Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Möminlərin xoşbəxtliyi: Əbədi Xoşbəxtlik Möminlərindir

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyət Bədbəxtdir
  3. Etdikləri hər şey ehtiraslı “əyləncədir”
  4. Dünya üzərindəki hər şey “bəzəkdir”
  5. Sahib olduqları hər şey “öyünmə” mövzusudur
  6. Hər şeyə “çoxalma” ehtirasıyla bağlanarlar
  7. Allahdan başqa ilahlar qəbul etmişlər
  8. Yanlış qədər inancları vardır
  9. Bədbəxtliyin Səsi: Şeytan
  10. Şeytan ümidsizlik və çarəsizlik təlqini verir
  11. Şeytan duyğusallıq təlqini verir
  12. Şeytanın hiylələri zəifdir
  13. Xoşbəxtliyin Sirri: Allahın Rizası
  14. Əbədi Xoşbəxtlik Möminlərindir
  15. Allahın rəhməti və ehsanı ilə sevinərlər
  16. Allaha təslimiyyətləri çox güclüdür
  17. İbrahim Peyğəmbər
  18. Zəkəriyya Peyğəmbər
  19. Yusif Peyğəmbər və atası Yaqub Peyğəmbər
  20. İmanın Gətirdiyi Xoşbəxtlik və Qazandırdığı Gözəlliklər
  21. Güc qazandırar
  22. Şövq qazandırar
  23. Fiziki gözəllik və sağlamlıq qazandırar
  24. Hikmətlə baxan daxili göz qazandırar
  25. Sonsuz Xoşbəxtlik Məkanı: Cənnət
  26. Nəticə

Dünyada ikən müjdələnərlər

Cahil cəmiyyətdəki insanlar ətraflarına qarşı hər nə qədər şən və xoşbəxtmiş kimi görünsələr də, əvvəlki hissələrdə vurğulanan səbəblərdən ötrü, əslində içlərində təsvir edə bilmədikləri bir sıxıntı və narahatlıq yaşayır, buna görə də həmişə saxta bir xoşbəxtlik görünüşü göstərirlər. Nə edərlərsə etsinlər, bu bədbəxtlikdən qurtula bilmirlər. Allahın nemətlərinə qarşı nankorluq etmələri, Allahın zikrindən üz çevirmələri, Quran əxlaqından uzaq bir həyat sürmələri, onları dünyada başlayan və axirət günü daha da şiddətlənəcək bir bədbəxtliyə sürükləyir.

Möminlər isə, içində olduqları şərtlər nə olursa olsun, daim Allaha güvənən, həmişə Ona yönəlib dönən, həmişə Onu razı etməyi düşünən və Quran əxlaqından əsla güzəştə getməyən insanlar olduqlarından, Allahın heç bitməyən rəhməti, fəzli və sevgisi həmişə onların üzərindədir. Allah onları heç bir zaman tək və köməksiz buraxmayacağını vəd etmişdir. Allah öz yolunda səmimi bir şəkildə səy göstərən, heç bir şübhəyə qapılmadan mallarını və canlarını Allahın razılığını qazanmaq üçün sevə-sevə xərcləyən bu sadiq qullarını, etdiklərinə gözəl bir qarşılıq olaraq içində sonsuza qədər qalacaqları, nemətlərlə təchiz edilmiş cənnətlərlə müjdələmişdir:

Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur.

Yunis surəsi, 64

Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir.

Tövbə surəsi, 21

Ayələrdən də aydın olduğu kimi, Allah möminləri cənnətlə müjdələmiş, etdikləri bütün saleh əməlləri qəbul edəcəyini və qovuşacaqları gözəlliyin və xoşbəxtliyin isə çox yaxın olduğunu bildirmişdir. İnsanın Allahın sonsuz rəhmətinin və sevgisinin həmişə üzərində olduğunu bilməsi, Allahın cənnətiylə mükafatlandırmasını umması möminin qəlbinə böyük bir rahatlıq və hüzur verər. Allah Quranda möminlərin həmçinin mələklər vasitəsiylə də müjdələnəcəklərini bildirmişdir:

Həqiqətən də: “Rəbbimiz Allahdır!” – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər:

“Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!

Fussilət surəsi, 30

Möminlərin bu tərifsiz xoşbəxtliyi sadəcə cənnətlə müjdələnmələriylə məhdud deyil. Bu müjdə ilə yanaşı, Allah saleh qullarını dünya həyatında da “...Bu dünyada yaxşılıq edənlərə gözəllik vardır; axirət yurdu isə daha xeyirlidir...” (Nəhl surəsi, 30) ayəsi ilə gözəl bir həyatla müjdələmişdir.

Allah möminlərin dünya həyatında xoşbəxt və gözəl bir həyat yaşayacaqlarını bir başqa ayədə belə bildirir:

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.

Nəhl surəsi, 97

Allahın möminlərə verdiyi bu müjdənin Quranda izah edilən bir çox peyğəmbər üzərində də təcəlli etdiyi görülür. Məsələn, Allah, Süleyman Peyğəmbərin “Ey Rəbbim, məni bağışla və məndən sonra heç kimə nəsib olmayan bir səltənət ver. Həqiqətən, Sən Bəxşedənsən” (Sad surəsi, 35) şəklindəki duasına razılıq vermiş və ona dünyada böyük bir mülk vermişdir. Allah, “Kasıb olduğun zaman səni varlandırmadımı?” (Duha surəsi, 8) ayəsi ilə də, Məhəmməd Peyğəmbər-in də zəngin olduğunu bildirmişdir. Allah həmçinin Davud Peyğəmbərə, İbrahim Peyğəmbərə, Zülqərneynə böyük bir mülk və imkan verildiyini Quranın müxtəlif ayələrində bizlərə bildirir. Allah, Özündən mükafat və bir lütf olaraq, cənnətdə varis etdiyi bir çox nemətin və gözəlliklə bərabər, dünya həyatında da möminlərə nemətini verərək, onların Özünə olan yaxınlıqlarını, cənnətə qovuşma istəklərini və şövqlərini artırır.

Allah möminlərin bu dünyada daim xoşbəxt və təhlükəsizlikdə olacaqlarını, onları “güc və iqtidar sahibi” edərək Quran əxlaqını hakim edəcəyini belə vəd etmişdir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.

Nur surəsi, 55

Bu, Allahın möminlərə olan vədidir. Möminlərin etməli olduğu isə, Allahın bənzərsiz lütfünə qarşılıq Ona şükür etmək və daim Onu zikr etməkdir.