Əvvəlki hissədə izah edildiyi kimi, özünə Allahın rizasını məqsəd etmədən yaşayan hər insan üçün həyat saxtakarlıqdan fərqlənmir. Bu səbəbdən insanlar əslində sonsuz axirət həyatını hədəf alıb, ona istiqamətli olaraq çalışacaqları yerdə, dünyanın qısa müddətli ehtiras və əyləncələrinə dalırlar.
Qəflət gözüylə baxan bu insanlar üçün, dünya həyatında insanları Allahın razılığını qazanmaqdan uzaqlaşdıran və Allahı unutduran bir çox iş var. Əslində bütün bunlar Allahın insanları sınamaq üçün verdiyi nemətlərdir, amma bu kəslər üçün bunlar vaxt keçirəcək və ehtirasla bağlanılan məşğuliyyətlər halına gəlmişdir. Allah Quranda hansı nemətlərin insanlar üçün ehtiras halına gəldiyini belə bildirir:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır.
Bəzi insanlar həqiqi məqsədləri olan Allahın rizası yerinə özlərinə bəzi dünyəvi məqsədlər etdikləri üçün, dünya nemətləriylə ehtiraslı əyləncə içinə girmişlər. Bütün bunlar onları hər keçən gün Allahdan daha da uzaqlaşdırır və daha da şiddətli bir şəkildə dünyaya bağlayır. Allahın rizasını qazanma cəhdində olmadıqları və axirətdə hesab verəcəklərini düşünmədikləri üçün Allahın dünya həyatında onlara verdiyi məhdud müddəti heç düşünmədən boş işlər üçün sərf edirlər. Məsələn, edəcək bir işi olmayan kimsə gün ərzində pəncərəsindən baxaraq evinin qarşısından keçən insanları seyr edər, oxuduğu jurnallara dəfələrlə yenidən baxar, qonşularının dedi-qodusunu edər, faydası olmayan televiziya proqramlarını seyr edər, internet və ya kompyuter oyunlarıyla boş vaxt keçirər, özüylə və ətrafındakı insanlarla məşğul olub gününü keçirər. Dəyərli vaxtını Allahın rizasını qazanacağı işlərə sərf edəcəyi yerdə, özünə və ətrafına fayda təmin etməyən boş işlərə sərf edər. Ondan soruşulsa, “edəcək bir işinin olmadığını, bu şəkildə vaxt keçirib başını qatdığı və ya bunlar onun xoşuna gəldiyini” söyləyə bilər. Amma əslində özü də içində olduğu dəhşətli vəziyyətin, həyatının boş və mənasız bir əyləncə halını aldığının fərqindədir.
Halbuki unutmamaq lazımdır ki, dünya həyatının bütün məşğələləri Allahın insanlar üçün yaratdığı imtahanlardır. Hadisələri bu gözlə dəyərləndirməyən insanlar üçün isə vəziyyət çox fərqlidir. Bu vəziyyətdə belə bir insan üçün dünya nemətləri, insanı Allahın razılığını qazanmaqdan uzaqlaşdıran, onun dünyaya olan sevgisini artıraraq boşuna vaxt sərf etdirən və bunun nəticəsində də sonsuz axirət həyatını itirməsinə səbəb olan məşğuliyyətlər halına gəlir. Bu səbəblə insan bu mövzuda çox diqqətli və etidallı hərəkət etməlidir. Allah dünya həyatında insanlara imtahan olması üçün yaratdığı nemətləri və bütün bunlara qarşı diqqətli davranılmalı olduğunu Quran ayələrində belə bildirir:
Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir.
Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik.
Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
Həqiqətən, Axirətə iman gətirməyənlərin bəd əməllərini onlara yaxşı kimi göstərdik. Odur ki, onlar azğınlıqları üzündən heç nə anlamadan yer üzündə veyllənirlər. Bunlar əzabı ağır olacaq kimsələrdir; Axirətdə ən çox ziyana uğrayacaq kəslər də elə onlardır.
İnsanların xoşbəxt və hüzurlu ola bilmələri həyatları boyunca qarşılaşdıqları hadisələrdə “doğru” qərarlar vermələrinə bağlıdır. Bunun üçün də “təmiz ağıla” və “dərk etmə gücünə” ehtiyac vardır. İnsanı doğrulara çatdıran ağıl isə yalnız Allaha iman etməklə və Quran əxlaqına görə yaşamaqla əldə edilə bilər. Ancaq yuxarıda bəhsi keçən, insanlar üçün ehtiras və bağlılıq mövzusu olan məşğuliyyətlər, insanların bu “təmiz ağıla” sahib olmalarını və doğruları görmələrinə mane olar. Bu səbəbdən Quran əxlaqına uymayan bu insanlar həyatları boyunca qarşılaşdıqları heç bir şeydə doğru və məntiqli qərarlar verə bilməzlər. Bu da davamlı səhv etmələrinə, bədbəxtlik və kədər içində yaşamalarına yol açar.
Halbuki, dünyada yaşadıqları bu həyat insanların Allahın razılığını qazana bilmələri üçün tək fürsətləridir. Özlərinə verilən bu “fürsət” heç gözləmədikləri bir anda əllərindən alına bilər. Yaşanılan bu həyatın düzəlişi yoxdur. Ölümdən sonra bir daha Allahın razılığını qazana bilmə imkanı mümkün olmayacaq. Bu həqiqətləri gözardı edən insanlar axirət günü böyük bir peşmançılığa qapılacaq və Allahın razılığını qazanmaq məqsədi ilə saleh əməllər etmək üçün dünyaya geri dönmək istəyəcəklər. İnsanların axirət günü bu fürsəti geri istəyəcək olmaları, dünya həyatındakı hər şeyin dəyərsizliyini göstərməsi baxımından olduqca mənalıdır. Ancaq bu istəkləri qəbul olunmaz. Allah insanların axirətdə bu həqiqətləri görərək yaşayacaqları peşmançılıq və kədəri Quranda belə bildirir:
Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək:
“Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qətiyyətlə inandıq!” – deyəndə görəydin!
Bu baxımdan “həyat” Allahın insanlara vermiş olduğu çox dəyərli bir nemətdir. Qəflət içərisindəki bu insanlar isə, Allahın özlərinə sınaq məqsədli verdiyi dünya nemətlərinə ehtirasla bağlandıqları üçün bu dəyərli vaxtı axirətdə özlərinə heç bir fayda gətirməyəcək mənasız və boş işlərə sərf edərlər. Bir daha əsla əldə edə bilməyəcəkləri bu “həyatı” fərqində olmadan israf edərlər. Səyləri, istəkləri və əməlləri Allahın razılığına və axirət həyatına istiqamətli olmadığı üçün, bu dünyada yalnız əylənib boş vaxt keçirmiş olurlar. Allah onların bu vəziyyətini bir ayədə belə açıqlayır:
Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.
İnsanı axirətdə qurtuluşa çatdıracaq olan dünya həyatında Allahın razılığını qazanmaq üçün etdiyi saleh əməllər və yaxşılıqlardır. Allah axirətdə yalnız Öz rizası üçün edilən saleh əməllərin qarşılığını verəcəyini bildirmişdir:
İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik.
Allahın rizasını qazanmaq niyyəti ilə hərəkət etmədiyi təqdirdə, Allah insanın bütün əməllərini puç edəcəkdir; bu səbəbdən bu insanlar çalışmış, ancaq əbəs yerə yorulmuş olacaqlar. (Ğaşiyə surəsi, 3). Həyatı boyunca Allahın rizasını qazanmaqdan və Quran əxlaqından heç güzəştə getməyənlər isə xoşbəxt olacaqlar. Allah bu vədini Quranda belə bildirir:
İman gətirib saleh əməllər edənlər üçün xoş güzəran və gözəl qayıdış yeri hazırlanmışdır.