Möminlər həyatları boyunca qarşılaşdıqları hər şeyin Allahın məlumatı və nəzarəti daxilində reallaşdığına qəti olaraq iman edərlər. İnsanın həyatının hər anı, söylədiyi hər söz, düşündüyü hər şey, başına gələn hər hadisə, harada və nə zaman öləcəyi o hələ dünyaya gəlmədən təyin olunmuşdur. İnsan yaşadığı müddətcə Allahın onun üçün dilədiklərini yaşayır. Məhz möminlərə böyük bir hüzur və rahatlıq verən də budur; başlarına gələn hər şeyi Allahın planladığını və hər şeyin mütləq özləri üçün xeyir olduğunu bilmələridir. Bundan ötrü möminlər, başlarına gələn hər hadisədə həmişə Allaha sığınar, Ona yönələr və Ondan kömək diləyərlər. Allah möminlərin bu güclü təslimiyyətlərini belə dilə gətirdiklərini bildirir:
De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!”
Möminlər hər mövzuda Allaha təvəkkül edib, Onun özləri üçün yaratdığı hər şeydən razı olduqları üçün, qarşılaşdıqları heç bir hadisədə qorxuya və narahatlığa düşməzlər. Allaha olan təslimiyyəti, onları hər cür dünyəvi qorxu və sıxıntıdan uzaq tutar. Cahil cəmiyyətdə yaşayan insanlar isə Allaha təvəkkül etmədikləri üçün bir çox qorxuları və narahatlıqları var. Gələcək qorxusu, kasıblıq qorxusu, ölüm qorxusu bunlardan ən əhəmiyyətliləridir. Davamlı bunları düşünür və bütün bunların yükünü üzərlərinə götürərək, bunlara həll gətirməyə çalışırlar. Bir insanın Allahın köməyi və rəhməti olmadan bir çıxış yolu tapa bilməsi isə qeyri-mümkündür. Məhz Allaha səmimi iman gətirib, Ona könüldən təslim olmaq, möminləri bütün dünyəvi təlaş və qorxuların yaratdığı bu çətinliklərdən uzaq tutur, onları həmişə dinc, nəşəli və ümidli edir.
Möminləri xoşbəxt və hüzurlu edən digər əhəmiyyətli mövzu da, onlara isabət edən hər cür mənfi kimi görünən hadisənin həqiqətdə özləri üçün “xeyir” olduğunu bilmələridir. Cahil insanlar qarşılaşdıqları çətinliklər qarşısında böyük sıxıntı və narahatlıq duyar, bunların yükü altında əzilər. Allaha qarşı təslimiyyətli olmadıqları üçün bütün bunların özləri üçün xeyirlərə vəsilə ola biləcəyini ağıllarına belə gətirməzlər. Mənfi kimi görünən bir hadisədə, Allahın onlar üçün diləmiş olduğu “yaxşılığı” və xeyiri fərq edə bilməzlər. Buna görə həmişə pessimist və ümidsiz bir quruluşa sahibdirlər. Bu da onları hər dəfə Allahdan uzaqlaşdırır. İnsanların düşdükləri bu vəziyyət, onların əzabını və sıxıntısını daha da artırır. Allah inkar edənlərin yaşadığı bu sıxıntının davamlı olaraq artacağını belə bildirmişdir:
Ayələrimizi yalan sayanları, özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb məhvə aparacağıq.
Allah, ayədəki “bilməyəcəkləri bir yerdən” ifadəsiylə, inkar edənlərin dünya həyatında heç təxmin etmədikləri bir şəkildə sıxıntı və bədbəxtlik duyacaqlarını bildirmişdir. Özlərinə həqiqətdə nəyin bədbəxtlik və sıxıntı verdiyinin şüurunda deyildirlər. Qurana tabe olmadıqları müddətcə də bədbəxtliklərinin qaynağını təsbit edə bilməyəcək və bu sıxıntını yaşamağa davam edəcəklər.
Möminlər isə hər şeyi xeyir gözüylə dəyərləndirər və içində olduqları şərtlər nə olursa olsun, Allahın onlar üçün yaxşılıq diləmiş olduğunu heç vaxt ağıllarından çıxarmazlar. Bu səbəbdən möminləri üzəcək və ya onlara sıxıntı verəcək hər hansı bir şey yoxdur. Çox çətin və mənfi bir vəziyyətlə qarşılaşmış olsalar belə, Allaha yönələr və yenə Onun köməyini istəyərək səbir edərlər. Möminlər üçün bu bir xeyirdir. Rahatlıq və bolluq zamanlarında da yenə Allaha yönələr, Ona şükür edərək, Ona yaxınlaşmağa çalışırlar. Möminlər üçün bu vəziyyət də xeyirlidir.
Məhz möminlərin qədərə olan bağlılıqları, Allaha olan güclü təslimiyyəti onları hər şərtdə xoşbəxt və hüzurlu olmağa sövq edir, onlara Allahın razılığını qazandırır. Məhəmməd Peyğəmbər, möminlərin bu əxlaqını çox “heyrətverici” olaraq tərifləmiş və belə demişdir:
“Mömin adamın vəziyyəti nə qədər heyrətvericidir. Çünki hər işi onun üçün bir xeyirdir. Bu vəziyyət, yalnız möminə xasdır, başqasına deyil: Ona məmnun olacağı bir şey gəlsə şükür edər, bu isə xeyirdir; bir zərər gəlsə səbir edər, bu da xeyirdir.”
Peyğəmbərimiz-in də ifadə etdiyi kimi, hər şey mömin üçün bir xeyirə vəsilə olur. Bu vəziyyətin də yalnız möminlərə xas olması, Allahın möminlərə olan rəhmətinin bir təcəllisidir. Allah Quranda möminlərə olan rəhmətini belə müjdələyir:
İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz mərhəmətinə nəsib edəcəkdir. Bu, açıq-aşkar müvəffəqiyyətdir.
Möminlərin Allaha olan güclü təslimiyyəti, onları hər şərtdə Allaha yaxınlaşdırar və onların həmişə xoşbəxt və hüzurlu olmalarına vəsilə olar.
Ən Xoşbəxt İnsanlar: Peyğəmbərlər
Peyğəmbərlər insanlara dini təbliğ edib, onları haqq yola dəvət etməsi üçün Allahın göndərmiş olduğu mübarək kəslərdir. Allah peyğəmbərləri, insanlara dini izah etmələri, gözəl əxlaqları ilə onlara ən yaxşı şəkildə nümunə olmaları və axirətin varlığını izah edərək onları xəbərdar edib qorxutmaları üçün göndərmişdir. Bir insanın yer üzündə Allahı təmsil etməsi, çox böyük və əhəmiyyətli bir məsuliyyətdir. Peyğəmbərlərin, Allahın xüsusi olaraq vəzifələndirdiyi kəslər olması, onları digər insanlardan ayırır. Peyğəmbərlər qəlblərində imanı çox möhkəm bir şəkildə yaşayan insanlardır. Allah yolunda göstərmiş olduqları üstün və nümunəvi davranışlarla da onsuz bu açıq bir şəkildə görülür. Hər peyğəmbər, azğınlıqda, əxlaqsızlıqda və ictimai degenerasyiyada sərhəd tanımayan bir çox qövmə və hökmdara göndərilmişlər. Allahın dinini izah edərək, qövmlərini içində yaşadıqları çirkinlikləri və əxlaqsızlıqları tərk etmələri mövzusunda xəbərdar etmiş və onları Allaha iman etməyə dəvət etmişlər. Bu vəzifəni yerinə yetirmək üçün, həyatlarının sonuna qədər özlərinə isabət edən heç bir əzabdan, sıxıntıdan, çətinlikdən, edilən təhdidlərdən və atılan böhtanlardan qorxmayaraq səbir və bu yolda göstərdikləri hər cür rəftarla, əxlaq və düşüncələri ilə özlərinə inanan və dəstəkləyən möminlərə ən mükəmməl nümunələri meydana gətirmişlər. Allah Quranda, iman edənlər üçün peyğəmbərlərin həyatlarında gözəl nümunələr olduğunu bu şəkildə xəbər verir:
Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.
Peyğəmbərlər bütün insanlar üçün “nümunə” olan insanlardır. Möminlər üçün Peyğəmbərimiz-in göndərilməsinin, böyük bir rəhmət və lütf olduğunu Allah Quranda belə bildirir:
Saleh möminlər Allahın ayələrdə bildirdiyi şəkildə, həyatları boyunca peyğəmbərləri nümunə alaraq, ən gözəl əxlaqa çatmağa çalışırlar.
Peyğəmbərlər həyatları boyunca inkarçılara qarşı mübarizə aparmalarına baxmayaraq olduqca xoşbəxt və hüzurludurlar. İnsanları “hidayətə yönəldən rəhbərlər” olduqları üçün imanı ən möhkəm və ən dərin şəkildə yaşayan insanlardır. Allahın onların qəlblərinə hiss etdirəcəyi xoşbəxtlik, hüzur və əmin-amanlıq da imanları ilə düz mütənasib olaraq o dərəcədə güclüdür.
Sonrakı sətirlərdə Allahın Quranda yer verdiyi peyğəmbərlərdən bəzilərinin həyatlarına və gözəl əxlaqlarına toxunacağıq.