənfəətli və qazanclı çıxacaqlarına özlərini inandırmışlar. Amma sıxıntı və narahatlıqdan başqa bir şey qazanmazlar. Buna baxmayaraq bu davranışlarına böyük bir istək və ehtirasla davam edərlər. Dünya həyatına aldandıqları üçün, həyatları boyunca etdikləriylə xoşbəxt və hüzurlu olmağı gözləyirlər. Amma əldə etdikləri bədbəxt və sıxıntılı həyatdan başqa bir şey olmaz. Allah yaşadıqları bu həyatın həqiqi üzünü görüb anlaya bilmələri üçün, insanların dünya həyatında qazandıqlarını yağan bir “yağışın” təsirinə bənzətmiş və insanları bu şəkildə xəbərdar etmişdir:

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.

Hədid surəsi, 20