Şeytan insanın yaradıldığı gündən bəri heç dəyişməyən, ən təhlükəli düşmənidir. Şeytanın məqsədi insanları Allahın rizasından, sevgisindən, Qurandan uzaqlaşdırmaq, insanlara vəsvəsə verərək bir-birlərinə düşmən etmək, qısacası özünə bənzədərək, onları çaşdırıb yollarından azdıqmaqdır. Allah bir ayəsində, “Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir.” (Yasin surəsi, 60) şəklində bildirərək, şeytanın açıq bir düşmən olduğu mövzusunda insanları xəbərdar etmişdir.
Bəzi insanlar, belə təhlükəli və eyni zamanda da hiyləgər bir düşmənlə qarşı-qarşıya olmalarına baxmayaraq, bu həqiqətdən uzaq böyük bir qəflət içində yaşayırlar. Çünki şeytanın varlığından, onun nə qədər hiyləgər bir düşmən olduğundan xəbərsizdirlər. İnsanların bəziləri isə şeytanı mistik, varlığıyla yoxluğu bir olan, bir növ işarə və ya simvol olaraq görərlər. Məhz insanların şeytan haqqındakı bu yanlış düşüncələri, onun insanları nə kimi ciddi zərərlərə və bəlalara məruz qoya biləcəyini fərq etməmələrinə səbəb olar və insanı şeytan qarşısında tamamilə müdafiəsiz bir hala gətirər. Bu vəziyyət, şeytanın qəflət içərisindəki insanları Allahdan və dindən rahatlıqla uzaqlaşdıra bilməsinə imkan yaradar. Şeytanın qarşısında onu tanımayan milyardlarla insan var. Bu da bu insanların içində olduqları təhlükənin nə cür ciddi olduğunu göstərir.
Şeytanı təhlükəli edən, insanları Allahın yolundan azdırmaq istəyindəki qətiyyəti və bunun üçün and içmiş olmasıdır. Bu yolda əlindən gələn hər cür səyi göstərəcək, hər yolu sınayacaq. Allah Quranda şeytanın bu mövzudakı qətiyyətini bizə belə bildirir:
İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.
Şeytanın digər təhlükəli bir istiqaməti isə bütün bunları edərkən çox hiyləgər hərəkət etməsidir. Şeytan hər insanın çatışmazlıqlarına, zəif tərəflərinə görə müxtəlif üsullardan istifadə edərək hər insana fərqli istiqamətlərdən yaxınlaşar. Hər insan üçün fərqli bir üsulu, taktikası var. Bütün fəaliyyətlərini insanlara hiyləgərcə pıçıldadığı vəsvəsələrlə həyata keçirir. Onları şübhəyə salar, görünməmiş boş xülyalara daldırar və boş işlərlə başını qataraq zaman itirdər. Allah şeytanın insanları aldadıb yoldan çıxara bilməsi üçün səy sərf etdiyini Quranda belə bildirmişdir:
Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara malqaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.
Şeytan insanlara daim zərər-ziyan, pislik və itki verməyə çalışır. İnsanların heç bitməyən bədbəxtliklərinin, çətinliklərinin və bunlardan qaynaqlanan fiziki xəstəliklərinin qaynağı məhz şeytanın verdiyi bu vəsvəsələr və boş sözlərdir. Çünki şeytan insanların bədbəxt olmalarını istəyər. Allah Quranda şeytana uyan insanların daim qaranlığa və çıxılmaz yola doğru gedəcəyini bildirmişdir:
Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.
Ancaq üzərində dayanılmalı olan əhəmiyyətli bir mövzu daha var. Bir çox insan içində yaşadığı bu psixologiyanı mənimsəmiş, bunu həyatın bir parçası olaraq qəbul etmişdir. Bu şəkildə yaşamadığı təqdirdə həyatın bir dadı və zövqü olmayacağını zənn edər. Davamlı bu ruh halı içərisində olmanın özünə verəcəyi çətinliyi və zərəri düşünmədən yaşamağa davam edər. Bu isə şeytanın aldanışından başqa bir şey deyil. Şeytan insanları içinə saldığı bu vəziyyəti onlara cazibədar və bəzəkli göstərərək bu insanların dərk etmələrini və həqiqəti görmələrini əngəlləyir. Allah insanların içərisinə düşdükləri bu vəziyyəti Quranda belə bildirir:
... Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq adamlar idilər.
Göründüyü kimi şeytan, iman etməyən insanların bədbəxt olmalarında və sıxıntılı həyat yaşamalarında böyük rol oynayır. Şeytan verdiyi vəsvəsələrlə, insanları aldadır və onları böyük çətinliklərə salır. Özünə uyan insanları, verdiyi bədbəxtliklə Allahdan və Onun ayələrindən davamlı uzaqlaşdırır və onları Allaha üsyan edən kəslər halına gətirir.